Juz 30
الجزء ٣٠
- Ghunnah
- Qalqalah
- Ikhfa (Haqiqi)
- Ikhfa Shafawi
- Idgham with Ghunnah
- Idgham without Ghunnah
- Idgham Shafawi (Mimi)
- Madd Lazim (6 counts)
- Madd Wajib Muttasil (4-5 counts)
- Madd Jaiz Munfasil (2, 4, 6 counts)
Each word’s meaning appears right below it; the transliteration follows below the words.
Surah an-naba
Mərhəmətli, rəhmli Allahın adı ilə!
- عَمَّ يَتَسَاءَلُونَ(Bu müşriklər) bir-birindən nə haqqında soruşurlar?1 Views
- عَنِ النَّبَإِ الْعَظِيمِBöyük bir xəbər (qiyamət günü) haqqında!1 Views
- الَّذِي هُمْ فِيهِ مُخْتَلِفُونَElə bir xəbər ki, onun barəsində ixtilafdadırlar.1 Views
- كَلَّا سَيَعْلَمُونَXeyr, onlar (qiyamətin haqq olduğunu) mütləq biləcəklər!1 Views
- ثُمَّ كَلَّا سَيَعْلَمُونَBir də (deyirəm) xeyr, onlar (qiyamətin haqq olduğunu) mütləq biləcəklər!1 Views
- أَلَمْ نَجْعَلِ الْأَرْضَ مِهَادًاMəgər Biz yeri döşək etmədikmi?!1 Views
- وَالْجِبَالَ أَوْتَادًاDağları da dirək?!1 Views
- وَخَلَقْنَاكُمْ أَزْوَاجًاBiz sizləri (erkək və dişi olmaqla) cüt-cüt yaratdıq.1 Views
- وَجَعَلْنَا نَوْمَكُمْ سُبَاتًاYuxunuzu da istirahət etdik.1 Views
- وَجَعَلْنَا اللَّيْلَ لِبَاسًاBiz gecəni (hər şeyi bürüyən) örtük etdik.1 Views
- وَجَعَلْنَا النَّهَارَ مَعَاشًاGündüzü isə dolanışlıq (ruzi qazanmaq) vaxtı etdik.1 Views
- وَبَنَيْنَا فَوْقَكُمْ سَبْعًا شِدَادًاÜstünüzdə yeddi (qat) möhkəm (göy) qurduq.1 Views
- وَجَعَلْنَا سِرَاجًا وَهَّاجًاSizin üçün çox parlaq bir çıxar (günəş) yaratdıq.1 Views
- وَأَنزَلْنَا مِنَ الْمُعْصِرَاتِ مَاءً ثَجَّاجًا(Küləklərin sıxdığı) buludlardan şırıl-şırıl tökülən yağmur endirdik ki,1 Views
- لِّنُخْرِجَ بِهِ حَبًّا وَنَبَاتًاOnunla dən və bitki yetişdirək,1 Views
- وَجَنَّاتٍ أَلْفَافًاEləcə də (ağacları bir-birinə) sarmaşan bağlar.1 Views
- إِنَّ يَوْمَ الْفَصْلِ كَانَ مِيقَاتًاHəqiqətən, (haqla batili) ayırd etmə günü (əzəldən müəyyən edilmiş) bir vaxtdır!1 Views
- يَوْمَ يُنفَخُ فِي الصُّورِ فَتَأْتُونَ أَفْوَاجًاSur çalınacağı gün (qəbirlərinizdən çıxıb) dəstə-dəstə (məhşərə) gələcəksiniz.1 Views
- وَفُتِحَتِ السَّمَاءُ فَكَانَتْ أَبْوَابًا(O gün) göy qapı-qapı (mələklərin yerə enməsi üçün göydə yarıqlar) açılacaqdır.1 Views
- وَسُيِّرَتِ الْجِبَالُ فَكَانَتْ سَرَابًاDağlar yerindən qopardılıb (havada toz kimi uçaraq) ilğıma dönəcəkdir.1 Views
- إِنَّ جَهَنَّمَ كَانَتْ مِرْصَادًاHəqiqətən, Cəhənnəm (mələklərin hazır durub kafirləri gözlədiyi) pusqudur!1 Views
- لِّلطَّاغِينَ مَآبًاO, azğınların məskənidir.1 Views
- لَّابِثِينَ فِيهَا أَحْقَابًاOnlar orada sonsuz müddət qalacaqlar.1 Views
- لَّا يَذُوقُونَ فِيهَا بَرْدًا وَلَا شَرَابًاOnlar orada nə bir sərinlik (görəcək), nə də içməyə bir şey tapacaqlar;1 Views
- إِلَّا حَمِيمًا وَغَسَّاقًاQaynar sudan və irindən başqa!-1 Views
- جَزَاءً وِفَاقًا(Dünyadakı əmələrinə) uyğun cəza olaraq.1 Views
- إِنَّهُمْ كَانُوا لَا يَرْجُونَ حِسَابًاÇünki onlar haqq-hesab çəkiləcəyinə ümid bəsləmirdilər (qiyamət gününə inanmır, onun əzabından qorxmurdular).1 Views
- وَكَذَّبُوا بِآيَاتِنَا كِذَّابًاAyələrimizi də elə hey təkzib edirdilər.1 Views
- وَكُلَّ شَيْءٍ أَحْصَيْنَاهُ كِتَابًاBiz hər şeyi (bir-bir) sayıb (lövhi-məhfuzda) yazmışıq (və ya: əməl dəftərində yazıb təsbit etmişik).1 Views
- فَذُوقُوا فَلَن نَّزِيدَكُمْ إِلَّا عَذَابًاİndi (ey kafirlər!) dadın əzabı. Biz sizə əzabdan başqa bir şey artırmayacağıq!1 Views
- إِنَّ لِلْمُتَّقِينَ مَفَازًاHəqiqətən, müttəqilərin nicat yeri (Cənnət),3 Views
- حَدَائِقَ وَأَعْنَابًاBağçalar və üzüm bağları,3 Views
- وَكَوَاعِبَ أَتْرَابًاSinələri yenicə qabarmış (dolmuş, tumurcuqlanmış, gözəllikdə və məlahətdə bir-birinə bənzər) həmyaşıd qızlar.3 Views
- وَكَأْسًا دِهَاقًا(Cənnət şərabı ilə) dolu qədəhlər gözləyir!3 Views
- لَّا يَسْمَعُونَ فِيهَا لَغْوًا وَلَا كِذَّابًاOnlar orada (Cənnətdə) nə boş söz, nə də yalan eşidəcəklər.3 Views
- جَزَاءً مِّن رَّبِّكَ عَطَاءً حِسَابًا(Bu, müttəqilərə) Rəbbindən olan mükafat, artıqlaması ilə verilən bəxşişdir -3 Views
- رَّبِّ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا الرَّحْمَـٰنِ ۖ لَا يَمْلِكُونَ مِنْهُ خِطَابًاGöylərin, yerin və onların arasındakıların Rəhman olan Rəbbindən (göndərilən bəxşişdir). Onlar (məxluqat) Onun hüzurunda heç bir söz deməyə qadir olmazlar!3 Views
- يَوْمَ يَقُومُ الرُّوحُ وَالْمَلَائِكَةُ صَفًّا ۖ لَّا يَتَكَلَّمُونَ إِلَّا مَنْ أَذِنَ لَهُ الرَّحْمَـٰنُ وَقَالَ صَوَابًاRuhun (Cəbrailin) və mələklərin səf-səf duracağı gün Rəhmanın izin verdiyi kimsələrdən başqa heç kəs danışmayacaq, danışan da doğrunu deyəcəkdir!3 Views
- ذَٰلِكَ الْيَوْمُ الْحَقُّ ۖ فَمَن شَاءَ اتَّخَذَ إِلَىٰ رَبِّهِ مَآبًاBu, haqq olan gündür. Kim dilərsə, (iman gətirib ibadət və itaət etməklə) Rəbbinə tərəf qayıdan bir yol tutar!3 Views
- إِنَّا أَنذَرْنَاكُمْ عَذَابًا قَرِيبًا يَوْمَ يَنظُرُ الْمَرْءُ مَا قَدَّمَتْ يَدَاهُ وَيَقُولُ الْكَافِرُ يَا لَيْتَنِي كُنتُ تُرَابًاHəqiqətən, Biz sizi yaxın bir əzabla (qiyamət gününün əzabı ilə) qorxutduq. O gün insan öz əlləri ilə etdiyi (yaxşı, pis) əməlləri görəcək, kafir isə: “Kaş (bu əzabı görməmək üçün) torpaq olaydım!” – deyəcəkdir.3 Views
Surah an-naziat
Mərhəmətli, rəhmli Allahın adı ilə!
