Mushaf Page 521
صفحة ٥٢١
- Ghunnah
- Qalqalah
- Ikhfa (Haqiqi)
- Ikhfa Shafawi
- Idgham with Ghunnah
- Idgham without Ghunnah
- Idgham Shafawi (Mimi)
- Madd Lazim (6 counts)
- Madd Wajib Muttasil (4-5 counts)
- Madd Jaiz Munfasil (2, 4, 6 counts)
Each word’s meaning appears right below it; the transliteration follows below the words.
Surah adh-dhariyat
- وَالسَّمَاءِ ذَاتِ الْحُبُكِ(Cürbəcür ulduz) yolları olan göyə and olsun ki,0 Views
- إِنَّكُمْ لَفِي قَوْلٍ مُّخْتَلِفٍ(Ey müşriklər!) Sizin (Qur’an və Muhəmməd əleyhissəlam barəsində) sözləriniz müxtəlifdir (bə’ziniz Qur’ana şe’r, Peyğəmbərə şair, bə’ziniz də Qur’ana kahinlik əsəri, Peyğəmbərə kahin deyirsiniz).0 Views
- يُؤْفَكُ عَنْهُ مَنْ أُفِكَOndan (Qur’andan, yaxud Muhəmməd əleyhissəlamdan) zatında dönüklük olan kimsə dönər! (Allahın əzəli elmində imandan kim dönmüşdürsə, Qur’andan və Peyğəmbərdən də elə o dönər!)0 Views
- قُتِلَ الْخَرَّاصُونَMəhv olsun yalançılar! (Allah onlara lə’nət eləsin!)0 Views
- الَّذِينَ هُمْ فِي غَمْرَةٍ سَاهُونَO kəslər ki, cəhalət girdabına düşüb (haqdan) qafil olmuşlar!0 Views
- يَسْأَلُونَ أَيَّانَ يَوْمُ الدِّينِOnlar (səndən istehza ilə) haqq-hesab gününün nə vaxt olacağını soruşarlar.0 Views
- يَوْمَ هُمْ عَلَى النَّارِ يُفْتَنُونَO gün onlara cəhənnəm odunda əzab veriləcəkdir.0 Views
- ذُوقُوا فِتْنَتَكُمْ هَـٰذَا الَّذِي كُنتُم بِهِ تَسْتَعْجِلُونَ(Mələklər onlara deyəcəklər:) “Dadın əzabınızı! Bu sizin (dünyada) tez-tələsik gəlməsini istədiyiniz şeydir (əzabdır)!”0 Views
- إِنَّ الْمُتَّقِينَ فِي جَنَّاتٍ وَعُيُونٍHəqiqətən, müttəqilər cənnətlərdə və çeşmələr başında olacaqlar;0 Views
- آخِذِينَ مَا آتَاهُمْ رَبُّهُمْ ۚ إِنَّهُمْ كَانُوا قَبْلَ ذَٰلِكَ مُحْسِنِينَRəbbinin onlara verdiyini alacaqlar. Çünki onlar bundan əvvəl yaxşı əməllər etmişdilər.0 Views
- كَانُوا قَلِيلًا مِّنَ اللَّيْلِ مَا يَهْجَعُونَOnlar gecələr (ibadətlə məşğul olub) az yatırdılar.0 Views
- وَبِالْأَسْحَارِ هُمْ يَسْتَغْفِرُونَSəhərlər isə (Allahdan) bağışlanmalarını diləyirdilər.0 Views
- وَفِي أَمْوَالِهِمْ حَقٌّ لِّلسَّائِلِ وَالْمَحْرُومِMallarında da dilənçinin və (abrına qısılıb dilənməyən) yoxsulun haqqı (payı) var idi.0 Views
- وَفِي الْأَرْضِ آيَاتٌ لِّلْمُوقِنِينَYerdə (Allaha) tam yəqinliklə inananlar üçün (Onun əzəmət və qüdrətinə, vəhdaniyyətinə dəlalət edən) əlamətlər vardır.0 Views
- وَفِي أَنفُسِكُمْ ۚ أَفَلَا تُبْصِرُونَSizin özünüz də (sizi yaradanın birliyini sübut edən) əlamətlər vardır. Məgər görmürsünüz?0 Views
- وَفِي السَّمَاءِ رِزْقُكُمْ وَمَا تُوعَدُونَGöydə də ruzinin (yağış, qar) və və’d olunduğunuz şey (mükafat, cəza) vardır! (Sizə və’d olunan mükafat, yaxud cəza Allah dərgahındakı lövhi-məhfuzda yazılmışdır).0 Views
- فَوَرَبِّ السَّمَاءِ وَالْأَرْضِ إِنَّهُ لَحَقٌّ مِّثْلَ مَا أَنَّكُمْ تَنطِقُونَGöyün və yerin Rəbbinə (sahibinə) and olsun ki, bu (deyilənlər) sizin danışığınız (dediyiniz sözün öz sözünüz olması) kimi həqiqətdir.0 Views
- هَلْ أَتَاكَ حَدِيثُ ضَيْفِ إِبْرَاهِيمَ الْمُكْرَمِينَ(Ya Rəsulum!) İbrahimin möhtərəm qonaqlarının (mələklərin) söhbəti sənə gəlib çatdımı?0 Views
- إِذْ دَخَلُوا عَلَيْهِ فَقَالُوا سَلَامًا ۖ قَالَ سَلَامٌ قَوْمٌ مُّنكَرُونَOnlar (İbrahimin) yanına gəlib salam verdikdə (İbrahim) salamı alıb (öz-özünə): “Bunlar tanımadığım kimsələrdir!” –dedi.0 Views
- فَرَاغَ إِلَىٰ أَهْلِهِ فَجَاءَ بِعِجْلٍ سَمِينٍO (bir bəhanə ilə) ailəsinin yanına getdi və bir buzov (kəsib qızardaraq) gətirdi.0 Views
- فَقَرَّبَهُ إِلَيْهِمْ قَالَ أَلَا تَأْكُلُونَOnu qabaqlarına (qonaqların qabağına) qoyub: “Bəlkə, yeyəsiniz!” – dedi.0 Views
- فَأَوْجَسَ مِنْهُمْ خِيفَةً ۖ قَالُوا لَا تَخَفْ ۖ وَبَشَّرُوهُ بِغُلَامٍ عَلِيمٍ(İbrahim qonaqların yeməyə əl uzatmadıqlarını gördükdə) onlardan qorxuya düşdü. Onlar: “Qorxma!” – dedilər və ona çox bilikli bir oğlan uşağı (İshaqın dünyaya gələcəyi) ilə müjdə verdilər.0 Views
- فَأَقْبَلَتِ امْرَأَتُهُ فِي صَرَّةٍ فَصَكَّتْ وَجْهَهَا وَقَالَتْ عَجُوزٌ عَقِيمٌ(Bunu eşidən) zövcəsi (Sara) çağır-bağır salıb (təəccübündən əlini) üzünə çırparaq dedi: “Mən qoca, qısır bir qarıyam! (Mənim necə uşağım ola bilər?)”0 Views
- قَالُوا كَذَٰلِكِ قَالَ رَبُّكِ ۖ إِنَّهُ هُوَ الْحَكِيمُ الْعَلِيمُOnlar: “Sənin Rəbbin belə buyurmuşdur. Şübhəsiz ki, O, hikmət sahibidir, (hər şeyi) biləndir!” – dedilər.0 Views