Mushaf Page 574
صفحة ٥٧٤
- Ghunnah
- Qalqalah
- Ikhfa (Haqiqi)
- Ikhfa Shafawi
- Idgham with Ghunnah
- Idgham without Ghunnah
- Idgham Shafawi (Mimi)
- Madd Lazim (6 counts)
- Madd Wajib Muttasil (4-5 counts)
- Madd Jaiz Munfasil (2, 4, 6 counts)
Each word’s meaning appears right below it; the transliteration follows below the words.
Surah al-muzzammil
Mərhəmətli, rəhmli Allahın adı ilə!
- يَا أَيُّهَا الْمُزَّمِّلُEy (libasına) örtünüb bürünən (əbasına bürünüb yatan Peyğəmbər)!0 Views
- قُمِ اللَّيْلَ إِلَّا قَلِيلًاGecəni – az bir hissəsi istisna olmaqla – qalxıb namaz qıl!0 Views
- نِّصْفَهُ أَوِ انقُصْ مِنْهُ قَلِيلًا(Gecənin) yarısına qədər, yaxud bir qədər ondan az;0 Views
- أَوْ زِدْ عَلَيْهِ وَرَتِّلِ الْقُرْآنَ تَرْتِيلًاVə ya bir qədər ondan çox! (Sənin gecəni oyaq qalıb namaz qılmağın onun üçdə bir hissəsindən az, üçdə ikisindən çox olmasın!) Həm də (gecə ibadət etdiyin zaman) aramla (ağır-ağır) Qur’an oxu!0 Views
- إِنَّا سَنُلْقِي عَلَيْكَ قَوْلًا ثَقِيلًاHəqiqətən, Biz sənə (məs’uliyyəti) ağır bir kəlam (Qur’an) vəhy edəcəyik.0 Views
- إِنَّ نَاشِئَةَ اللَّيْلِ هِيَ أَشَدُّ وَطْئًا وَأَقْوَمُ قِيلًاŞübhəsiz ki, gecə (namaz qılmaq üçün) qalxmaq (çox çətin olsa da) daha əlverişli və (o zaman) söz demək (Qur’an oxumaq, dua etmək) daha münasibdir!0 Views
- إِنَّ لَكَ فِي النَّهَارِ سَبْحًا طَوِيلًاÇünki gündüz (ya Peyğəmbər!) sənin uzun-uzadı davam edən (dünyəvi) işlərin vardır. (Gündüz insanın işi çox olur, məişət işləri hardasa onu ibadətdən bir qədər yayındırır. Gecə isə insan rahatlaşır, heç kəs ona mane olmur. İnsan öz daxilinə qapılıb Rəbbi ilə tək qalır, qulaq qəlbə daha yaxın olur. Buna görə də gecə ibadət etmək çətin olsa da, daha məqsədəuyğundur).0 Views
- وَاذْكُرِ اسْمَ رَبِّكَ وَتَبَتَّلْ إِلَيْهِ تَبْتِيلًاRəbbinin adını zikr et və (hər şeyi buraxıb) Ona tərəf yönəl.0 Views
- رَّبُّ الْمَشْرِقِ وَالْمَغْرِبِ لَا إِلَـٰهَ إِلَّا هُوَ فَاتَّخِذْهُ وَكِيلًاO, məşriqin və məğribin Rəbbidir. Ondan başqa heç bir tanrı yoxdur. (Özünə) ancaq Onu vəkil et!0 Views
- وَاصْبِرْ عَلَىٰ مَا يَقُولُونَ وَاهْجُرْهُمْ هَجْرًا جَمِيلًا(Ya Peyğəmbər!) Onların (Məkkə müşriklərinin) sənə deyəcəklərinə (batil söz və iftiralarına) səbr et. Onlardan gözəl tərzdə ayrıl!3 Views
- وَذَرْنِي وَالْمُكَذِّبِينَ أُولِي النَّعْمَةِ وَمَهِّلْهُمْ قَلِيلًا(Ayələrimizi) yalan sayan var-dövlət sahiblərini mənə tapşır və onlara bir az möhlət ver! (Tezliklə cəzalarına yetişərlər).3 Views
- إِنَّ لَدَيْنَا أَنكَالًا وَجَحِيمًاDərgahımızda (onlardan ötrü ağır) qandallar və (alovlu) Cəhənnəm;0 Views
- وَطَعَامًا ذَا غُصَّةٍ وَعَذَابًا أَلِيمًاBoğaza tıxanıb qalan yemək (zəqqum) və (yandırıb-yaxan) şiddətli əzab vardır!0 Views
- يَوْمَ تَرْجُفُ الْأَرْضُ وَالْجِبَالُ وَكَانَتِ الْجِبَالُ كَثِيبًا مَّهِيلًاO gün (qiyamət qopandan) yer və dağlar lərzəyə gəlib titrəyəcək, dağlar (dağılıb) yumşaq qum təpəsinə dönəcəkdir.0 Views
- إِنَّا أَرْسَلْنَا إِلَيْكُمْ رَسُولًا شَاهِدًا عَلَيْكُمْ كَمَا أَرْسَلْنَا إِلَىٰ فِرْعَوْنَ رَسُولًاHəqiqətən, Biz - Fir’ona peyğəmbər göndərdiyimiz kimi – sizə də (qiyamət günü Allahın hüzurunda) şahidlik edəcək peyğəmbər göndərdik.0 Views
- فَعَصَىٰ فِرْعَوْنُ الرَّسُولَ فَأَخَذْنَاهُ أَخْذًا وَبِيلًاFir’on o peyğəmbərə (Musaya) asi oldu və Biz də onu şiddətli əzabla yaxaladıq (həm özünün, həm də onunla birlikdə olanları suda boğduq).0 Views
- فَكَيْفَ تَتَّقُونَ إِن كَفَرْتُمْ يَوْمًا يَجْعَلُ الْوِلْدَانَ شِيبًاElə isə əgər küfr etmiş olsanız, uşaqları ağ saçlı qocalara döndərəcək gündən (qiyamət gününün əzabından) özünüzü necə qoruyacaqsınız?!0 Views
- السَّمَاءُ مُنفَطِرٌ بِهِ ۚ كَانَ وَعْدُهُ مَفْعُولًا(O gün) göy parçalanaraq, (Allahın) və’di yerinə yetəcəkdir.0 Views
- إِنَّ هَـٰذِهِ تَذْكِرَةٌ ۖ فَمَن شَاءَ اتَّخَذَ إِلَىٰ رَبِّهِ سَبِيلًاHəqiqətən, bu (ayələr insanlara) öyüd-nəsihətdir. Hər kəs istəsə, Rəbbinə tərəf bir yol tutar! (İbadət və itaətlə Allaha yaxınlaşar!)0 Views