- وَالنَّازِعَاتِ غَرْقًاAnd olsun (kafirlərin canını) zorla alanlara;3 Views
- وَالنَّاشِطَاتِ نَشْطًاAnd olsun (mö’minlərin canını) rahatlıqla alanlara;3 Views
- وَالسَّابِحَاتِ سَبْحًاAnd olsun sür’ətlə üzənlərə;3 Views
- فَالسَّابِقَاتِ سَبْقًاAnd olsun (bir-birini) ötdükcə ötənlərə;3 Views
- فَالْمُدَبِّرَاتِ أَمْرًاAnd olsun işə əncam çəkənlərə (Allahın əmri ilə dünyanın işlərini idarə edən mələklərə ki, qiyamət haqdır və siz qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracaqsınız)!3 Views
- يَوْمَ تَرْجُفُ الرَّاجِفَةُO gün sarsılan sarsılacaq (surun birinci üfürülməsi ilə yer, göy lərzəyə gələcək),3 Views
- تَتْبَعُهَا الرَّادِفَةُOnun ardınca bir sarsıntı da olacaqdır! (Sur ikinci dəfə üfürüləcəkdir. İsrafil suru birinci dəfə çaldıqda hər şey məhv olacaq, ikinci dəfə çaldıqda isə hamı diriləcəkdir. Bunların arası dünya vaxtı ilə müqayisədə qırx il çəkəcəkdir).3 Views
- قُلُوبٌ يَوْمَئِذٍ وَاجِفَةٌO gün ürəklər qorxub titrəyəcək,3 Views
- أَبْصَارُهَا خَاشِعَةٌGözləri (o ürəklərin sahib olduğu gözlər dəhşətdən) zəlilcəsinə yerə dikiləcəkdir.3 Views
- يَقُولُونَ أَإِنَّا لَمَرْدُودُونَ فِي الْحَافِرَةِ(Qiyaməti inkar edən kafirlər dünyada istehza ilə) deyirlər: “Doğrudanmı biz (öləndən sonra dirilib) əvvəlki vəziyyətimizə qaytarılacağıq?!3 Views
- أَإِذَا كُنَّا عِظَامًا نَّخِرَةًÖzü də çürümüş sümüklər olduğumuz zamanmı?!”3 Views
- قَالُوا تِلْكَ إِذًا كَرَّةٌ خَاسِرَةٌOnlar deyirlər: “Elə isə bu ziyanlı dönüşdür (çünki onun arxasında şiddətli bir əzab durur).3 Views
- فَإِنَّمَا هِيَ زَجْرَةٌ وَاحِدَةٌ(Ey kafirlər! Bu, Allah üçün çətin deyildir). Doğrudan da, o (surun axırıncı dəfə çalınması) ancaq tək bir dəhşətli səsdir (nə’rədir)!3 Views
- فَإِذَا هُم بِالسَّاهِرَةِOnlar dərhal (qəbirlərindən çıxıb) dümdüz bir yerdə olacaqlar!3 Views
- هَلْ أَتَاكَ حَدِيثُ مُوسَىٰ(Ya Peyğəmbər!) Musanın hekayəti (söhbəti) sənə gəlib çatdımı?3 Views
- إِذْ نَادَاهُ رَبُّهُ بِالْوَادِ الْمُقَدَّسِ طُوًىO zaman ki, Rəbbi ona müqəddəs Tuva vadisində belə xitab etdi:1 Views
- اذْهَبْ إِلَىٰ فِرْعَوْنَ إِنَّهُ طَغَىٰ“Fir’onun yanına get. Çünki o, (allahlıq iddiasına düşməklə, xalqa zülm etməklə) çox azmışdır (həddini aşmışdır).1 Views
- فَقُلْ هَل لَّكَ إِلَىٰ أَن تَزَكَّىٰVə de: “(Günahlardan) təmizlənmək istəyirsənmi?1 Views
- وَأَهْدِيَكَ إِلَىٰ رَبِّكَ فَتَخْشَىٰSəni Rəbbinə tərəf gətirimmi ki, (Ondan) qorxasan?”1 Views
- فَأَرَاهُ الْآيَةَ الْكُبْرَىٰ(Musa gəlib Allahın buyuruğunu Fir’ona ərz elədi) və ona (özünün həqiqi peyğəmbər olmasına dəlalət edən) ən böyük mö’cüzəni (əsanın dönüb əjdaha olmasını) göstərdi.1 Views
- فَكَذَّبَ وَعَصَىٰLakin (Fir’on Musanı) təkzib edib (ona) asi oldu.1 Views
- ثُمَّ أَدْبَرَ يَسْعَىٰSonra geri dönüb (özünə buyurulanlardan üz döndərərək fitnə-fəsad törətməyə, Musaya qarşı tədbir tökməyə) tələsdi.1 Views
- فَحَشَرَ فَنَادَىٰVə (ə’yan-əşrafını, bütün təbəələrini) toplayıb (onlara) belə xitab etdi:1 Views
- فَقَالَ أَنَا رَبُّكُمُ الْأَعْلَىٰ“Həqiqətən, mən sizin ən uca Rəbbinizəm!”1 Views
- فَأَخَذَهُ اللَّهُ نَكَالَ الْآخِرَةِ وَالْأُولَىٰAllah da onu axirət və dünya əzabına giriftar etdi. (Yaxud: Allah ona axırıncı və əvvəlinci sözlərinin cəzasını verdi).1 Views
- إِنَّ فِي ذَٰلِكَ لَعِبْرَةً لِّمَن يَخْشَىٰŞübhəsiz ki, bunda (Allahdan) qorxan kimsələr üçün ibrət dərsi vardır.1 Views
- أَأَنتُمْ أَشَدُّ خَلْقًا أَمِ السَّمَاءُ ۚ بَنَاهَا(Ey kafirlər!) Sizi yaratmaq çətindir, yoxsa göyü ki (Allah) onu yaratdı;1 Views
- رَفَعَ سَمْكَهَا فَسَوَّاهَاQübbəsini ucaltdı, düzəldib nizama saldı;1 Views
- وَأَغْطَشَ لَيْلَهَا وَأَخْرَجَ ضُحَاهَاGecəsini qaranlıq, gündüzünü işıqlı etdi?!1 Views
- وَالْأَرْضَ بَعْدَ ذَٰلِكَ دَحَاهَاBundan sonra da yeri döşəyib (yayıb) düzəltdi (üstündə gəzmək və yaşamaq üçün onu yararlı hala saldı).1 Views
- أَخْرَجَ مِنْهَا مَاءَهَا وَمَرْعَاهَاOndan suyunu və otlağını çıxartdı.1 Views
- وَالْجِبَالَ أَرْسَاهَا(Orada) dağları yerləşdirdi.1 Views
- مَتَاعًا لَّكُمْ وَلِأَنْعَامِكُمْ(Bütün bunlar) sizin və heyvanlarınızın istifadəsi üçündür.1 Views
- فَإِذَا جَاءَتِ الطَّامَّةُ الْكُبْرَىٰO böyük bəla (qiyamət) gələndə,1 Views
- يَوْمَ يَتَذَكَّرُ الْإِنسَانُ مَا سَعَىٰO gün insan nələr etdiyini (dünyadakı bütün yaxşı, pis əməllərini) yadına salacaqdır.1 Views
- وَبُرِّزَتِ الْجَحِيمُ لِمَن يَرَىٰCəhənnəm də hər görənə görünəcəkdir.1 Views
- فَأَمَّا مَن طَغَىٰKim (dünyada) azğınlıq etmişsə,1 Views
- وَآثَرَ الْحَيَاةَ الدُّنْيَاDünyanı (axirətdən) üstün tutmuşsa,1 Views
- فَإِنَّ الْجَحِيمَ هِيَ الْمَأْوَىٰŞübhəsiz ki, onun məskəni Cəhənnəmdir!1 Views
- وَأَمَّا مَنْ خَافَ مَقَامَ رَبِّهِ وَنَهَى النَّفْسَ عَنِ الْهَوَىٰAmma kim (qiyamət günü) Rəbbinin hüzurunda durmaqdan qorxmuş və nəfsinə istəyini (şəfvəti) qadağan etmişsə,1 Views
- فَإِنَّ الْجَنَّةَ هِيَ الْمَأْوَىٰHəqiqətən, onun yurdu Cənnətdir!1 Views
- يَسْأَلُونَكَ عَنِ السَّاعَةِ أَيَّانَ مُرْسَاهَا(Ya Peyğəmbər! Müşriklər) səndən o saatın nə vaxt gələcəyi (qiyamətin nə vaxt qopacağı) barəsində soruşarlar.1 Views
- فِيمَ أَنتَ مِن ذِكْرَاهَاSən onu (onun vaxtını) nə bilirsən?!1 Views
- إِلَىٰ رَبِّكَ مُنتَهَاهَاOnu sonuna qədər (bütün təfərrüatı ilə) bilmək ancaq sənin Rəbbinə məxsusdur.1 Views
- إِنَّمَا أَنتَ مُنذِرُ مَن يَخْشَاهَاSən ancaq ondan (qiyamətdən) xəbərdar edib çəkindirənsən!1 Views
- كَأَنَّهُمْ يَوْمَ يَرَوْنَهَا لَمْ يَلْبَثُوا إِلَّا عَشِيَّةً أَوْ ضُحَاهَاOnu (qiyaməti) gördükləri gün (dünyada və ya qəbir evində) yalnız bir axşam, yaxud bir səhər qaldıqlarını sanacaqlar!1 Views
Surah abasa
Mərhəmətli, rəhmli Allahın adı ilə!
