Mushaf Page 565
صفحة ٥٦٥
- Ghunnah
- Qalqalah
- Ikhfa (Haqiqi)
- Ikhfa Shafawi
- Idgham with Ghunnah
- Idgham without Ghunnah
- Idgham Shafawi (Mimi)
- Madd Lazim (6 counts)
- Madd Wajib Muttasil (4-5 counts)
- Madd Jaiz Munfasil (2, 4, 6 counts)
Each word’s meaning appears right below it; the transliteration follows below the words.
Surah al-qalam
- سَنَسِمُهُ عَلَى الْخُرْطُومِBiz (tezliklə) onun burnuna damğa basacağıq!0 Views
- إِنَّا بَلَوْنَاهُمْ كَمَا بَلَوْنَا أَصْحَابَ الْجَنَّةِ إِذْ أَقْسَمُوا لَيَصْرِمُنَّهَا مُصْبِحِينَBiz vaxtilə o bağ sahiblərini imtahana çəkdiyim kimi, bunları da (Məkkə mürşiklərini də) imtahana çəkdik. O vaxt (o bağ sahibləri) səhər açılanda (onun meyvələrini) mütləq dərəcəklərinə and içmişdilər.0 Views
- وَلَا يَسْتَثْنُونَVə heç bir istisna yeri də qoymamışdılar (inşallah deməmişdilər).0 Views
- فَطَافَ عَلَيْهَا طَائِفٌ مِّن رَّبِّكَ وَهُمْ نَائِمُونَOnlar yuxuda ikən (ya Peyğəmbər!) sənin Rəbbindən o bağa bir bəla gəldi.0 Views
- فَأَصْبَحَتْ كَالصَّرِيمِVə o (yanıb) qapqara qaraldı (külə döndü).0 Views
- فَتَنَادَوْا مُصْبِحِينَOnlar səhər qalxıb bir-birini belə səslədilər:0 Views
- أَنِ اغْدُوا عَلَىٰ حَرْثِكُمْ إِن كُنتُمْ صَارِمِينَƏgər (məhsul) yığacaqsınızsa, bağınıza tez gedin!”0 Views
- فَانطَلَقُوا وَهُمْ يَتَخَافَتُونَNəhayət, yola düşdülər, (yol boyu) bir-birinə xəlvətcə belə deyirdilər:0 Views
- أَن لَّا يَدْخُلَنَّهَا الْيَوْمَ عَلَيْكُم مِّسْكِينٌ“(Elə edin ki) bu gün orada yanınıza heç bir yoxsul soxulmasın!”0 Views
- وَغَدَوْا عَلَىٰ حَرْدٍ قَادِرِينَOnlar (yoxsulları) bağa buraxmağa qadir olacaqlarını güman edərək erkən getdilər. [Və ya: Onlar gücləri yetdiyi halda (yoxsulları) yardımdan məhrum etməkdən ötrü sübh tezdən yola düzəldilər]0 Views
- فَلَمَّا رَأَوْهَا قَالُوا إِنَّا لَضَالُّونَ(Bağı) bu vəziyyətdə (yanıb külə dönmüş) gördükdə dedilər: “Yəqin ki, (yolumuzu) azmışıq!0 Views
- بَلْ نَحْنُ مَحْرُومُونَXeyr, biz (bağımızın bərəkətindən) məhrum olmuşuq!”0 Views
- قَالَ أَوْسَطُهُمْ أَلَمْ أَقُل لَّكُمْ لَوْلَا تُسَبِّحُونَOnların ən ağıllısı (və insaflısı) dedi: “Məgər mən sizə (Allahı) həmd-səna ilə təqdis etməli olduğunuzu demədimmi?!”0 Views
- قَالُوا سُبْحَانَ رَبِّنَا إِنَّا كُنَّا ظَالِمِينَOnlar: “Rəbbimiz pakdır, müqəddəsdir! Həqiqətən, biz zalım idik!” – dedilər.0 Views
