Mushaf Page 591
صفحة ٥٩١
- Ghunnah
- Qalqalah
- Ikhfa (Haqiqi)
- Ikhfa Shafawi
- Idgham with Ghunnah
- Idgham without Ghunnah
- Idgham Shafawi (Mimi)
- Madd Lazim (6 counts)
- Madd Wajib Muttasil (4-5 counts)
- Madd Jaiz Munfasil (2, 4, 6 counts)
Each word’s meaning appears right below it; the transliteration follows below the words.
Surah at-tariq
Mərhəmətli, rəhmli Allahın adı ilə!
- وَالسَّمَاءِ وَالطَّارِقِAnd olsun göyə və gecə gələnə! (Gecə peyda olub gündüz qeyb olana!)3 Views
- وَمَا أَدْرَاكَ مَا الطَّارِقُ(Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, gecə gələn nədir?!3 Views
- النَّجْمُ الثَّاقِبُ(O, zülməti yaran) parlaq ulduzdur!3 Views
- إِن كُلُّ نَفْسٍ لَّمَّا عَلَيْهَا حَافِظٌElə bir kimsə yoxdur ki, onun üstündə bir gözətçi (mələk) olmasın!3 Views
- فَلْيَنظُرِ الْإِنسَانُ مِمَّ خُلِقَElə isə insan nədən yaradıldığına (bəsirət gözü ilə) bir baxsın!3 Views
- خُلِقَ مِن مَّاءٍ دَافِقٍO, axıb tökülən bir sudan (nütfədən) yaradılmışdır.3 Views
- يَخْرُجُ مِن بَيْنِ الصُّلْبِ وَالتَّرَائِبِ(O su kişilərin) bel sümüyündən, (qadınların isə) köks sümüyündən çıxar!3 Views
- إِنَّهُ عَلَىٰ رَجْعِهِ لَقَادِرٌHəqiqətən, (Allah) insanı (öləndən sonra) yenidən diriltməyə qadirdir! -3 Views
- يَوْمَ تُبْلَى السَّرَائِرُBütün sirlərin aşkar olacağı o qiyamət günü;3 Views
- فَمَا لَهُ مِن قُوَّةٍ وَلَا نَاصِرٍ(O gün) insanın nə (əzabı dəf edəcək) bir qüvəsi, nə də bir köməkçisi olar!3 Views
- وَالسَّمَاءِ ذَاتِ الرَّجْعِAnd olsun yağış sahibi olan göyə;3 Views
- وَالْأَرْضِ ذَاتِ الصَّدْعِAnd olsun (növbənöv bitkilər yetirmək üçün) yarılan yerə ki,3 Views
- إِنَّهُ لَقَوْلٌ فَصْلٌBu (Qur’an haqla nahaqqı) ayırd edən kəlamdır!3 Views
- وَمَا هُوَ بِالْهَزْلِO, oyun-oyuncaq (əyləncə) deyildir!3 Views
- إِنَّهُمْ يَكِيدُونَ كَيْدًاHəqiqətən, (Məkkə müşrikləri Qur’anın nurunu söndürmək üçün) hiylə qurdular.3 Views
- وَأَكِيدُ كَيْدًاMən də (hiylələrinə qarşı) onlara cəza verirəm.3 Views
- فَمَهِّلِ الْكَافِرِينَ أَمْهِلْهُمْ رُوَيْدًاElə isə (ya Peyğəmbər!) kafirlərə möhlət ver! Onlara azacıq möhlət ver!3 Views
Surah al-ala
Mərhəmətli, rəhmli Allahın adı ilə!
- سَبِّحِ اسْمَ رَبِّكَ الْأَعْلَى(Ya Peyğəmbər!) Ən uca olan Rəbbinin adını pak (müqəddəs) tutub şə’ninə təriflər de!3 Views
- الَّذِي خَلَقَ فَسَوَّىٰO Rəbbin ki, (hər şeyi) xəlq etdi və nizama saldı.3 Views
- وَالَّذِي قَدَّرَ فَهَدَىٰO Rəbbin ki, (hər şeyin keyfiyyətini, xüsusiyyətini, davam müddətini) əzəldən müəyyən etdi və (hamıya) yol göstərdi.3 Views
- وَالَّذِي أَخْرَجَ الْمَرْعَىٰO Rəbbin ki, (torpağı yarıb ondan yamyaşıl) otlar çıxartdı.3 Views
- فَجَعَلَهُ غُثَاءً أَحْوَىٰSonra da onu (qupquru) qara çör-çöpə döndərdi.3 Views
- سَنُقْرِئُكَ فَلَا تَنسَىٰ(Ya Peyğəmbər!) Biz sənə (Qur’anı) oxudacağıq və sən (onu) unutmayacaqsan;3 Views
- إِلَّا مَا شَاءَ اللَّهُ ۚ إِنَّهُ يَعْلَمُ الْجَهْرَ وَمَا يَخْفَىٰYalnız Allahın dilədiyindən (hökmünü ləğv etdiyimiz bu və ya digər ayədən) başqa! Şübhəsiz ki, O, aşkarı da, gizlini də bilir!3 Views
- وَنُيَسِّرُكَ لِلْيُسْرَىٰBiz sənə ən asan olanı (islam şəriətini) müyəssər edərik.3 Views
- فَذَكِّرْ إِن نَّفَعَتِ الذِّكْرَىٰ(Ya Peyğəmbər!) Əgər nəsihət etmək fayda versə, (ümmətinə Qur’anla) öyüd-nəsihət ver!3 Views
- سَيَذَّكَّرُ مَن يَخْشَىٰ(Allahdan) qorxan kimsə mütləq öyüd-nəsihət qəbul edəcəkdir!3 Views
- وَيَتَجَنَّبُهَا الْأَشْقَىBədbəxt (kafir) isə ondan (öyüd-nəsihətdən) qaçacaqdır.3 Views
- الَّذِي يَصْلَى النَّارَ الْكُبْرَىٰ(O bədbəxt ki) ən böyük oda (cəhənnəm oduna) girəcəkdir.3 Views
- ثُمَّ لَا يَمُوتُ فِيهَا وَلَا يَحْيَىٰOrada nə öləcək, nə də yaşayacaqdır! (Nə ölü kimi ölü, nə də diri kimi diri olacaqdır!)3 Views
- قَدْ أَفْلَحَ مَن تَزَكَّىٰ(Günahlardan) təmizlənən kimsə isə nicat tapacaqdır.3 Views
- وَذَكَرَ اسْمَ رَبِّهِ فَصَلَّىٰO kimsə ki, Rəbbinin adını zikr edib namaz qılar!3 Views