- عَبَسَ وَتَوَلَّىٰ(Peyğəmbər) qaşqabağını töküb üzünü çevirdi.1 Views
- أَن جَاءَهُ الْأَعْمَىٰYanına korun (Abdullah ibn Ümmi-Məktumun) gəlməsindən dolayı.1 Views
- وَمَا يُدْرِيكَ لَعَلَّهُ يَزَّكَّىٰNə bilirsən, bəlkə də, o (səndən islama dair soruşub öyrənəcəkləri ilə) təmizlənəcəkdir!1 Views
- أَوْ يَذَّكَّرُ فَتَنفَعَهُ الذِّكْرَىٰYaxud öyüd dinləyəcək və bu öyüd ona fayda verəcəkdir!1 Views
- أَمَّا مَنِ اسْتَغْنَىٰ(Var dövlətinə güvənib sənin öyüd-nəsihətinə qulaq asmağa) ehtiyac hiss etməyənə (dövlətliyə) gəldikdə,1 Views
- فَأَنتَ لَهُ تَصَدَّىٰSən üzünü ona tərəf çevirirsən (onun sözünə qulaq asırsan).1 Views
- وَمَا عَلَيْكَ أَلَّا يَزَّكَّىٰOnun (küfrdən) təmizlənməsindən sənə nə?!1 Views
- وَأَمَّا مَن جَاءَكَ يَسْعَىٰYüyürə-yüyürə sənin yanına gələn1 Views
- وَهُوَ يَخْشَىٰVə (Allahdan) qorxan kimsəyə gəldikdə isə,1 Views
- فَأَنتَ عَنْهُ تَلَهَّىٰSən ondan üz çevirirsən!1 Views
- كَلَّا إِنَّهَا تَذْكِرَةٌXeyr! (Belə yaramaz, bir daha belə etmə). Həqiqətən, bu (ayələr) bir öyüd-nəsihətdir.1 Views
- فَمَن شَاءَ ذَكَرَهُKim istəsə, ondan öyüd alar.1 Views
- فِي صُحُفٍ مُّكَرَّمَةٍ(Bu Qur’an Allah dərgahında) çox möhtərəm (mö’təbər) səhifələrdə -1 Views
- مَّرْفُوعَةٍ مُّطَهَّرَةٍ(Qədir-qiyməti) yüksək (şanı uca), tərtəmiz səhifələrdədir (Şeytan onlara toxuna bilməz).1 Views
- بِأَيْدِي سَفَرَةٍ(O, Allahla peyğəmbərlər arasında olan) elçi mələklərin əlləri ilə (lövhi-məhfuzdan köçürülür, yaxud o, elçi mələklərə e’tibar edilmişdir).1 Views
- كِرَامٍ بَرَرَةٍ(O mələklər ki, Allahın yanında) çox möhtərəm, (Allaha) çox müt’idirlər.1 Views
- قُتِلَ الْإِنسَانُ مَا أَكْفَرَهُÖlsün (kafir) insan! O nə nankordur!1 Views
- مِنْ أَيِّ شَيْءٍ خَلَقَهُ(Bu təkəbbür onda hardandır? Allah) onu hansı şeydən yaratdı?1 Views
- مِن نُّطْفَةٍ خَلَقَهُ فَقَدَّرَهُ(Allah onu bir qətrə dəyərsiz) nütfədən yaratdı, ona biçim verdi.1 Views
- ثُمَّ السَّبِيلَ يَسَّرَهُSonra onun üçün (ana bətnindən çıxış) yolunu asanlaşdırdı.1 Views
- ثُمَّ أَمَاتَهُ فَأَقْبَرَهُSonra onu öldürüb qəbrə qoydu.1 Views
- ثُمَّ إِذَا شَاءَ أَنشَرَهُSonra da istədiyi vaxt onu dirildəcəkdir.1 Views
- كَلَّا لَمَّا يَقْضِ مَا أَمَرَهُXeyr, (insan Allahın) ona buyurduğunu hələ yerinə yetirməmişdir.1 Views
- فَلْيَنظُرِ الْإِنسَانُ إِلَىٰ طَعَامِهِİnsan hələ bir yeməyinə baxsın! (Görsün ki, ona necə ruzi verdik).1 Views
- أَنَّا صَبَبْنَا الْمَاءَ صَبًّاHəqiqətən, Biz yağışı bol yağdırdıq.1 Views
- ثُمَّ شَقَقْنَا الْأَرْضَ شَقًّاSonra yeri gözəl yaratdıq (yaxşı yardıq),1 Views
- فَأَنبَتْنَا فِيهَا حَبًّاBelə ki, orada dən (dənli bitkilər) göyərtdik;1 Views
- وَعِنَبًا وَقَضْبًاÜzüm və yonca;1 Views
- وَزَيْتُونًا وَنَخْلًاZeytun və xurma (bağları);1 Views
- وَحَدَائِقَ غُلْبًا(Ağacları bir-birinə) sarmaşan bağçalar;1 Views
- وَفَاكِهَةً وَأَبًّا(Növbənöv) meyvələr və ot (ələf) yetişdirdik.1 Views
- مَّتَاعًا لَّكُمْ وَلِأَنْعَامِكُمْ(Bütün bunlar) sizin və heyvanlarınızın istifadəsi üçündür!1 Views
- فَإِذَا جَاءَتِ الصَّاخَّةُNəhayət, qulaqları kar edən (o dəhşətli səs) gələndə (İsrafil surunu çalanda);1 Views
- يَوْمَ يَفِرُّ الْمَرْءُ مِنْ أَخِيهِO gün insan qaçacaq öz qardaşından;1 Views
- وَأُمِّهِ وَأَبِيهِAnasından, atasından;1 Views
- وَصَاحِبَتِهِ وَبَنِيهِZövcəsindən və oğullarından!1 Views
- لِكُلِّ امْرِئٍ مِّنْهُمْ يَوْمَئِذٍ شَأْنٌ يُغْنِيهِO gün onlardan hər birinin istənilən qədər işi olacaqdır! (Hər kəs öz hayında olacaq, heç kəs heç kəsin halından xəbər tutmayacaqdır).1 Views
- وُجُوهٌ يَوْمَئِذٍ مُّسْفِرَةٌO gün bir çox üzlər parlayacaq,1 Views
- ضَاحِكَةٌ مُّسْتَبْشِرَةٌGüləcək, sevinəcəkdir.1 Views
- وَوُجُوهٌ يَوْمَئِذٍ عَلَيْهَا غَبَرَةٌO gün bir çox üzlərə isə toz-torpaq qonacaq,1 Views
- تَرْهَقُهَا قَتَرَةٌOnları zülmət (yaxud his) bürüyəcəkdir.1 Views
- أُولَـٰئِكَ هُمُ الْكَفَرَةُ الْفَجَرَةُOnlar (pis əməllərə uyan) kafirlər, pozğunlardır!1 Views
Surah at-takwir
Mərhəmətli, rəhmli Allahın adı ilə!
- إِذَا الشَّمْسُ كُوِّرَتْGünəş (əmmamə kimi) sarınıb büküləcəyi (sönəcəyi) zaman;1 Views
- وَإِذَا النُّجُومُ انكَدَرَتْUlduzlar (göydən qopub yağış dənələri kimi yerə) səpələnəcəyi zaman;1 Views
- وَإِذَا الْجِبَالُ سُيِّرَتْDağlar yerindən qopardılacağı (toz kimi havada uçacağı) zaman;1 Views
- وَإِذَا الْعِشَارُ عُطِّلَتْ(Bədəvi ərəblərin çox əziz tutduğu) boğaz dəvələr başlı-başına buraxılacağı zaman;1 Views
- وَإِذَا الْوُحُوشُ حُشِرَتْVəhşi heyvanlar (bir-birindən qisas almaq üçün) bir yerə toplanacağı zaman;1 Views
- وَإِذَا الْبِحَارُ سُجِّرَتْDənizlər od tutub yanacağı (və ya dolub daşacağı) zaman;1 Views
- وَإِذَا النُّفُوسُ زُوِّجَتْRuhlar (bədənlərə) qovuşacağı zaman;1 Views
- وَإِذَا الْمَوْءُودَةُ سُئِلَتْDiri-diri torpağa gömülən körpə qızdan:1 Views
- بِأَيِّ ذَنبٍ قُتِلَتْ“Axı o hansı günaha görə öldürüldü?”; soruşulacağı zaman;1 Views
- وَإِذَا الصُّحُفُ نُشِرَتْƏməl dəftərləri açılacağı zaman;1 Views
- وَإِذَا السَّمَاءُ كُشِطَتْGöy (yerindən) qopardılacağı (və ya büküləcəyi) zaman;1 Views
- وَإِذَا الْجَحِيمُ سُعِّرَتْCəhənnəm alovlandırılacağı zaman;1 Views
- وَإِذَا الْجَنَّةُ أُزْلِفَتْVə Cənnət (mö’minlərə) yaxınlaşdırılacağı zaman;1 Views
- عَلِمَتْ نَفْسٌ مَّا أَحْضَرَتْHər kəs (dünyada bugünkü günə özü üçün yaxşı, pis) nə hazır etdiyini biləcəkdir!1 Views
- فَلَا أُقْسِمُ بِالْخُنَّسِAnd içirəm (gecə) yanıb (gündüz) sönən ulduzlara;1 Views
- الْجَوَارِ الْكُنَّسِ(Günəşlə, ayla) seyr edib (onlar batdığı zaman) gizlənən səyyarələrə (Zühələ, Müştəriyə, Mərrixə, Zöhrəyə və Ütaridə);1 Views
- وَاللَّيْلِ إِذَا عَسْعَسَQaralmaqda olan gecəyə (yaxud: qaralmaqda və çəkilməkdə olan gecəyə)1 Views
- وَالصُّبْحِ إِذَا تَنَفَّسَVə sökülməkdə olan dan yerinə ki,1 Views
- إِنَّهُ لَقَوْلُ رَسُولٍ كَرِيمٍBu (Qur’an Allah dərgahında) çox möhtərəm olan bir elçinin (Cəbrailin) gətirdiyi kəlamdır.1 Views
- ذِي قُوَّةٍ عِندَ ذِي الْعَرْشِ مَكِينٍ(Elə bir elçi ki) çox qüvvətlidir; ərşin sahibi (Allah) yanında çox hörmətlidir (izzətlidir).1 Views
- مُّطَاعٍ ثَمَّ أَمِينٍ(Elə bir elçi ki, mələklər arasında) itaət ediləndir, həm də (Allah yanında vəhyə) e’tibarlı müvəkkildir.1 Views
- وَمَا صَاحِبُكُم بِمَجْنُونٍ(Ey Məkkə əhli!) Həqiqətən, sizin dostunuz (müşriklərin dediyi kimi) divanə deyildir!1 Views
- وَلَقَدْ رَآهُ بِالْأُفُقِ الْمُبِينِAnd olsun ki, (Peyğəmbər!) onu (Cəbraili) açıq (ən uca) üfüqdə gördü.1 Views
- وَمَا هُوَ عَلَى الْغَيْبِ بِضَنِينٍO, qeyb (vəhyi olduğu kimi təbliğ etmək və sizə öyrətmək) barəsində xəsis deyildir.1 Views
- وَمَا هُوَ بِقَوْلِ شَيْطَانٍ رَّجِيمٍO (Qur’an) da məl’un (Allahın rəhmətindən qovulmuş) Şeytanın sözü deyildir.1 Views
- فَأَيْنَ تَذْهَبُونَElə isə (siz ondan üz döndərib) hara gedirsiniz?1 Views
- إِنْ هُوَ إِلَّا ذِكْرٌ لِّلْعَالَمِينَO, aləmlər (bütün insanlar və cinlər) üçün ancaq bir öyüd-nəsihətdir.1 Views
- لِمَن شَاءَ مِنكُمْ أَن يَسْتَقِيمَEləcə də sizdən doğru-düz (yolda) olmaq istəyənlər üçün.1 Views
- وَمَا تَشَاءُونَ إِلَّا أَن يَشَاءَ اللَّهُ رَبُّ الْعَالَمِينَ(Onu da bilin ki) aləmlərin Rəbbi olan Allah istəməsə, siz (bunu) istəyə bilməzsiniz! (Yalnız Allah istəsə, istəyə bilərsiniz. Siz insanlar həmişə Allahın qüdrəti, hökmü və iradəsi altındasınız. O sizi bir şeyi istəməyincə siz onu özünüzə istəyə bilməzsiniz. Ona görə də hər işdə Allaha təvəkkül edin!)1 Views
Surah al-infitar
Mərhəmətli, rəhmli Allahın adı ilə!
