Mushaf Page 569
صفحة ٥٦٩
- Ghunnah
- Qalqalah
- Ikhfa (Haqiqi)
- Ikhfa Shafawi
- Idgham with Ghunnah
- Idgham without Ghunnah
- Idgham Shafawi (Mimi)
- Madd Lazim (6 counts)
- Madd Wajib Muttasil (4-5 counts)
- Madd Jaiz Munfasil (2, 4, 6 counts)
Each word’s meaning appears right below it; the transliteration follows below the words.
Surah al-maarij
- يُبَصَّرُونَهُمْ ۚ يَوَدُّ الْمُجْرِمُ لَوْ يَفْتَدِي مِنْ عَذَابِ يَوْمِئِذٍ بِبَنِيهِOnlar bir-birinə göstəriləcəklər (lakin bir-birini tanısalar da, özlərini tanımamazlığa vurub bir-birindən qaçacaqlar). O günün əzabından qurtarmaq üçün günahkar istərdi ki, fəda etsin (fidyə versin) öz oğullarını;0 Views
- وَصَاحِبَتِهِ وَأَخِيهِÖvrətini və qardaşını;0 Views
- وَفَصِيلَتِهِ الَّتِي تُؤْوِيهِ(Çətin günlərdə) ona sığınacaq verən əşirətini (qohum-əqrabasını);0 Views
- وَمَن فِي الْأَرْضِ جَمِيعًا ثُمَّ يُنجِيهِVə yer üzündə olanların hamısını – təki özünü (Allahın əzabından) qurtarsın!0 Views
- كَلَّا ۖ إِنَّهَا لَظَىٰXeyr (bu mümkün deyildir). Həqiqətən, o (Cəhənnəm) alovlu atəşdir.0 Views
- نَزَّاعَةً لِّلشَّوَىٰ(Elə bir atəş ki) başın dərisini sıyırıb çıxardır (dərini sümükdən ayırır).0 Views
- تَدْعُو مَنْ أَدْبَرَ وَتَوَلَّىٰÇağırır (o Cəhənnəm itaətdən) çıxanı, (imandan) üz döndərəni0 Views
- وَجَمَعَ فَأَوْعَىٰVə (mal-dövlət) yığıb saxlayanı! (Allahın payını verməyəni; acizə, yoxsula əl tutmayanı!)0 Views
- ۞ إِنَّ الْإِنسَانَ خُلِقَ هَلُوعًاHəqiqətən, insan (sərvətə) çox həris (tamahkar və kəmhövsələ) yaradılmışdır!0 Views
- إِذَا مَسَّهُ الشَّرُّ جَزُوعًاOna bir pislik üz verdikdə fəryad qoparar.0 Views
- وَإِذَا مَسَّهُ الْخَيْرُ مَنُوعًاOna bir xeyir nəsib olduqda isə xəsis olar.0 Views
- إِلَّا الْمُصَلِّينَNamaz qılanlar istisnadır!0 Views
- الَّذِينَ هُمْ عَلَىٰ صَلَاتِهِمْ دَائِمُونَO kəslər ki, daim namaz qılarlar;0 Views
- وَالَّذِينَ فِي أَمْوَالِهِمْ حَقٌّ مَّعْلُومٌO kəslər ki, onların mallarında müəyyən bir haqq (pay) vardır -0 Views
- لِّلسَّائِلِ وَالْمَحْرُومِDilənən və (hər şeydən) məhrum olan (lakin abrına qısılıb dilənməyən) kimsə üçün;0 Views
- وَالَّذِينَ يُصَدِّقُونَ بِيَوْمِ الدِّينِO kəslər ki, haqq-hesab gününü təsdiq edərlər;0 Views
- وَالَّذِينَ هُم مِّنْ عَذَابِ رَبِّهِم مُّشْفِقُونَO kəslər ki, Rəbbinin əzabından qorxub tir-tir əsərlər;0 Views
- إِنَّ عَذَابَ رَبِّهِمْ غَيْرُ مَأْمُونٍÇünki onların Rəbbinin əzabından (bu əzabın kiməsə toxunub-toxunmayacağından) arxayın olmaq olmaz;0 Views
- وَالَّذِينَ هُمْ لِفُرُوجِهِمْ حَافِظُونَO kəslər ki, ayıb yerlərini qoruyub saxlayarlar (zina etməzlər);0 Views
- إِلَّا عَلَىٰ أَزْوَاجِهِمْ أَوْ مَا مَلَكَتْ أَيْمَانُهُمْ فَإِنَّهُمْ غَيْرُ مَلُومِينَÖvrətləri və cariyələri istisna olmaqla. (Onlarla yaxınlıq etməyə görə) əsla qınanmazlar;0 Views
- فَمَنِ ابْتَغَىٰ وَرَاءَ ذَٰلِكَ فَأُولَـٰئِكَ هُمُ الْعَادُونَBundan artığını istəyənlər isə həddi aşanlardır;0 Views
- وَالَّذِينَ هُمْ لِأَمَانَاتِهِمْ وَعَهْدِهِمْ رَاعُونَO kəslər ki, əmanətə xəyanət etməz, verdikləri sözü yerinə yetirərlər;0 Views
- وَالَّذِينَ هُم بِشَهَادَاتِهِمْ قَائِمُونَO kəslər ki, düzgün şəhadət verərlər0 Views
- وَالَّذِينَ هُمْ عَلَىٰ صَلَاتِهِمْ يُحَافِظُونَVə o kəslər ki, namazlarını (layiqincə) hifz edərlər-0 Views
- أُولَـٰئِكَ فِي جَنَّاتٍ مُّكْرَمُونَMəhz onlar cənnətlərdə ehtiram olunacaq (əzizlənəcək) kimsələrdir!0 Views
- فَمَالِ الَّذِينَ كَفَرُوا قِبَلَكَ مُهْطِعِينَ(Ya Peyğəmbər!) Kafirlərə nə olub ki, (boyunlarını qabağa uzadıb) sənə tərəf tələsirlər?0 Views
- عَنِ الْيَمِينِ وَعَنِ الشِّمَالِ عِزِينَSağdan və soldan dəstə-dəstə gəlirlər?0 Views
- أَيَطْمَعُ كُلُّ امْرِئٍ مِّنْهُمْ أَن يُدْخَلَ جَنَّةَ نَعِيمٍMəgər onların hər biri Nəim cənnətlərinəmi daxil olacağına ümid edir?0 Views
- كَلَّا ۖ إِنَّا خَلَقْنَاهُم مِّمَّا يَعْلَمُونَXeyr! (Bu ola bilməz). Biz onları özlərinin bildiyi şeydən yaratdıq! (İnsan bir qətrə natəmiz nütfədən xəlq edilmişdir. İnsanın e’tiqadı, imanı olmasa, bu vecsiz maddənin nə dəyərini, nə də qiyməti ola bilər?! Bu və ya digər şəxsin Cənnətə daxil olması üçün başlıca şərt onun Allaha iman gətirib Ona səmimi-qəlbdən itaət etməsidir. Nicat yolu yalnız budur!)0 Views