Mushaf Page 571
صفحة ٥٧١
- Ghunnah
- Qalqalah
- Ikhfa (Haqiqi)
- Ikhfa Shafawi
- Idgham with Ghunnah
- Idgham without Ghunnah
- Idgham Shafawi (Mimi)
- Madd Lazim (6 counts)
- Madd Wajib Muttasil (4-5 counts)
- Madd Jaiz Munfasil (2, 4, 6 counts)
Each word’s meaning appears right below it; the transliteration follows below the words.
Surah nuh
- يُرْسِلِ السَّمَاءَ عَلَيْكُم مِّدْرَارًاO sizə göydən bol yağış göndərər;0 Views
- وَيُمْدِدْكُم بِأَمْوَالٍ وَبَنِينَ وَيَجْعَل لَّكُمْ جَنَّاتٍ وَيَجْعَل لَّكُمْ أَنْهَارًاO sizə mal-dövlət, oğul-uşaq əta edər. O sizin üçün bağlar-bağçalar yaradır və çaylar axıdar!0 Views
- مَّا لَكُمْ لَا تَرْجُونَ لِلَّهِ وَقَارًاSizə nə olub ki, Allahın əzəmətindən çəkinmirsiniz? (Sizə nə olub ki, Allahın əzəmət və qüdrətindən qorxmur, Onu layiqincə uca tutmursunuz? Yaxud iman gətirəcəyiniz təqdirdə Allahın axirətdə sizə mərhəmət əta edəcəyinə ümid bəsləmirsiniz?)0 Views
- وَقَدْ خَلَقَكُمْ أَطْوَارًاHalbuki O sizi cürbəcür (və ya müxtəlif mərhələlərlə - əvvəl nütfə, sonra laxtalanmış qan, sonra bir parça ət və, nəhayət, insan şəklində) xəlq etdi.0 Views
- أَلَمْ تَرَوْا كَيْفَ خَلَقَ اللَّهُ سَبْعَ سَمَاوَاتٍ طِبَاقًاMəgər görmürsünüz ki, Allah yeddi göyü (bir-birinin üstündə) qat-qat necə yaratdı?!0 Views
- وَجَعَلَ الْقَمَرَ فِيهِنَّ نُورًا وَجَعَلَ الشَّمْسَ سِرَاجًاOrada ayı bir nur, günəşi də bir çıraq etdi.0 Views
- وَاللَّهُ أَنبَتَكُم مِّنَ الْأَرْضِ نَبَاتًاVə Allah sizi (atanız Adəmi) yerdən (torpaqdan) bir bitki kimi göyərtdi.0 Views
- ثُمَّ يُعِيدُكُمْ فِيهَا وَيُخْرِجُكُمْ إِخْرَاجًاSonra sizi yenə ora qaytaracaq və (qiyamət günü dirildib oradan da) çıxardacaqdır.0 Views
- وَاللَّهُ جَعَلَ لَكُمُ الْأَرْضَ بِسَاطًاAllah yeri sizin üçün xalı etdi (fərş kimi ayaqlarınızın altına döşədi) ki,0 Views
- لِّتَسْلُكُوا مِنْهَا سُبُلًا فِجَاجًاOnun geniş yollarında gəzəsiniz!”0 Views
- قَالَ نُوحٌ رَّبِّ إِنَّهُمْ عَصَوْنِي وَاتَّبَعُوا مَن لَّمْ يَزِدْهُ مَالُهُ وَوَلَدُهُ إِلَّا خَسَارًاNuh dedi: “Ey Rəbbim! Onlar mənə qarşı çıxdılar və mal-dövləti, oğul-uşağı özlərinə ziyandan başqa bir şey artırmayan kimsələrə (öz kafir başçılarına) tabe oldular.0 Views
- وَمَكَرُوا مَكْرًا كُبَّارًا(Onların kafir başçıları mənim əleyhimə) çox böyük bir hiylə qurdular.0 Views
- وَقَالُوا لَا تَذَرُنَّ آلِهَتَكُمْ وَلَا تَذَرُنَّ وَدًّا وَلَا سُوَاعًا وَلَا يَغُوثَ وَيَعُوقَ وَنَسْرًاVə (tabeçiliyində olanlara) dedilər: “Öz tanrılarınızı tərk etməyin, (xüsusilə) Bəddi, Suva’ı, Yəğusu, Yəuqu və Nəsri atmayın!”0 Views
- وَقَدْ أَضَلُّوا كَثِيرًا ۖ وَلَا تَزِدِ الظَّالِمِينَ إِلَّا ضَلَالًاOnlar çoxlarını yoldan çıxartdılar. Sən də (ey Rəbbim!) ancaq onların zəlalətini artır!”0 Views
- مِّمَّا خَطِيئَاتِهِمْ أُغْرِقُوا فَأُدْخِلُوا نَارًا فَلَمْ يَجِدُوا لَهُم مِّن دُونِ اللَّهِ أَنصَارًاOnlar öz günahlarından dolayı suda boğdurulub Cəhənnəmə daxil edildilər və özlərinə onları Allahdan (Allahın əzabından) qurtaracaq köməkçilər də tapa bilmədilər!0 Views
- وَقَالَ نُوحٌ رَّبِّ لَا تَذَرْ عَلَى الْأَرْضِ مِنَ الْكَافِرِينَ دَيَّارًاNuh dedi: “Ey Rəbbim! Yer üzündə bir nəfər belə kafir qoyma!0 Views
- إِنَّكَ إِن تَذَرْهُمْ يُضِلُّوا عِبَادَكَ وَلَا يَلِدُوا إِلَّا فَاجِرًا كَفَّارًاÇünki sən onları (sağ) buraxsan, onlar Sənin bəndələrini yoldan çıxardacaq, ancaq pozğun və kafir (oğul-uşaq) doğub-törədəcəklər.0 Views
- رَّبِّ اغْفِرْ لِي وَلِوَالِدَيَّ وَلِمَن دَخَلَ بَيْتِيَ مُؤْمِنًا وَلِلْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ وَلَا تَزِدِ الظَّالِمِينَ إِلَّا تَبَارًاEy Rəbbim! Məni, ata-anamı, mənim evimə (yaxud məscidimə) mö’min kimi daxil olan kimsəni və (qiyamət gününə qədər olacaq) bütün mö’min kişiləri və qadınları bağışla. Zalımların isə ancaq və ancaq həlakını (ölümünü) artır!”0 Views