- إِذَا السَّمَاءُ انفَطَرَتْGöy parçalanacağı zaman;1 Views
- وَإِذَا الْكَوَاكِبُ انتَثَرَتْUlduzlar dağılıb səpələnəcəyi zaman;1 Views
- وَإِذَا الْبِحَارُ فُجِّرَتْDənizlər (qaynayıb bir-birinə) qarışacağı zaman;1 Views
- وَإِذَا الْقُبُورُ بُعْثِرَتْQəbirlər çevriləcəyi (qəbirlərin altı üstünə çevrilib ölülər oradan çıxacağı) zaman;1 Views
- عَلِمَتْ نَفْسٌ مَّا قَدَّمَتْ وَأَخَّرَتْHər kəs (dünyada) nə etdiyini və (özündən sonra) nə qoyub getdiyini (dünyada nəyi edib, nəyi etmədiyini, bütün yaxşı və pis əməllərini, günahını, savabını) biləcəkdir!1 Views
- يَا أَيُّهَا الْإِنسَانُ مَا غَرَّكَ بِرَبِّكَ الْكَرِيمِEy (kafir) insan! Səni kərim olan Rəbbinə qarşı aldadan (və ya: məğrur edən) nədir?1 Views
- الَّذِي خَلَقَكَ فَسَوَّاكَ فَعَدَلَكَO Rəbbin ki, səni (yoxdan) yaratdı, düzəldib qaydaya (insan şəklinə) saldı.1 Views
- فِي أَيِّ صُورَةٍ مَّا شَاءَ رَكَّبَكَSənə Özü istədiyi surətdə biçim verdi.1 Views
- كَلَّا بَلْ تُكَذِّبُونَ بِالدِّينِXeyr, daha doğrusu, siz haqq-hesab gününü yalan sayırsınız!1 Views
- وَإِنَّ عَلَيْكُمْ لَحَافِظِينَSizin üstünüzdə gözətçi mələklər -1 Views
- كِرَامًا كَاتِبِينَ(Əməllərinizi) yazan və (Allah dərgahında) çox hörmətli olan mələklər vardır.1 Views
- يَعْلَمُونَ مَا تَفْعَلُونَOnlar sizin nə etdiklərinizi bilirlər.1 Views
- إِنَّ الْأَبْرَارَ لَفِي نَعِيمٍHəqiqətən, yaxşı əməl və itaət sahibləri (mö’minlər) Cənnətdə qərar tutacaqlar.1 Views
- وَإِنَّ الْفُجَّارَ لَفِي جَحِيمٍPis əməl sahibləri (kafirlər) isə Cəhənnəmdə olacaqlar.1 Views
- يَصْلَوْنَهَا يَوْمَ الدِّينِOnlar (kafirlər) ora haqq-hesab günü daxil olacaqlar.1 Views
- وَمَا هُمْ عَنْهَا بِغَائِبِينَOnlar əsla oradan çıxan deyillər!1 Views
- وَمَا أَدْرَاكَ مَا يَوْمُ الدِّينِ(Ya Peyğəmbər!) sən nə bilirsən (haradan bilirsən) ki, haqq-hesab günü nədir?!1 Views
- ثُمَّ مَا أَدْرَاكَ مَا يَوْمُ الدِّينِBəli, sən nə bilirsən ki, haqq-hesab günü nədir?! (Qiyamət gününün dəhşətini təsəvvür etmək insanın imkanı xaricindədir. Cəhənnəm əzabının şiddəti hər bir təsəvvürün fövqündədir. Ondan xilas olmaq üçün yalnız bir yol vardır – Allaha səmimi-qəlbdən ibadət və itaət!)1 Views
- يَوْمَ لَا تَمْلِكُ نَفْسٌ لِّنَفْسٍ شَيْئًا ۖ وَالْأَمْرُ يَوْمَئِذٍ لِّلَّهِO gün heç kəs heç kəsin karına gələ bilməz. O gün hökm ancaq Allahındır!1 Views
Surah al-mutaffifin
Mərhəmətli, rəhmli Allahın adı ilə!
