Mushaf Page 371
صفحة ٣٧١
- Ghunnah
- Qalqalah
- Ikhfa (Haqiqi)
- Ikhfa Shafawi
- Idgham with Ghunnah
- Idgham without Ghunnah
- Idgham Shafawi (Mimi)
- Madd Lazim (6 counts)
- Madd Wajib Muttasil (4-5 counts)
- Madd Jaiz Munfasil (2, 4, 6 counts)
Each word’s meaning appears right below it; the transliteration follows below the words.
Surah ash-shuara
- وَاجْعَل لِّي لِسَانَ صِدْقٍ فِي الْآخِرِينَSonra gələnlər arasında mənə yaxşı ad qismət elə! (Gələcək nəsillər məni həmişə yad etsinlər, xatirimi əziz tutub adımı hörmətlə çəksinlər!)0 Views
- وَاجْعَلْنِي مِن وَرَثَةِ جَنَّةِ النَّعِيمِMəni Nəim cənnətlərinin varislərindən et!0 Views
- وَاغْفِرْ لِأَبِي إِنَّهُ كَانَ مِنَ الضَّالِّينَAtamı bağışla! Şübhəsiz ki, o, (haqq yolu) azanlardan oldu!0 Views
- وَلَا تُخْزِنِي يَوْمَ يُبْعَثُونَ(İnsanların qəbirlərindən çıxardılıb) dirildəcəyi gün (qiyamət günü) məni zəlil (rüsvay) etmə!0 Views
- يَوْمَ لَا يَنفَعُ مَالٌ وَلَا بَنُونَO gün ki, nə mal-dövlət, nə də övlad bir fayda verər!0 Views
- إِلَّا مَنْ أَتَى اللَّهَ بِقَلْبٍ سَلِيمٍAncaq sağlam (təmiz, daxilində şəkk-şübhəyə, küfrə, şirkə və nifaqa yer olmayan) bir qəlblə Allahın hüzuruna gələn kimsədən (mö’minlərdən) başqa!”0 Views
- وَأُزْلِفَتِ الْجَنَّةُ لِلْمُتَّقِينَ(O gün) Cənnət Allahdan qorxub pis əməllərdən çəkinənlərə yaxınlaşdırılar.0 Views
- وَبُرِّزَتِ الْجَحِيمُ لِلْغَاوِينَCəhənnəm də azğınlara göstərilər.0 Views
- وَقِيلَ لَهُمْ أَيْنَ مَا كُنتُمْ تَعْبُدُونَVə onlara belə deyərlər: “İbadət etdikləriniz (bütlər) haradadır?0 Views
- مِن دُونِ اللَّهِ هَلْ يَنصُرُونَكُمْ أَوْ يَنتَصِرُونَAllahdan başqa (ibadət etdikləriniz?). Onlar sizə kömək edə bilərlərmi? Yaxud özlərinə bir köməkləri çatarmı?”0 Views
- فَكُبْكِبُوا فِيهَا هُمْ وَالْغَاوُونَOnlar (müşriklər) və azğınlar (üzüqoylu üst-üstə) oraya (Cəhənnəmə) atılarlar!0 Views
- وَجُنُودُ إِبْلِيسَ أَجْمَعُونَİblisin bütün əsgərləri də (ora sürüklənib salınarlar).0 Views
- قَالُوا وَهُمْ فِيهَا يَخْتَصِمُونَOnlar orada (öz bütləri və rəisləri ilə) çənə-boğaz olub deyərlər:0 Views
- تَاللَّهِ إِن كُنَّا لَفِي ضَلَالٍ مُّبِينٍ“Allaha and olsun ki, biz (haqq yoldan) açıq-aydın azmışdıq!0 Views
- إِذْ نُسَوِّيكُم بِرَبِّ الْعَالَمِينَÇünki biz sizi (siz bütləri) aləmlərin Rəbbi ilə bərabər tuturduq.0 Views
- وَمَا أَضَلَّنَا إِلَّا الْمُجْرِمُونَBizi yalnız günahkarlar azdırdı.0 Views
- فَمَا لَنَا مِن شَافِعِينَİndi artıq nə şəfaət edən kimsələrimiz,0 Views
- وَلَا صَدِيقٍ حَمِيمٍNə də bir mehriban dostumuz var!0 Views
- فَلَوْ أَنَّ لَنَا كَرَّةً فَنَكُونَ مِنَ الْمُؤْمِنِينَKaş bir də (dünyaya) dönə biləydik; mö’minlərdən olardıq!”0 Views
- إِنَّ فِي ذَٰلِكَ لَآيَةً ۖ وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَHəqiqətən, bunda (İbrahimin bu hekayətində) bir ibrət vardır. Halbuki onların (İbrahim qövmünün, yaxud bu əhvalata qulaq asanların) əksəriyyəti iman gətirmədi.0 Views
- وَإِنَّ رَبَّكَ لَهُوَ الْعَزِيزُ الرَّحِيمُHəqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, tövbə edən bəndələrini bağışlayar!)0 Views
- كَذَّبَتْ قَوْمُ نُوحٍ الْمُرْسَلِينَNuh tayfası peyğəmbərləri təkzib etdi. (Onlar Nuhu yalançı saydılar. Bir peyğəmbəri təkzib etmək bütün peyğəmbərləri təkzib etmək deməkdir).0 Views
- إِذْ قَالَ لَهُمْ أَخُوهُمْ نُوحٌ أَلَا تَتَّقُونَO zaman ki, qardaşları Nuh onlara dedi: “Məgər (küfr etməyinizə görə) qorxmursunuz?0 Views
- إِنِّي لَكُمْ رَسُولٌ أَمِينٌŞübhəsiz ki, mən sizin üçün e’tibar olunası (bel bağlanılası) bir peyğəmbərəm! (Və’dimə xilaf çıxmaz, əmanətə xəyanət etmərəm!)0 Views
- فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِArtıq Allahdan qorxun və mənə itaət edin!0 Views
- وَمَا أَسْأَلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ ۖ إِنْ أَجْرِيَ إِلَّا عَلَىٰ رَبِّ الْعَالَمِينَMən bunun (dini, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!0 Views
- فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِArtıq Allahdan qorxun və mənə itaət edin!”0 Views
- ۞ قَالُوا أَنُؤْمِنُ لَكَ وَاتَّبَعَكَ الْأَرْذَلُونَOnlar: “Sənə ən rəzil (səfil, yoxsul) adamlar tabe olmuşkən, biz sənə imanmı gətirəcəyik?” – dedilər.0 Views