Mushaf Page 374
صفحة ٣٧٤
- Ghunnah
- Qalqalah
- Ikhfa (Haqiqi)
- Ikhfa Shafawi
- Idgham with Ghunnah
- Idgham without Ghunnah
- Idgham Shafawi (Mimi)
- Madd Lazim (6 counts)
- Madd Wajib Muttasil (4-5 counts)
- Madd Jaiz Munfasil (2, 4, 6 counts)
Each word’s meaning appears right below it; the transliteration follows below the words.
Surah ash-shuara
- كَذَّبَتْ قَوْمُ لُوطٍ الْمُرْسَلِينَLut tayfası da peyğəmbərləri təkzib etdi.0 Views
- إِذْ قَالَ لَهُمْ أَخُوهُمْ لُوطٌ أَلَا تَتَّقُونَO zaman ki, qardaşları Lut onlara dedi: “Məgər (küfr etdiyinizə, peyğəmbərləri yalançı saydığınıza görə Allahın əzabından) qorxmursunuz?0 Views
- إِنِّي لَكُمْ رَسُولٌ أَمِينٌŞübhəsiz ki, mən sizin üçün e’tibar olunası (bel bağlanılası) bir peyğəmbərəm! (Və’dimə xilaf çıxmaz, əmanətə xəyanət etmərəm!)0 Views
- فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِArtıq Allahdan qorxun və mənə itaət edin!0 Views
- وَمَا أَسْأَلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ ۖ إِنْ أَجْرِيَ إِلَّا عَلَىٰ رَبِّ الْعَالَمِينَMən bunun (Allahın hökmlərini, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!0 Views
- أَتَأْتُونَ الذُّكْرَانَ مِنَ الْعَالَمِينَDoğrudanmı siz bəşər övladından yalnız erkəklərlə yaxınlıq edirsiniz?0 Views
- وَتَذَرُونَ مَا خَلَقَ لَكُمْ رَبُّكُم مِّنْ أَزْوَاجِكُم ۚ بَلْ أَنتُمْ قَوْمٌ عَادُونَVə Rəbbinizin sizin üçün yaratdığı qadınlarınızı tərk edirsiniz? Siz (günah etməklə) həddi aşan bir camaatsınız!”0 Views
- قَالُوا لَئِن لَّمْ تَنتَهِ يَا لُوطُ لَتَكُونَنَّ مِنَ الْمُخْرَجِينَOnlar dedilər: “Ey Lut! Əgər (bu sözlərinə, bizi danlamağa) son qoymasan, (öz yurdundan) mütləq qovulacaqsan!”0 Views
- قَالَ إِنِّي لِعَمَلِكُم مِّنَ الْقَالِينَ(Lut) dedi: “Həqiqətən, mən sizin əməlinizə nifrət edənlərdənəm!2 Views
- رَبِّ نَجِّنِي وَأَهْلِي مِمَّا يَعْمَلُونَEy Rəbbim! Məni və ailəmi bunların gördüyü (pis) işdən (onların bəd əməllərinin cəzasından) qurtar!”0 Views
- فَنَجَّيْنَاهُ وَأَهْلَهُ أَجْمَعِينَArtıq Lutu və bütün ailəsini (əzabdan) xilas etdik.0 Views
- إِلَّا عَجُوزًا فِي الْغَابِرِينَAncaq geridə qalan bir qadın (Lutun günahkar övrəti) istisna olmaqla!0 Views
- ثُمَّ دَمَّرْنَا الْآخَرِينَSonra da o biriləri məhv edib kökünü kəsdik.0 Views
- وَأَمْطَرْنَا عَلَيْهِم مَّطَرًا ۖ فَسَاءَ مَطَرُ الْمُنذَرِينَOnların üstünə (qızmar daşdan) bir yağış yağdırdıq. (Peyğəmbər tərəfindən Allahın əzabı ilə) qorxudulanların yağışı nə yaman yağışdır!0 Views
- إِنَّ فِي ذَٰلِكَ لَآيَةً ۖ وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَŞübhəsiz ki, bunda (Lutun bu hekayətində) bir ibrət vardır. Halbuki onların əksəriyyəti iman gətirmədi.0 Views
- وَإِنَّ رَبَّكَ لَهُوَ الْعَزِيزُ الرَّحِيمُHəqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, tövbə edən bəndələrini bağışlayar!)0 Views
- كَذَّبَ أَصْحَابُ الْأَيْكَةِ الْمُرْسَلِينَƏykə əhli də peyğəmbərləri təkzib etdi.0 Views
- إِذْ قَالَ لَهُمْ شُعَيْبٌ أَلَا تَتَّقُونَO zaman ki, Şüeyb onlara dedi: “Məgər (küfr etdiyinizə, peyğəmbərləri yalançı saydığınıza görə Allahın əzabından) qorxmursunuz?0 Views
- إِنِّي لَكُمْ رَسُولٌ أَمِينٌŞübhəsiz ki, mən sizin üçün e’tibar olunası (bel bağlanılası) bir peyğəmbərəm! (Və’dimə xilaf çıxmaz, əmanətə xəyanət etmərəm!)0 Views
- فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِArtıq Allahdan qorxun və mənə itaət edin!0 Views
- وَمَا أَسْأَلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ ۖ إِنْ أَجْرِيَ إِلَّا عَلَىٰ رَبِّ الْعَالَمِينَMən bunun (Allahın hökmlərini, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!0 Views
- ۞ أَوْفُوا الْكَيْلَ وَلَا تَكُونُوا مِنَ الْمُخْسِرِينَÖlçüdə düz olun, (onu) əskildənlərdən olmayın!0 Views
- وَزِنُوا بِالْقِسْطَاسِ الْمُسْتَقِيمِDüz tərəzi ilə çəkin!0 Views
- وَلَا تَبْخَسُوا النَّاسَ أَشْيَاءَهُمْ وَلَا تَعْثَوْا فِي الْأَرْضِ مُفْسِدِينَİnsanların haqqını azaltmayın! (Camaatın malını əskiltməyin. Kimin haqqı nədirsə, onu da verin!) Yer üzündə fitnə-fəsad törətməyin!0 Views