- وَيْلٌ لِّلْمُطَفِّفِينَVay halına çəkidə və ölçüdə aldadanların!1 Views
- الَّذِينَ إِذَا اكْتَالُوا عَلَى النَّاسِ يَسْتَوْفُونَO kəslər ki, özlərini insanlardan (bir şey) aldıqları zaman onu tam ölçüb alar,1 Views
- وَإِذَا كَالُوهُمْ أَو وَّزَنُوهُمْ يُخْسِرُونَOnlar üçün ölçdükdə və ya çəkdikdə isə (onu) əskildərlər.1 Views
- أَلَا يَظُنُّ أُولَـٰئِكَ أَنَّهُم مَّبْعُوثُونَMəgər onlar (öləndən sonra) diriləcəklərini düşünmürlərmi?!1 Views
- لِيَوْمٍ عَظِيمٍÖzü də dəhşətli bir gündə?!1 Views
- يَوْمَ يَقُومُ النَّاسُ لِرَبِّ الْعَالَمِينَO gün bütün insanlar (haqq-hesab üçün) aləmlərin Rəbbinin (Allahın) hüzurunda duracaqlar!1 Views
- كَلَّا إِنَّ كِتَابَ الْفُجَّارِ لَفِي سِجِّينٍXeyr! Şübhəsiz ki, pis əməllərə uyanların (kafirlərin) əməl dəftəri (şeytanların əməllərinin yazıldığı və ya Cəhənnəmin ən alt təbəqəsi olan) Siccindədir!1 Views
- وَمَا أَدْرَاكَ مَا سِجِّينٌSən nə bilirsən (haradan bilirsən) ki, Siccin nədir?! (Və ya: Siccin nədir, bilirsənmi?)1 Views
- كِتَابٌ مَّرْقُومٌO, yazılı bir kitabdır!1 Views
- وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَO gün vay halına yalan sayanların!1 Views
- الَّذِينَ يُكَذِّبُونَ بِيَوْمِ الدِّينِO kəslər ki, haqq-hesab gününü yalan sayarlar.1 Views
- وَمَا يُكَذِّبُ بِهِ إِلَّا كُلُّ مُعْتَدٍ أَثِيمٍBunu isə ancaq həddini aşan, günaha batan yalan sayar.1 Views
- إِذَا تُتْلَىٰ عَلَيْهِ آيَاتُنَا قَالَ أَسَاطِيرُ الْأَوَّلِينَAyələrimiz ona oxunduğu zaman: “(Bunlar) qədimlərin əfsanələridir (uydurmalarıdır!)” – deyər.1 Views
- كَلَّا ۖ بَلْ ۜ رَانَ عَلَىٰ قُلُوبِهِم مَّا كَانُوا يَكْسِبُونَXeyr (belə deyildir). Əslində onların qəlblərini qazandıqları (günahlar) qaplamışdır.1 Views
- كَلَّا إِنَّهُمْ عَن رَّبِّهِمْ يَوْمَئِذٍ لَّمَحْجُوبُونَXeyr, o gün Rəbbinin mərhəmətindən məhrum olacaqlar!1 Views
- ثُمَّ إِنَّهُمْ لَصَالُو الْجَحِيمِSonra Cəhənnəmə varid qalacaqlar.1 Views
- ثُمَّ يُقَالُ هَـٰذَا الَّذِي كُنتُم بِهِ تُكَذِّبُونَSonra da onlara: “Bu sizin (dünyada) yalan saydığınız (Cəhənnəmdir)!” deyiləcəkdir.1 Views
- كَلَّا إِنَّ كِتَابَ الْأَبْرَارِ لَفِي عِلِّيِّينَXeyr! (Mö’minlərlə kafirlər eyni ola bilməzlər). Şübhəsiz ki, yaxşı əməl və itaət sahibi olan mö’minlərin əməl dəftəri (Allahın ən müxlis bəndələrinin əməlləri yazıldığı və ya Cənnətin ən yüksək mərtəbəsi olan) İlliyyundadır!1 Views
- وَمَا أَدْرَاكَ مَا عِلِّيُّونَSən nə bilirsən (haradan bilirsən) ki, İlliyyun nədir?!1 Views
- كِتَابٌ مَّرْقُومٌO, yazılı bir kitabdır.1 Views
- يَشْهَدُهُ الْمُقَرَّبُونَOnu ancaq (Allaha) yaxın olan mələklər görə bilər!1 Views
- إِنَّ الْأَبْرَارَ لَفِي نَعِيمٍHəqiqətən, yaxşı əməl və itaət sahibi olan mö’minlər Nəim cənnətlərində olacaqlar.1 Views
- عَلَى الْأَرَائِكِ يَنظُرُونَOnlar taxtlar üstündə (əyləşib Allahın hazır etdiyi ne’mətlərə) tamaşa edəcəklər.1 Views
- تَعْرِفُ فِي وُجُوهِهِمْ نَضْرَةَ النَّعِيمِSən (ey Peyğəmbər!) onların üzlərində cənnət sevinci görəcəksən!1 Views
- يُسْقَوْنَ مِن رَّحِيقٍ مَّخْتُومٍOnlara (gözəl ətirli, təmiz) möhürlü (qablarda olan) şərab (rəhiq) içirdiləcəkdir.1 Views
- خِتَامُهُ مِسْكٌ ۚ وَفِي ذَٰلِكَ فَلْيَتَنَافَسِ الْمُتَنَافِسُونَOnun (içində rəhiq olan qabın) möhürü müşkdür. Qoy yarışanlar onun üçün yarışsınlar!1 Views
- وَمِزَاجُهُ مِن تَسْنِيمٍOna təsnim (suyu) qatılmışdır.1 Views
- عَيْنًا يَشْرَبُ بِهَا الْمُقَرَّبُونَO (təsnim) elə bir çeşmədir ki, ondan (təmiz halda) yalnız (Allaha) yaxın olanlar içər (qalanlara isə o rəhiq şərabına qatılıb verirlər).1 Views
- إِنَّ الَّذِينَ أَجْرَمُوا كَانُوا مِنَ الَّذِينَ آمَنُوا يَضْحَكُونَHəqiqətən, günahkarlar iman gətirmiş kimsələrə (dünyada) gülürdülər.4 Views
- وَإِذَا مَرُّوا بِهِمْ يَتَغَامَزُونَ(Mö’minlərin) yanlarından keçərkən (onları dolamaq məqsədilə) bir-birinə qaş-göz edirdilər.4 Views
- وَإِذَا انقَلَبُوا إِلَىٰ أَهْلِهِمُ انقَلَبُوا فَكِهِينَAilələrinin (yaxın adamlarının) yanına qayıtdıqda isə (onları doladıqları üçün) kefləri kök qayıdırdılar.4 Views
- وَإِذَا رَأَوْهُمْ قَالُوا إِنَّ هَـٰؤُلَاءِ لَضَالُّونَOnlar (mö’minləri) gördükdə: “Doğrusu, bunlar (haqq yoldan) azanlardır!” – deyirdilər.4 Views
- وَمَا أُرْسِلُوا عَلَيْهِمْ حَافِظِينَHalbuki onlara (mö’minlərə) nəzarətçi göndərilməmişdir.1 Views
- فَالْيَوْمَ الَّذِينَ آمَنُوا مِنَ الْكُفَّارِ يَضْحَكُونَBu gün isə mö’minlər kafirlərə güləcəklər.1 Views
- عَلَى الْأَرَائِكِ يَنظُرُونَOnlar taxtlar üstündə (əyləşib) baxacaqlar (ki, görsünlər).1 Views
- هَلْ ثُوِّبَ الْكُفَّارُ مَا كَانُوا يَفْعَلُونَKafirlər öz əməllərinin cəzasını aldılarmı?! (Əlbəttə, aldılar!)1 Views
Surah al-inshiqaq
Mərhəmətli, rəhmli Allahın adı ilə!
- إِذَا السَّمَاءُ انشَقَّتْGöy yarılacağı,1 Views
- وَأَذِنَتْ لِرَبِّهَا وَحُقَّتْVə Rəbbinin buyuruğunu haqq olaraq eşidib (Ona) itaət edəcəyi zaman;1 Views
- وَإِذَا الْأَرْضُ مُدَّتْYer uzanıb dümdüz olacağı;1 Views
- وَأَلْقَتْ مَا فِيهَا وَتَخَلَّتْQoynunda olanları bayıra atıb boşaldacağı;1 Views
- وَأَذِنَتْ لِرَبِّهَا وَحُقَّتْVə Rəbbinin buyurduğunu haqq olaraq eşidib (Ona) itaət edəcəyi zaman (insan dünyada yaxşı və pis əməllərinin cəzasını layiqincə alacaqdır)!1 Views
- يَا أَيُّهَا الْإِنسَانُ إِنَّكَ كَادِحٌ إِلَىٰ رَبِّكَ كَدْحًا فَمُلَاقِيهِEy insan! Sən (ölənə qədər) Rəbbinə doğru çalışıb çabalayırsan. Sən Ona qovuşacaqsan! (Sənin qısa ömrün gündən-günə səni Allaha yaxınlaşdırır. Ölümün gəlib çatması Allah dərgahına qovuşmaq deməkdir. Öləndən sonra Allahın hüzuruna gedib dünyada etdiyin yaxşı, pis əməllərin əvəzini tamamilə alacaqsan. Yaxşı əməllər etmisənsə, xoş halına. Pis əməllər etmisənsə, vay halına!)1 Views
- فَأَمَّا مَنْ أُوتِيَ كِتَابَهُ بِيَمِينِهِKimin əməl dəftəri sağ əlinə verilmişsə,1 Views
- فَسَوْفَ يُحَاسَبُ حِسَابًا يَسِيرًاOnun yüngül haqq-hesab çəkiləcək1 Views
- وَيَنقَلِبُ إِلَىٰ أَهْلِهِ مَسْرُورًاVə o, (Cənnətdəki) ailəsinin (yaxınlarının) yanına sevinclə qayıdacaqdır!1 Views
- وَأَمَّا مَنْ أُوتِيَ كِتَابَهُ وَرَاءَ ظَهْرِهِKimin əməl dəftəri arxa tərəfdən (sol əlinə) verilmişsə,1 Views
- فَسَوْفَ يَدْعُو ثُبُورًاO: “Ay öldüm!” – deyə şivən qopardacaq,1 Views
- وَيَصْلَىٰ سَعِيرًاVə Cəhənnəmə vasil olacaqdır!1 Views
- إِنَّهُ كَانَ فِي أَهْلِهِ مَسْرُورًاO, (dünyada) öz ailəsi (yaxınları) arasında sevinc içində idi.1 Views
- إِنَّهُ ظَنَّ أَن لَّن يَحُورَVə elə zənn edirdi ki, (öləndən sonra dirilib haqq-hesab üçün Rəbbinin hüzuruna) qayıtmayacaqdır.1 Views
- بَلَىٰ إِنَّ رَبَّهُ كَانَ بِهِ بَصِيرًاXeyr! (Onun düşündüyü kimi deyildir. O, qiyamət günü dirilib Allahın hüzuruna qayıdacaqdır). Həqiqətən, Rəbbi onu görürdü.1 Views
- فَلَا أُقْسِمُ بِالشَّفَقِAnd içirəm şəfəqə,1 Views
- وَاللَّيْلِ وَمَا وَسَقَGecəyə və (gecənin) qoynuna aldıqlarına,1 Views
- وَالْقَمَرِ إِذَا اتَّسَقَBədirlənməkdə olan aya ki,1 Views
- لَتَرْكَبُنَّ طَبَقًا عَن طَبَقٍSiz (ey kafirlər, qiyamət günü) haldan-hala düşəcəksiniz!1 Views
- فَمَا لَهُمْ لَا يُؤْمِنُونَOnlara nə olub ki, iman gətirmirlər?1 Views
- 84:21۩ Sajdahوَإِذَا قُرِئَ عَلَيْهِمُ الْقُرْآنُ لَا يَسْجُدُونَ ۩Özlərinə Qur’an oxunduqda səcdə etmirlər?1 Views
- بَلِ الَّذِينَ كَفَرُوا يُكَذِّبُونَƏksinə, kafir olanlar (Allahın vəhdaniyyətini və ayələrini) təkzib edirlər.1 Views
- وَاللَّهُ أَعْلَمُ بِمَا يُوعُونَHalbuki Allah onların (ürəklərində) gizlətdiklərini ən gözəl biləndir!1 Views
- فَبَشِّرْهُم بِعَذَابٍ أَلِيمٍ(Ya Peyğəmbər!) Onlara (qiyamət günü düçar olacaqları) şiddətli bir əzabla müjdə ver!1 Views
- إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَهُمْ أَجْرٌ غَيْرُ مَمْنُونٍİman gətirib yaxşı əməllər edənlər istisna olmaqla! Onları (Cənnətdə) minnətsiz (tükənmək bilməyən) mükafat gözləyir!1 Views
Surah al-buruj
Mərhəmətli, rəhmli Allahın adı ilə!
