Mushaf Page 373
صفحة ٣٧٣
- Ghunnah
- Qalqalah
- Ikhfa (Haqiqi)
- Ikhfa Shafawi
- Idgham with Ghunnah
- Idgham without Ghunnah
- Idgham Shafawi (Mimi)
- Madd Lazim (6 counts)
- Madd Wajib Muttasil (4-5 counts)
- Madd Jaiz Munfasil (2, 4, 6 counts)
Each word’s meaning appears right below it; the transliteration follows below the words.
Surah ash-shuara
- إِنْ هَـٰذَا إِلَّا خُلُقُ الْأَوَّلِينَBu (bizdən) əvvəlkilərin adətindən (gördükləri işlərdən) başqa bir şey deyildir! (Yaxud bizə dediyin bu sözlər qədimlərin uydurmalarından başqa bir şey deyildir!)0 Views
- وَمَا نَحْنُ بِمُعَذَّبِينَVə biz əzaba da düçar olmayacağıq!”0 Views
- فَكَذَّبُوهُ فَأَهْلَكْنَاهُمْ ۗ إِنَّ فِي ذَٰلِكَ لَآيَةً ۖ وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَOnu (Hudu) yalançı saydılar. Biz də onları məhv etdik. Şübhəsiz ki, bunda (Hudun bu hekayətində) bir ibrət vardır. Halbuki onların əksəriyyəti iman gətirmədi.0 Views
- وَإِنَّ رَبَّكَ لَهُوَ الْعَزِيزُ الرَّحِيمُHəqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, tövbə edən bəndələrini bağışlayar!)0 Views
- كَذَّبَتْ ثَمُودُ الْمُرْسَلِينَSəmud tayfası da peyğəmbərləri təkzib etdi.0 Views
- إِذْ قَالَ لَهُمْ أَخُوهُمْ صَالِحٌ أَلَا تَتَّقُونَO vaxt ki, qardaşları Saleh onlara dedi: “Məgər (küfr etdiyinizə, peyğəmbərləri yalançı hesab etdiyinizə görə Allahın əzabından) qorxmursunuz?0 Views
- إِنِّي لَكُمْ رَسُولٌ أَمِينٌŞübhəsiz ki, mən sizin üçün e’tibar olunası (bel bağlanılası) bir peyğəmbərəm! (Və’dimə xilaf çıxmaz, əmanətə xəyanət etmərəm!)0 Views
- فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِArtıq Allahdan qorxun və mənə itaət edin!0 Views
- وَمَا أَسْأَلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ ۖ إِنْ أَجْرِيَ إِلَّا عَلَىٰ رَبِّ الْعَالَمِينَMən bunun (Allahın hökmlərini, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!0 Views
- أَتُتْرَكُونَ فِي مَا هَاهُنَا آمِنِينَMəgər siz elə burada onların içində arxayınlıqla qalacaqsınız?0 Views
- فِي جَنَّاتٍ وَعُيُونٍBağlar və çeşmələr içində,0 Views
- وَزُرُوعٍ وَنَخْلٍ طَلْعُهَا هَضِيمٌƏkinlər və lətif çiçəkli (gözəl meyvəli) xurmalıqlar içində (xatircəmlikdə ömür sürəcəksiniz)?0 Views
- وَتَنْحِتُونَ مِنَ الْجِبَالِ بُيُوتًا فَارِهِينَDağlardan (sanki dünyada əbədi yaşayacaqsınız deyə, özünüzə) məharətlə (və ya təkəbbürlə) evlər yonub düzəldəcəksiniz?0 Views
- فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِArtıq Allahdan qorxun və mənə itaət edin!0 Views
- وَلَا تُطِيعُوا أَمْرَ الْمُسْرِفِينَ(Günah etməklə) həddi aşanların əmrinə tabe olmayın (onlara boyun əyməyin)!2 Views
- الَّذِينَ يُفْسِدُونَ فِي الْأَرْضِ وَلَا يُصْلِحُونَO kəslər ki, yer üzündə fitnə-fəsad törədər və (pis işlərdən, günah əməllərdən əl çəkib özlərini) islah etməzlər!0 Views
- قَالُوا إِنَّمَا أَنتَ مِنَ الْمُسَحَّرِينَOnlar dedilər: “Həqiqətən, sən (əməlli başlı) ovsunlanmışlardansan! (Divanənin birisən! Sən hardan peyğəmbər oldun?)0 Views
- مَا أَنتَ إِلَّا بَشَرٌ مِّثْلُنَا فَأْتِ بِآيَةٍ إِن كُنتَ مِنَ الصَّادِقِينَSən də bizim kimi ancaq adi bir insansan! Əgər doğru danışanlardansansa (həqiqi peyğəmbərsənsə), bizə (Allahdan) bir mö’cüzə gətir!”0 Views
- قَالَ هَـٰذِهِ نَاقَةٌ لَّهَا شِرْبٌ وَلَكُمْ شِرْبُ يَوْمٍ مَّعْلُومٍ(Saleh) dedi: “Bu, (Allahın mö’cüzəsi olan) dişi (maya) bir dəvədir. Su içmək növbəsi bir gün onun, bir gün sizindir! (Bir gün çeşmədən o, su içsin, bir gün də siz için. Bir-birinizə mane olmayın!)0 Views
- وَلَا تَمَسُّوهَا بِسُوءٍ فَيَأْخُذَكُمْ عَذَابُ يَوْمٍ عَظِيمٍOna heç bir pislik etməyin, yoxsa böyük günün (qiyamət günün) əzabı sizi yaxalayar!”0 Views
- فَعَقَرُوهَا فَأَصْبَحُوا نَادِمِينَAmma onlar (dəvəni) tutub kəsdilər, sonra da (əzab qorxusu ilə) peşman oldular.0 Views
- فَأَخَذَهُمُ الْعَذَابُ ۗ إِنَّ فِي ذَٰلِكَ لَآيَةً ۖ وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَArtıq əzab onları yaxaladı (hamısı məhv oldu). Şübhəsiz ki, bunda (Salehin bu hekayətində) bir ibrət vardır. Halbuki onların əksəriyyəti iman gətirmədi.0 Views
- وَإِنَّ رَبَّكَ لَهُوَ الْعَزِيزُ الرَّحِيمُHəqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, tövbə edən bəndələrini bağışlayar!)0 Views