- فَأَقْبَلَ بَعْضُهُمْ عَلَىٰ بَعْضٍ يَتَلَاوَمُونَOnlar bir-birini danlamağa başladılar.0 Views
- قَالُوا يَا وَيْلَنَا إِنَّا كُنَّا طَاغِينَVə dedilər: “Vay halımıza! Biz azğınlıq (tüğyan) edirdik.0 Views
- عَسَىٰ رَبُّنَا أَن يُبْدِلَنَا خَيْرًا مِّنْهَا إِنَّا إِلَىٰ رَبِّنَا رَاغِبُونَOla bilsin ki, Rəbbimiz (tövbəmizi qəbul buyurub) onun əvəzinə bizə daha yaxşısını versin. Biz Rəbbimizdən (bizi bağışlamasını, bizə mərhəmət əta etməsini) diləyirik!”0 Views
- كَذَٰلِكَ الْعَذَابُ ۖ وَلَعَذَابُ الْآخِرَةِ أَكْبَرُ ۚ لَوْ كَانُوا يَعْلَمُونَ(Dünyadakı) əzab belədir. Şübhəsiz ki, axirət əzabı daha şiddətlidir. Kaş biləydilər!0 Views
- إِنَّ لِلْمُتَّقِينَ عِندَ رَبِّهِمْ جَنَّاتِ النَّعِيمِHəqiqətən, Allahdan qorxub pis əməllərdən çəkinənləri Rəbbi yanında Nəim cənnətləti gözləyir!0 Views
- أَفَنَجْعَلُ الْمُسْلِمِينَ كَالْمُجْرِمِينَMəgər Biz müsəlmanları kafirlərlə eynimi tutacağıq?!0 Views
- مَا لَكُمْ كَيْفَ تَحْكُمُونَ(Ey kafirlər! Siz dünyada yoxsul mö’minlərdən var-dövlətcə üstün olduğunuz kimi, axirətdə də onlardan üstün olacağınızı, yaxud ən azı onlarla eyni olacağınızı iddia edirsiniz). Sizə nə olub, necə mühakimə yürüdürsünüz?0 Views
- أَمْ لَكُمْ كِتَابٌ فِيهِ تَدْرُسُونَYoxsa (Allahdan nazil olmuş) bir kitabınız vardır ki, (bunları) orada oxuyursunuz?!0 Views
- إِنَّ لَكُمْ فِيهِ لَمَا تَخَيَّرُونَYaxud orada bəyənib seçdiyiniz hər şeyin sizin olacağı yazılmışdır?!0 Views
- أَمْ لَكُمْ أَيْمَانٌ عَلَيْنَا بَالِغَةٌ إِلَىٰ يَوْمِ الْقِيَامَةِ ۙ إِنَّ لَكُمْ لَمَا تَحْكُمُونَVə ya hökm edib istədiklərinizin sizin olacağınıza dair Bizdən qiyamət gününədək davam edəcək əhd almısınız?!0 Views
- سَلْهُمْ أَيُّهُم بِذَٰلِكَ زَعِيمٌ(Ya Peyğəmbər!) Onlardan soruş ki, hansı biri buna zamindir?0 Views
- أَمْ لَهُمْ شُرَكَاءُ فَلْيَأْتُوا بِشُرَكَائِهِمْ إِن كَانُوا صَادِقِينَYoxsa onların (axirətdə müsəlmanlardan üstün və ya onlarla eyni olacaqları barədəki iddialarını təsdiq edən) şərikləri vardır?! Əgər doğru deyirlərsə, qoy şəriklərini gətirsinlər!0 Views
- يَوْمَ يُكْشَفُ عَن سَاقٍ وَيُدْعَوْنَ إِلَى السُّجُودِ فَلَا يَسْتَطِيعُونَİş çətinləşəcəyi (baldırlar açılacağı, lüt-üryan vəziyyətdə qiyamətə gedəcəkləri, qiyamət bütün dəhşəti ilə görünəcəyi, həqiqət aşkar olacağı) və səcdəyə (namaza) də’vət olunacaqları gün onlar (səcdə etməyə) qadir olmayacaqlar.0 Views