- وَالسَّمَاءِ ذَاتِ الْبُرُوجِAnd olsun bürclər sahibi olan göyə;1 Views
- وَالْيَوْمِ الْمَوْعُودِAnd olsun və’d olunmuş günə (qiyamət gününə);1 Views
- وَشَاهِدٍ وَمَشْهُودٍAnd olsun şəhadət verənə və (haqqından) şəhadət verilənə (peyğəmbərlərə və onların ümmətlərinə, yaxud cümə və Ərəfə günlərinə) ki,1 Views
- قُتِلَ أَصْحَابُ الْأُخْدُودِ(Nəcrandan İsaya iman gətirmiş kimsələri yandırıb külə döndərən) xəndək sahibləri (lə’nətə düçar olub) qətl edildilər.1 Views
- النَّارِ ذَاتِ الْوَقُودِO xəndəklər ki, çırpı ilə alovlandırılmışdı.1 Views
- إِذْ هُمْ عَلَيْهَا قُعُودٌO zaman onlar (xəndəklərin) kənarında oturub,1 Views
- وَهُمْ عَلَىٰ مَا يَفْعَلُونَ بِالْمُؤْمِنِينَ شُهُودٌ(Öz əsgərlərinin) mö’minlərin başlarına gətirdiklərinə (müsibətlərə) tamaşa edirdilər.1 Views
- وَمَا نَقَمُوا مِنْهُمْ إِلَّا أَن يُؤْمِنُوا بِاللَّهِ الْعَزِيزِ الْحَمِيدِOnlardan (mö’minlərdən) yalnız yenilməz qüvvət sahibi, (hər cür) şükrə (tə’rifə) layiq olan Allaha iman gətirdiklərinə görə intiqam alırdılar.1 Views
- الَّذِي لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ شَهِيدٌO Allah ki, göylərin və yerin istiyarı Onun əlindədir. Allah hər şeyə şahiddir!1 Views
- إِنَّ الَّذِينَ فَتَنُوا الْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ ثُمَّ لَمْ يَتُوبُوا فَلَهُمْ عَذَابُ جَهَنَّمَ وَلَهُمْ عَذَابُ الْحَرِيقِŞübhəsiz ki, mö’min kişi və qadınları (dinlərdən döndərmək üçün) bəlaya düçar edən, sonra da tövbə etməyən kimsələri cəhənnəm əzabı və yandırıb-yaxın atəş əzabı gözləyir.1 Views
- إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَهُمْ جَنَّاتٌ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ ۚ ذَٰلِكَ الْفَوْزُ الْكَبِيرُİman gətirib yaxşı əməllər edən kimsələri isə (ağacları) altından çaylar axan cənnətlər gözləyir. Bu, böyük qurtuluşdur (uğurdur)!1 Views
- إِنَّ بَطْشَ رَبِّكَ لَشَدِيدٌHəqiqətən, sənin Rəbbinin intiqamı çox şiddətlidir!1 Views
- إِنَّهُ هُوَ يُبْدِئُ وَيُعِيدُHəqiqətən, (insanı) yoxdan var edən və (öldükdən sonra) təkrar dirildən Odur!1 Views
- وَهُوَ الْغَفُورُ الْوَدُودُ(Bəndələrini) çox bağışlayan, çox sevən də Odur.1 Views
- ذُو الْعَرْشِ الْمَجِيدُƏrşin sahibi də, şanlı-şərəfli olan da Odur!1 Views
- فَعَّالٌ لِّمَا يُرِيدُO, istədiyini edəndir.1 Views
- هَلْ أَتَاكَ حَدِيثُ الْجُنُودِ(Ya Peyğəmbər!) Orduların xəbəri gəlib sənə çatdımı?-1 Views
- فِرْعَوْنَ وَثَمُودَFir’on və Səmud (ordularının)?1 Views
- بَلِ الَّذِينَ كَفَرُوا فِي تَكْذِيبٍXeyr, kafir olanlar (səni və Qur’anı) elə hey təkzib etməkdədirlər.1 Views
- وَاللَّهُ مِن وَرَائِهِم مُّحِيطٌOnların bütün ixtiyarı Allahın əlindədir!1 Views
- بَلْ هُوَ قُرْآنٌ مَّجِيدٌXeyr, o (şe’r deyil) şanlı-şərəfli Qur’andır!1 Views
- فِي لَوْحٍ مَّحْفُوظٍO, lövhi-məhfuzdadır! (Qur’an Allah dərgahında qorunur. Ona şeytan əli dəyə bilməz, o heç zaman təhrif olunmaz!)1 Views
Surah at-tariq
Mərhəmətli, rəhmli Allahın adı ilə!
- وَالسَّمَاءِ وَالطَّارِقِAnd olsun göyə və gecə gələnə! (Gecə peyda olub gündüz qeyb olana!)3 Views
- وَمَا أَدْرَاكَ مَا الطَّارِقُ(Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, gecə gələn nədir?!3 Views
- النَّجْمُ الثَّاقِبُ(O, zülməti yaran) parlaq ulduzdur!3 Views
- إِن كُلُّ نَفْسٍ لَّمَّا عَلَيْهَا حَافِظٌElə bir kimsə yoxdur ki, onun üstündə bir gözətçi (mələk) olmasın!3 Views
- فَلْيَنظُرِ الْإِنسَانُ مِمَّ خُلِقَElə isə insan nədən yaradıldığına (bəsirət gözü ilə) bir baxsın!3 Views
- خُلِقَ مِن مَّاءٍ دَافِقٍO, axıb tökülən bir sudan (nütfədən) yaradılmışdır.3 Views
- يَخْرُجُ مِن بَيْنِ الصُّلْبِ وَالتَّرَائِبِ(O su kişilərin) bel sümüyündən, (qadınların isə) köks sümüyündən çıxar!3 Views
- إِنَّهُ عَلَىٰ رَجْعِهِ لَقَادِرٌHəqiqətən, (Allah) insanı (öləndən sonra) yenidən diriltməyə qadirdir! -3 Views
- يَوْمَ تُبْلَى السَّرَائِرُBütün sirlərin aşkar olacağı o qiyamət günü;3 Views
- فَمَا لَهُ مِن قُوَّةٍ وَلَا نَاصِرٍ(O gün) insanın nə (əzabı dəf edəcək) bir qüvəsi, nə də bir köməkçisi olar!3 Views
- وَالسَّمَاءِ ذَاتِ الرَّجْعِAnd olsun yağış sahibi olan göyə;3 Views
- وَالْأَرْضِ ذَاتِ الصَّدْعِAnd olsun (növbənöv bitkilər yetirmək üçün) yarılan yerə ki,3 Views
- إِنَّهُ لَقَوْلٌ فَصْلٌBu (Qur’an haqla nahaqqı) ayırd edən kəlamdır!3 Views
- وَمَا هُوَ بِالْهَزْلِO, oyun-oyuncaq (əyləncə) deyildir!3 Views
- إِنَّهُمْ يَكِيدُونَ كَيْدًاHəqiqətən, (Məkkə müşrikləri Qur’anın nurunu söndürmək üçün) hiylə qurdular.3 Views
- وَأَكِيدُ كَيْدًاMən də (hiylələrinə qarşı) onlara cəza verirəm.3 Views
- فَمَهِّلِ الْكَافِرِينَ أَمْهِلْهُمْ رُوَيْدًاElə isə (ya Peyğəmbər!) kafirlərə möhlət ver! Onlara azacıq möhlət ver!3 Views
Surah al-ala
Mərhəmətli, rəhmli Allahın adı ilə!
