Mushaf Page 372
صفحة ٣٧٢
- Ghunnah
- Qalqalah
- Ikhfa (Haqiqi)
- Ikhfa Shafawi
- Idgham with Ghunnah
- Idgham without Ghunnah
- Idgham Shafawi (Mimi)
- Madd Lazim (6 counts)
- Madd Wajib Muttasil (4-5 counts)
- Madd Jaiz Munfasil (2, 4, 6 counts)
Each word’s meaning appears right below it; the transliteration follows below the words.
Surah ash-shuara
- قَالَ وَمَا عِلْمِي بِمَا كَانُوا يَعْمَلُونَ(Nuh) dedi: “Mən onların nə etdiklərini (daxilən nə cür olduqlarını) bilmirəm!0 Views
- إِنْ حِسَابُهُمْ إِلَّا عَلَىٰ رَبِّي ۖ لَوْ تَشْعُرُونَƏgər başa düşürsünüzsə, (bilin ki) onların haqq-hesabı (imanlarının zahiri, yaxud daxili olduğu, ürəkdən iman gətirib-gətirmədikləri) yalnız Rəbbimə aiddir! (Mən ancaq zahirə baxıram!)0 Views
- وَمَا أَنَا بِطَارِدِ الْمُؤْمِنِينَVə mən iman gətirənləri qovan da deyiləm!0 Views
- إِنْ أَنَا إِلَّا نَذِيرٌ مُّبِينٌMən yalnız (günahkarları Allahın əzabı ilə) açıq-aşkar qorxudan bir peyğəmbərəm!”0 Views
- قَالُوا لَئِن لَّمْ تَنتَهِ يَا نُوحُ لَتَكُونَنَّ مِنَ الْمَرْجُومِينَOnlar dedilər: “Ey Nuh! Əgər (dediyin sözlərdən və bütlərimizi təhqir etməkdən) əl çəkməsən, mütləq daşqalaq ediləcəksən!”0 Views
- قَالَ رَبِّ إِنَّ قَوْمِي كَذَّبُونِ(Nuh) dedi: “Ey Rəbbim! Həqiqətən, qövmüm məni təkzib etdi.0 Views
- فَافْتَحْ بَيْنِي وَبَيْنَهُمْ فَتْحًا وَنَجِّنِي وَمَن مَّعِيَ مِنَ الْمُؤْمِنِينَArtıq mənimlə onlar arasında Sən hökm ver, məni və mənimlə birlikdə olan mö’minləri (bu əzabdan) qurtar!0 Views
- فَأَنجَيْنَاهُ وَمَن مَّعَهُ فِي الْفُلْكِ الْمَشْحُونِBuna görə də Biz onu (Nuhu) və onunla birlikdə yüklü gəmidə olanları xilas etdik.0 Views
- ثُمَّ أَغْرَقْنَا بَعْدُ الْبَاقِينَSonra yerdə qalanları suda boğduq!0 Views
- إِنَّ فِي ذَٰلِكَ لَآيَةً ۖ وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَŞübhəsiz ki, bunda (Nuhun bu hekayətində) bir ibrət vardır. Halbuki onların (Nuh tayfasının, yaxud bu hekayətə qulaq asanların) əksəriyyəti iman gətirmədi.0 Views
- وَإِنَّ رَبَّكَ لَهُوَ الْعَزِيزُ الرَّحِيمُHəqiqətən, sənin Rəbbin yenilməz qüvvət sahibi, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, tövbə edən bəndələrini bağışlayar!)0 Views
- كَذَّبَتْ عَادٌ الْمُرْسَلِينَAd taydası da peyğəmbərləri təkzib etdi.0 Views
- إِذْ قَالَ لَهُمْ أَخُوهُمْ هُودٌ أَلَا تَتَّقُونَO zaman ki, qardaşları Hud onlara dedi: “Məgər (küfr etməyinizə, peyğəmbərləri yalançı saymağınıza görə Allahın əzabından) qorxmursunuz?0 Views
- إِنِّي لَكُمْ رَسُولٌ أَمِينٌŞübhəsiz ki, mən sizin üçün e’tibar olunası (bel bağlanılası) bir peyğəmbərəm!0 Views
- فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِAllahdan qorxun və mənə itaət edin!0 Views
- وَمَا أَسْأَلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ ۖ إِنْ أَجْرِيَ إِلَّا عَلَىٰ رَبِّ الْعَالَمِينَMən bunun (dini, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!0 Views
- أَتَبْنُونَ بِكُلِّ رِيعٍ آيَةً تَعْبَثُونَDoğrudanmı siz hər təpədə bir köşk (əlamət) qurub (gəlib-gedənləri məsxərəyə qoyaraq) əylənirsiniz?0 Views
- وَتَتَّخِذُونَ مَصَانِعَ لَعَلَّكُمْ تَخْلُدُونَSanki (dünyada) əbədi qalacaqsınız deyə (yeraltı) su hövzələri (qalalar, yaxud qəsrlər) tikirsiniz!0 Views
- وَإِذَا بَطَشْتُم بَطَشْتُمْ جَبَّارِينَVə (birini) yaxaladıqda da zalımlar kimi yaxalayırsınız! (Onun vəhşicəsinə döyüb öldürürsünüz!)0 Views
- فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِArtıq Allahdan qorxun və mənə itaət edin!0 Views
- وَاتَّقُوا الَّذِي أَمَدَّكُم بِمَا تَعْلَمُونَQorxun o kəsdən ki, anlayıb bildiyiniz şeyləri (ne’mətləri) sizə əta etdi!0 Views
- أَمَدَّكُم بِأَنْعَامٍ وَبَنِينَSizə heyvanat, oğul-uşaq,0 Views
- وَجَنَّاتٍ وَعُيُونٍBağlar və çeşmələr verdi!0 Views
- إِنِّي أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍ عَظِيمٍMən böyük günün (qiyamət gününün) sizə üz verəcək əzabından qorxuram!”0 Views
- قَالُوا سَوَاءٌ عَلَيْنَا أَوَعَظْتَ أَمْ لَمْ تَكُن مِّنَ الْوَاعِظِينَOnlar dedilər: “Bizə öyüd-nəsihət versən də, verməsən də, bizim üçün eynidir (dinimizdən dönən deyilik).0 Views