Mushaf Page 446
صفحة ٤٤٦
- Ghunnah
- Qalqalah
- Ikhfa (Haqiqi)
- Ikhfa Shafawi
- Idgham with Ghunnah
- Idgham without Ghunnah
- Idgham Shafawi (Mimi)
- Madd Lazim (6 counts)
- Madd Wajib Muttasil (4-5 counts)
- Madd Jaiz Munfasil (2, 4, 6 counts)
Each word’s meaning appears right below it; the transliteration follows below the words.
Surah as-saffat
Mərhəmətli, rəhmli Allahın adı ilə!
- وَالصَّافَّاتِ صَفًّاAnd olsun (Rəbbinə ibadət üçün səmada) səf-səf duranlara (mələklərə);0 Views
- فَالزَّاجِرَاتِ زَجْرًا(Buludları) qovduqca qovanlara (yaxud şeytanların pis əməllərinə mane olanlara, insanlara günah işlər görməyi qadağan edənlərə)0 Views
- فَالتَّالِيَاتِ ذِكْرًاVə Qur’an oxuyanlara!0 Views
- إِنَّ إِلَـٰهَكُمْ لَوَاحِدٌHəqiqətən, sizin Allahınız birdir!0 Views
- رَّبُّ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا وَرَبُّ الْمَشَارِقِO, göylərin, yerin və onların arasında olanların (bütün məxluqatın) Rəbbidir. Məşriqlərin (şərqin və qərbin – günəşin, ayın və ulduzların doğub batdığı yerlərin) də Rəbbi Odur.0 Views
- إِنَّا زَيَّنَّا السَّمَاءَ الدُّنْيَا بِزِينَةٍ الْكَوَاكِبِBiz (sizə) ən yaxın olan göy üzünü (dünya səmasını) ulduzlarla bəzədik. (Günəş, ay və ulduzlar başqa-başqa göylərdə olduqları halda, siz onların hamısını özünüzlə müqayisədə ən yaxın bir yerdə, sanki başınızın üstündə görürsünüz).0 Views
- وَحِفْظًا مِّن كُلِّ شَيْطَانٍ مَّارِدٍ(Biz həm də göyü) itaətdən çıxmış hər bir şeytandan qoruduq.0 Views
- لَّا يَسَّمَّعُونَ إِلَى الْمَلَإِ الْأَعْلَىٰ وَيُقْذَفُونَ مِن كُلِّ جَانِبٍOnlar ali bəzmə (yuxarı aləmə, mələklər aləminin söhbətlərinə) qulaq asa bilməz və hər tərəfdən (axan ulduzlar vasitəsilə) qovulub atılar.0 Views
- دُحُورًا ۖ وَلَهُمْ عَذَابٌ وَاصِبٌ(Səmadan) kənar edilərlər. Onları daimi bir əzab göyləyir!0 Views
- إِلَّا مَنْ خَطِفَ الْخَطْفَةَ فَأَتْبَعَهُ شِهَابٌ ثَاقِبٌAncaq (şeytanlar içərisində mələklərin söhbətlərindən bir sözü, bir xəbəri) çırpışdıran (oğrun-oğrun öyrənən) olsa, onu da dərhal yandırıb-yaxan bir ulduz (hər şeyi dəlib keçən bir mə’şəl) tə’qib edər.0 Views
- فَاسْتَفْتِهِمْ أَهُمْ أَشَدُّ خَلْقًا أَم مَّنْ خَلَقْنَا ۚ إِنَّا خَلَقْنَاهُم مِّن طِينٍ لَّازِبٍİndi (ya Peyğəmbər, bu müşriklərdən) soruş: onları yaratmaq çətindir, yoxsa Bizim (başqa) yaratdıqlarımızı? [Və ya: xilqətcə onlar güclüdürlər, yoxsa Bizim (başqa) yaratdıqlarımız?] Axı Biz onları (insanların babası Adəmi) yapışqan (kimi) bir palçıqdan yaratdıq.0 Views
- بَلْ عَجِبْتَ وَيَسْخَرُونَBəli, sən onlara (müşriklərin Allahın qüdrət əlamətlərini gördükləri halda qiyamətə inanmamalarına) təəcüblənirsən, onlar isə (sənin bu inamına) istehza edirlər.0 Views
- وَإِذَا ذُكِّرُوا لَا يَذْكُرُونَOnlara (Qur’anla Allahın dəlilləri ilə) öyüd-nəsihət verildikdə düşünüb ibrət almazlar.0 Views
- وَإِذَا رَأَوْا آيَةً يَسْتَسْخِرُونَBir mö’cüzə gördükdə isə ona istehza edərlər.0 Views
- وَقَالُوا إِنْ هَـٰذَا إِلَّا سِحْرٌ مُّبِينٌVə belə deyərlər: “Bu ancaq açıq-aşkar bir sehrdir.0 Views
- أَإِذَا مِتْنَا وَكُنَّا تُرَابًا وَعِظَامًا أَإِنَّا لَمَبْعُوثُونَMəgər biz öldükdən, torpaq və sürsümük olduqdan sonra dirildiləcəyikmi?!0 Views
- أَوَآبَاؤُنَا الْأَوَّلُونَEləcə də (bizdən) əvvəlki atalarımız (dirildiləcəklərmi)?!”0 Views
- قُلْ نَعَمْ وَأَنتُمْ دَاخِرُونَ(Ya Peyğəmbər!) De: “Bəli, özü də zəlil (xar) olaraq (dirildiləcəksiniz).0 Views
- فَإِنَّمَا هِيَ زَجْرَةٌ وَاحِدَةٌ فَإِذَا هُمْ يَنظُرُونَO yalnız dəhşətli bir səsdən (İsrafilin suru ikinci dəfə üfürməsindən) ibarətdir. Onlar dərhal (dirilib başlarına gətirilən müsibətlərə) baxacaqlar.0 Views
- وَقَالُوا يَا وَيْلَنَا هَـٰذَا يَوْمُ الدِّينِVə deyəcəklər: “Vay halımıza! Bu, haqq-hesab (cəza) günüdür!”0 Views
- هَـٰذَا يَوْمُ الْفَصْلِ الَّذِي كُنتُم بِهِ تُكَذِّبُونَ(Mələklər isə onlara belə deyəcəklər): “Bu (dünyada) yalan hesab etdiyiniz (haqq ilə batili, mö’minlə kafiri) ayırd etmə günüdür!”0 Views
- ۞ احْشُرُوا الَّذِينَ ظَلَمُوا وَأَزْوَاجَهُمْ وَمَا كَانُوا يَعْبُدُونَ(Allah mələklərə belə buyuracaqdır:) “Yığın bir yerə zülm (küfr) edənləri, onların həmtaylarını və ibadət etdiklərini -0 Views
- مِن دُونِ اللَّهِ فَاهْدُوهُمْ إِلَىٰ صِرَاطِ الْجَحِيمِAllahdan qeyri! Onlara Cəhənnəm yolunu göstərin!0 Views
- وَقِفُوهُمْ ۖ إِنَّهُم مَّسْئُولُونَOnları tutub saxlayın, çünki sorğu-sual olunacaqlar!”0 Views