- سَبِّحِ اسْمَ رَبِّكَ الْأَعْلَى(Ya Peyğəmbər!) Ən uca olan Rəbbinin adını pak (müqəddəs) tutub şə’ninə təriflər de!3 Views
- الَّذِي خَلَقَ فَسَوَّىٰO Rəbbin ki, (hər şeyi) xəlq etdi və nizama saldı.3 Views
- وَالَّذِي قَدَّرَ فَهَدَىٰO Rəbbin ki, (hər şeyin keyfiyyətini, xüsusiyyətini, davam müddətini) əzəldən müəyyən etdi və (hamıya) yol göstərdi.3 Views
- وَالَّذِي أَخْرَجَ الْمَرْعَىٰO Rəbbin ki, (torpağı yarıb ondan yamyaşıl) otlar çıxartdı.3 Views
- فَجَعَلَهُ غُثَاءً أَحْوَىٰSonra da onu (qupquru) qara çör-çöpə döndərdi.3 Views
- سَنُقْرِئُكَ فَلَا تَنسَىٰ(Ya Peyğəmbər!) Biz sənə (Qur’anı) oxudacağıq və sən (onu) unutmayacaqsan;3 Views
- إِلَّا مَا شَاءَ اللَّهُ ۚ إِنَّهُ يَعْلَمُ الْجَهْرَ وَمَا يَخْفَىٰYalnız Allahın dilədiyindən (hökmünü ləğv etdiyimiz bu və ya digər ayədən) başqa! Şübhəsiz ki, O, aşkarı da, gizlini də bilir!3 Views
- وَنُيَسِّرُكَ لِلْيُسْرَىٰBiz sənə ən asan olanı (islam şəriətini) müyəssər edərik.3 Views
- فَذَكِّرْ إِن نَّفَعَتِ الذِّكْرَىٰ(Ya Peyğəmbər!) Əgər nəsihət etmək fayda versə, (ümmətinə Qur’anla) öyüd-nəsihət ver!3 Views
- سَيَذَّكَّرُ مَن يَخْشَىٰ(Allahdan) qorxan kimsə mütləq öyüd-nəsihət qəbul edəcəkdir!3 Views
- وَيَتَجَنَّبُهَا الْأَشْقَىBədbəxt (kafir) isə ondan (öyüd-nəsihətdən) qaçacaqdır.3 Views
- الَّذِي يَصْلَى النَّارَ الْكُبْرَىٰ(O bədbəxt ki) ən böyük oda (cəhənnəm oduna) girəcəkdir.3 Views
- ثُمَّ لَا يَمُوتُ فِيهَا وَلَا يَحْيَىٰOrada nə öləcək, nə də yaşayacaqdır! (Nə ölü kimi ölü, nə də diri kimi diri olacaqdır!)3 Views
- قَدْ أَفْلَحَ مَن تَزَكَّىٰ(Günahlardan) təmizlənən kimsə isə nicat tapacaqdır.3 Views
- وَذَكَرَ اسْمَ رَبِّهِ فَصَلَّىٰO kimsə ki, Rəbbinin adını zikr edib namaz qılar!3 Views
- بَلْ تُؤْثِرُونَ الْحَيَاةَ الدُّنْيَاLakin siz (ey insanlar!) dünyanı üstün tutursunuz!4 Views
- وَالْآخِرَةُ خَيْرٌ وَأَبْقَىٰHalbuki axirət daha xeyirli və daha baqidir.4 Views
- إِنَّ هَـٰذَا لَفِي الصُّحُفِ الْأُولَىٰHəqiqətən, bu deyilənlər (Qur’andan) əvvəlki kitablarda mövcuddur -1 Views
- صُحُفِ إِبْرَاهِيمَ وَمُوسَىٰİbrahimin və Musanın kitablarında!1 Views
Surah al-ghashiyah
Mərhəmətli, rəhmli Allahın adı ilə!
- هَلْ أَتَاكَ حَدِيثُ الْغَاشِيَةِ(Ya Peyğəmbər! Dəhşəti aləmi) bürüyəcək qiyamətin xəbəri sənə gəlib çatdımı?1 Views
- وُجُوهٌ يَوْمَئِذٍ خَاشِعَةٌ(O gün) bir çox üzlər zəlil görkəm alacaq;1 Views
- عَامِلَةٌ نَّاصِبَةٌ(Onlar Cəhənnəmin pillələrinə çıxıb-düşməklə boş yerə) zəhmət çəkib yorulacaq;1 Views
- تَصْلَىٰ نَارًا حَامِيَةًYanar oda girəcəkdir;1 Views
- تُسْقَىٰ مِنْ عَيْنٍ آنِيَةٍVə onlara qaynar bulaqdan (su) içirdiləcəkdir.1 Views
- لَّيْسَ لَهُمْ طَعَامٌ إِلَّا مِن ضَرِيعٍOnların yeməyi (zəhərdən və acı) zəri’dən başqa bir şey olmayacaqdır.1 Views
- لَّا يُسْمِنُ وَلَا يُغْنِي مِن جُوعٍ(O yemək onlara) nə qüvvət verər, nə də aclıqdan qurtarar.1 Views
- وُجُوهٌ يَوْمَئِذٍ نَّاعِمَةٌ(O gün) bir çox üzlər sevinəcək;1 Views
- لِّسَعْيِهَا رَاضِيَةٌ(Dünyadakı) zəhmətindən razı qalacaq;1 Views
- فِي جَنَّةٍ عَالِيَةٍ(Dərəcəsi, qədir-qiyməti) yüksək Cənətdə olacaq,1 Views
- لَّا تَسْمَعُ فِيهَا لَاغِيَةًVə orada heç bir boş söz (lağlağı) eşitməyəcəkdir.1 Views
- فِيهَا عَيْنٌ جَارِيَةٌOrada axar bulaq;1 Views
- فِيهَا سُرُرٌ مَّرْفُوعَةٌOrada uca taxtlar;1 Views
- وَأَكْوَابٌ مَّوْضُوعَةٌ(Çeşmələr kənarında) piyalələr;1 Views
- وَنَمَارِقُ مَصْفُوفَةٌBir-birinin yanına düzülmüş (yumşaq) balışlar1 Views
- وَزَرَابِيُّ مَبْثُوثَةٌVə döşənmiş (nəfis) xalılar vardır!1 Views
- أَفَلَا يَنظُرُونَ إِلَى الْإِبِلِ كَيْفَ خُلِقَتْMəgər dəvəyə baxmırlar ki, necə yaradılmışdır?1 Views
- وَإِلَى السَّمَاءِ كَيْفَ رُفِعَتْGöyə (baxmırlar ki) necə ucaldılmışdır?1 Views
- وَإِلَى الْجِبَالِ كَيْفَ نُصِبَتْDağlara (baxmırlar ki) necə dikəldilmişdir?1 Views
- وَإِلَى الْأَرْضِ كَيْفَ سُطِحَتْVə yerə (baxmırlar ki) necə döşədilmişdir?1 Views
- فَذَكِّرْ إِنَّمَا أَنتَ مُذَكِّرٌ(Ya Peyğəmbər! Mənim bəndələrimə) öyüd-nəsihət ver. Sən ancaq öyüd-nəsihət verənsən!4 Views
- لَّسْتَ عَلَيْهِم بِمُصَيْطِرٍSən onların üzərində hakim deyilsən!4 Views
- إِلَّا مَن تَوَلَّىٰ وَكَفَرَLakin kim (imandan) üz döndərib (Qur’anı) inkar etsə1 Views
- فَيُعَذِّبُهُ اللَّهُ الْعَذَابَ الْأَكْبَرَAllah onu ən böyük əzaba (axirət əzabına) düçar edər!1 Views
- إِنَّ إِلَيْنَا إِيَابَهُمْŞübhəsiz ki, onların axır dönüşü Bizədir!1 Views
- ثُمَّ إِنَّ عَلَيْنَا حِسَابَهُمOnlarla haqq-hesab çəkmək də Bizə aiddir!1 Views
Surah al-fajr
Mərhəmətli, rəhmli Allahın adı ilə!
