Mushaf Page 451
صفحة ٤٥١
- Ghunnah
- Qalqalah
- Ikhfa (Haqiqi)
- Ikhfa Shafawi
- Idgham with Ghunnah
- Idgham without Ghunnah
- Idgham Shafawi (Mimi)
- Madd Lazim (6 counts)
- Madd Wajib Muttasil (4-5 counts)
- Madd Jaiz Munfasil (2, 4, 6 counts)
Each word’s meaning appears right below it; the transliteration follows below the words.
Surah as-saffat
- فَكَذَّبُوهُ فَإِنَّهُمْ لَمُحْضَرُونَLakin onlar onu təkzib etdilər, buna görə də (qiyamət günü Cəhənnəmə) gətiriləcəklər.1 Views
- إِلَّا عِبَادَ اللَّهِ الْمُخْلَصِينَYalnız Allahın müxlis bəndələrindən başqa!1 Views
- وَتَرَكْنَا عَلَيْهِ فِي الْآخِرِينَSonradan gələnlər arasında onun üçün (yaxşı ad, gözəl xatirə) qoyduq.1 Views
- سَلَامٌ عَلَىٰ إِلْ يَاسِينَ(Onu belə yad edirlər:) “İlyasinə (İlyasa) salam olsun!”1 Views
- إِنَّا كَذَٰلِكَ نَجْزِي الْمُحْسِنِينَHəqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!1 Views
- إِنَّهُ مِنْ عِبَادِنَا الْمُؤْمِنِينَŞübhəsiz ki, o Bizim mö’min bəndələrimizdən idi!1 Views
- وَإِنَّ لُوطًا لَّمِنَ الْمُرْسَلِينَHəqiqətən, Lut da peyğəmbərlərdəndir!1 Views
- إِذْ نَجَّيْنَاهُ وَأَهْلَهُ أَجْمَعِينَ(Ya Rəsulum!) Yadına sal ki, Biz o vaxt (Lut tayfasına müsibət üz verdiyi zaman) onu və bütün ailəsini xilas etdik.1 Views
- إِلَّا عَجُوزًا فِي الْغَابِرِينَYalnız əzab içində qalanlar arasında olan qoca qarıdan (Lutun övrətindən) başqa!1 Views
- ثُمَّ دَمَّرْنَا الْآخَرِينَSonra isə başqalarını (iman gətirməyənləri) yox etdik.1 Views
- وَإِنَّكُمْ لَتَمُرُّونَ عَلَيْهِم مُّصْبِحِينَSiz (Şama getdiyiniz zaman) səhər vaxtı onların yurdundan keçirsiniz;1 Views
- وَبِاللَّيْلِ ۗ أَفَلَا تَعْقِلُونَEləcə də axşam vaxtı. Məgər bir düşünüb-daşınmırsınız?1 Views
- وَإِنَّ يُونُسَ لَمِنَ الْمُرْسَلِينَHəqiqətən, Yunis də (Bizim təfəfimizdən göndərilmiş) peyğəmbərlərdəndir!1 Views
- إِذْ أَبَقَ إِلَى الْفُلْكِ الْمَشْحُونِ(Ya Peyğəmbər!) Yadına sal ki, bir zaman o, (qövmünün küfrü üzündən yük və adamla) dolu bir gəmiyə qaçmışdı.1 Views
- فَسَاهَمَ فَكَانَ مِنَ الْمُدْحَضِينَ(Gəmidə olanlar) püşk atmış və (püşk ona düşdüyü üçün) məğlub edilənlərdən olmuşdu. (Yunis gəmiyə mindiyi zaman gəmi yerindən tərpənməmiş, buna görə də sərnişinlər: “Yəqin ki, içərimizdə ağasından qaçmış kölə vardır”, - demişdilər. Kölənin kim olduğunu bilmək üçün püşk atılmış və o, Yunisə düşmüşdü. Yunis özünü dənizə atmağa məcbur olmuşdu).1 Views
- فَالْتَقَمَهُ الْحُوتُ وَهُوَ مُلِيمٌ(Yunis Allahın izni olmadan qövmünü tərk edib getdiyinə görə) özünü qınayarkən (dənizə atılarkən) balıq onu udmuşdu.1 Views
- فَلَوْلَا أَنَّهُ كَانَ مِنَ الْمُسَبِّحِينَƏgər o, (Allahı) çox təqdis edənlərdən (namaz qılanlardan) olmasaydı,1 Views
- لَلَبِثَ فِي بَطْنِهِ إِلَىٰ يَوْمِ يُبْعَثُونَYəqin ki, balığın qarnında qiyamət gününə qədər qalardı.1 Views
- ۞ فَنَبَذْنَاهُ بِالْعَرَاءِ وَهُوَ سَقِيمٌNəhayət, o, xəstə olduğu halda onu boş bir yerə (sahilə) atdıq.1 Views
- وَأَنبَتْنَا عَلَيْهِ شَجَرَةً مِّن يَقْطِينٍVə (başı) üstündə (ona kölgə salmaq üçün) iri yarpaqlı bir ağac (yaxud qabaq tağı) bitirdik.1 Views
- وَأَرْسَلْنَاهُ إِلَىٰ مِائَةِ أَلْفٍ أَوْ يَزِيدُونَBiz onu yüz min nəfərə və daha çox kimsəyə peyğəmbər göndərdik.1 Views
- فَآمَنُوا فَمَتَّعْنَاهُمْ إِلَىٰ حِينٍNəhayət, onlar ona (Yunisə) iman gətirdilər və Biz də onlara müəyyən vaxtadək (ömürlərinin axırına kimi) gün-güzəran verdik.1 Views
- فَاسْتَفْتِهِمْ أَلِرَبِّكَ الْبَنَاتُ وَلَهُمُ الْبَنُونَ(Ya Peyğəmbər! İndi o müşriklərdən) soruş: “Deməli, qızlar sənin Rəbbinin, oğlanlar isə onların özlərinindir, eləmi?”1 Views
- أَمْ خَلَقْنَا الْمَلَائِكَةَ إِنَاثًا وَهُمْ شَاهِدُونَYoxsa Biz mələkləri dişi yaratmışıq və onlar da (buna) şahid olublar?!1 Views
- أَلَا إِنَّهُم مِّنْ إِفْكِهِمْ لَيَقُولُونَXəbərin olsun ki, onlar öz yalanları üzündən mütləq belə deyəcəklər:1 Views
- وَلَدَ اللَّهُ وَإِنَّهُمْ لَكَاذِبُونَ“Allah övlad törətmişdir (mələklər Onun qızlarıdır)”. Onlar, həqiqətən, yalançıdırlar!1 Views
- أَصْطَفَى الْبَنَاتِ عَلَى الْبَنِينَMəgər Allah (mələkləri özünə övlad götürməklə) qızları oğlanlardan üstünmü tutmuşdur?!1 Views