- وَالْفَجْرِAnd olsun dan yerinə;1 Views
- وَلَيَالٍ عَشْرٍAnd olsun on gecəyə (zülhiccə ayının birinci, yaxud ramazan ayının sonuncu on gecəsinə);1 Views
- وَالشَّفْعِ وَالْوَتْرِAnd olsun cütə və təkə (tək olan xaliqə, erkək və dişi olmaqla cüt olan məxluqata; cüt olan hər şeyə, yaxud Qurban bayramına və yaxud Ərəfə gününə);1 Views
- وَاللَّيْلِ إِذَا يَسْرِAnd olsun keçib getməkdə olan gecəyə (ki, qiyamət haqdır və siz kafirlər qiyamət günü dirilib əməllərinizin cəzasını layiqincə alacaqsınız)!1 Views
- هَلْ فِي ذَٰلِكَ قَسَمٌ لِّذِي حِجْرٍMəgər bunlarda (qiyamətin haq olması barədə) ağıl sahibi üçün and yoxmudur?!1 Views
- أَلَمْ تَرَ كَيْفَ فَعَلَ رَبُّكَ بِعَادٍ(Ya Peyğəmbər!) məgər görmədinmi ki, Rəbbin nələr etdi Ada (Hud peyğəmbərin Ad qövmünə)?!1 Views
- إِرَمَ ذَاتِ الْعِمَادِSütunlar sahibi (və ya: sütun kimi uca boylu) İrəmə (İrəm camaatına)?!1 Views
- الَّتِي لَمْ يُخْلَقْ مِثْلُهَا فِي الْبِلَادِ(Elə bir qövm ki) məmləkətlər (əhli) arasında onun kimisi yaradılmamışdı.1 Views
- وَثَمُودَ الَّذِينَ جَابُوا الصَّخْرَ بِالْوَادِ(Məgər görmədinmi ki, Rəbbin nələr etdi) vadidə qayaları olan Səmuda (Səmud qövmünə)?!1 Views
- وَفِرْعَوْنَ ذِي الْأَوْتَادِEləcə də saysız-hesabsız ordular sahibi Fir’ona?!1 Views
- الَّذِينَ طَغَوْا فِي الْبِلَادِO kəslər ki, məmləkətlərdə tüğyan edir,1 Views
- فَأَكْثَرُوا فِيهَا الْفَسَادَOralarda çoxlu fitnə-fəsad törədirlər.1 Views
- فَصَبَّ عَلَيْهِمْ رَبُّكَ سَوْطَ عَذَابٍNəhayət, Rəbbin onlara əzab qamçısı endirdi.1 Views
- إِنَّ رَبَّكَ لَبِالْمِرْصَادِŞübhəsiz ki, Rəbbin (bəndələrinin bütün əməllərini) baxıb görür.1 Views
- فَأَمَّا الْإِنسَانُ إِذَا مَا ابْتَلَاهُ رَبُّهُ فَأَكْرَمَهُ وَنَعَّمَهُ فَيَقُولُ رَبِّي أَكْرَمَنِİnsana gəldikdə, nə zaman Rəbbin onu imtahana çəkib ehtiram etsə, ona bir ne’mət versə, o: “Rəbbim mənə ehtiram göstərdi!” –deyər.1 Views
- وَأَمَّا إِذَا مَا ابْتَلَاهُ فَقَدَرَ عَلَيْهِ رِزْقَهُ فَيَقُولُ رَبِّي أَهَانَنِAmma nə zaman (Rəbbin) onu imtahana çəkib ruzisini əskiltsə: “Rəbbim məni alçaltdı (mənə xor baxdı)!” – söyləyər.1 Views
- كَلَّا ۖ بَل لَّا تُكْرِمُونَ الْيَتِيمَXeyr! (Belə deməyin). Doğrusu, siz özünüz yetimə hörmət etmirsiniz (yetimin haqqını vermirsiniz).1 Views
- وَلَا تَحَاضُّونَ عَلَىٰ طَعَامِ الْمِسْكِينِBir-birinizi yoxsulu yedirtməyə rəğbətləndirmirsiniz.1 Views
- وَتَأْكُلُونَ التُّرَاثَ أَكْلًا لَّمًّاMirası (halal-haramına) varmadan yeyirsiniz (qadınların, uşaqların paylarını vermirsiniz).1 Views
- وَتُحِبُّونَ الْمَالَ حُبًّا جَمًّاMal-dövləti isə lap çox sevirsiniz.1 Views
- كَلَّا إِذَا دُكَّتِ الْأَرْضُ دَكًّا دَكًّاXeyr! Yer dağılıb parça-parça olacağı;1 Views
- وَجَاءَ رَبُّكَ وَالْمَلَكُ صَفًّا صَفًّاRəbbinin əmri gəlib mələklər səf-səf duracağı1 Views
- وَجِيءَ يَوْمَئِذٍ بِجَهَنَّمَ ۚ يَوْمَئِذٍ يَتَذَكَّرُ الْإِنسَانُ وَأَنَّىٰ لَهُ الذِّكْرَىٰVə Cəhənnəmin (məhşər meydanına) gətiriləcəyi gün – məhz o gün insan (öz günahlarını) xatırlayacaqdır. Lakin bu xatırlamağın ona nə faydası?!1 Views
- يَقُولُ يَا لَيْتَنِي قَدَّمْتُ لِحَيَاتِيO: “Kaş ki, mən əvvəlcədən (axirət) həyatım üçün (yaxşı əməllər) edəydim!” – deyəcəkdir.1 Views
- فَيَوْمَئِذٍ لَّا يُعَذِّبُ عَذَابَهُ أَحَدٌO gün (Allahın) etdiyi əzabı heç kəs edə bilməz!1 Views
- وَلَا يُوثِقُ وَثَاقَهُ أَحَدٌ(Günahkarları) heç kəs Onun kimi zəncirləyə bilməz!1 Views
- يَا أَيَّتُهَا النَّفْسُ الْمُطْمَئِنَّةُ(Qiyamət günü Allah-təala mö’min kimsəyə belə buyuracaqdır:) “Ey (öz imanından, əməlindən və Allahın və’dindən) xatircəm olan kəs! (Və ya: “Ey arxayın nəfs!”)1 Views
- ارْجِعِي إِلَىٰ رَبِّكِ رَاضِيَةً مَّرْضِيَّةًDön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən!1 Views
- فَادْخُلِي فِي عِبَادِي(Əməlisaleh) bəndələrimin zümrəsinə daxil ol!1 Views
- وَادْخُلِي جَنَّتِي(Onlarla birlikdə) Cənnətimə varid ol!”1 Views
Surah al-balad
Mərhəmətli, rəhmli Allahın adı ilə!
- لَا أُقْسِمُ بِهَـٰذَا الْبَلَدِAnd içirəm bu şəhərə (Məkkəyə) -1 Views
- وَأَنتَ حِلٌّ بِهَـٰذَا الْبَلَدِSənin yaşadığın (sənə halal olan) şəhərə;1 Views
- وَوَالِدٍ وَمَا وَلَدَAnd içirəm ataya və onun övladına (Adəmə və onun nəslinə, yaxud İbrahimə və oğlu İsmailə) ki,1 Views
- لَقَدْ خَلَقْنَا الْإِنسَانَ فِي كَبَدٍBiz insanı məşəqqətdə yaratdıq! (İnsan doğulduğu gündən qəbir evinə gedənə qədər əzab-əziyyət içində çalışıb çabalayır, həyat boyu müxtəlif çətinliklərlə üzləşər. Bu, ilahı bir hikmətdir, həyatın qanunudur!)1 Views
- أَيَحْسَبُ أَن لَّن يَقْدِرَ عَلَيْهِ أَحَدٌMəgər insan (Vəlid bin əl-Müğirə) heç kəsin ona gücü çatmayacağını zənn edir?1 Views
- يَقُولُ أَهْلَكْتُ مَالًا لُّبَدًاVə: Mən (Peyğəmbərlə düşmənçilik yolunda) xeyli mal-dövlət sərf etmişəm!” – deyir?1 Views
- أَيَحْسَبُ أَن لَّمْ يَرَهُ أَحَدٌMəgər o heç kəsin onu görmədiyini güman edir?!1 Views
- أَلَمْ نَجْعَل لَّهُ عَيْنَيْنِMəgər Biz ona iki göz vermədikmi?!1 Views
- وَلِسَانًا وَشَفَتَيْنِEləcə də bir dil və qoşa dodaq (vermədikmi)?!1 Views
- وَهَدَيْنَاهُ النَّجْدَيْنِBiz ona iki yol (xeyir və şər, küfr və iman yollarını) göstərmədikmi?!1 Views
- فَلَا اقْتَحَمَ الْعَقَبَةَLakin o, əqəbəni (maneəni) keçə bilmədi (özünə verilən bu qədər ne’mətlərə şükür etmədi).1 Views
- وَمَا أَدْرَاكَ مَا الْعَقَبَةُ(Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, əqəbə nədir?!1 Views
- فَكُّ رَقَبَةٍ(O) bir kölə azad etməkdir;1 Views
- أَوْ إِطْعَامٌ فِي يَوْمٍ ذِي مَسْغَبَةٍYaxud aclıq günü (zamanı) yemək verməkdir -1 Views
- يَتِيمًا ذَا مَقْرَبَةٍQohumluq əlaqəsi çatan bir yetimə.1 Views
- أَوْ مِسْكِينًا ذَا مَتْرَبَةٍVə ya (taqətsizlikdən) torpağa sərilmiş bir miskinə!1 Views
- ثُمَّ كَانَ مِنَ الَّذِينَ آمَنُوا وَتَوَاصَوْا بِالصَّبْرِ وَتَوَاصَوْا بِالْمَرْحَمَةِSonra da iman gətirən və bir-birinə səbr tövsiyə edən, mərhəmət tövsiyə edən kimsələrdən olmaqdır!1 Views
- أُولَـٰئِكَ أَصْحَابُ الْمَيْمَنَةِOnlar sağ tərəf sahibləridir! (Əməl dəftərləri sağ əllərinə verilənlərdir!)1 Views
- وَالَّذِينَ كَفَرُوا بِآيَاتِنَا هُمْ أَصْحَابُ الْمَشْأَمَةِAyələrimzi inkar edənlər isə sol tərəf sahibləridir! (Əməl dəftərləri sol əllərinə verilənlərdir!)1 Views
- عَلَيْهِمْ نَارٌ مُّؤْصَدَةٌOnları hər tərəfi qapalı Cəhənnəm gözləyir! (Kafirlər Cəhənnəmdə həmişəlik qalar, oradan heç yerə çıxa bilməzlər!)1 Views
Surah ash-shams
Mərhəmətli, rəhmli Allahın adı ilə!
- وَالشَّمْسِ وَضُحَاهَاAnd olsun günəşə və onun işığına (günəşin qalxdığı vaxta);1 Views
- وَالْقَمَرِ إِذَا تَلَاهَاAnd olsun (günəşin) ardınca çıxan aya;1 Views
- وَالنَّهَارِ إِذَا جَلَّاهَاAnd olsun onu (günəşi) parlaq edən gündüzə;1 Views
- وَاللَّيْلِ إِذَا يَغْشَاهَاAnd olsun onu (günəşi) örtən gecəyə;1 Views
- وَالسَّمَاءِ وَمَا بَنَاهَاAnd olsun göyə və onu yaradana;1 Views
- وَالْأَرْضِ وَمَا طَحَاهَاAnd olsun yerə və onu döşəyənə;1 Views
- وَنَفْسٍ وَمَا سَوَّاهَاAnd olsun nəfsə və onu yaradana (ona biçim verənə);1 Views
- فَأَلْهَمَهَا فُجُورَهَا وَتَقْوَاهَاSonra da ona günahlarını və pis əməllərdən çəkinməsini (xeyir və şəri) öyrədənə ki,1 Views
- قَدْ أَفْلَحَ مَن زَكَّاهَاNəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır!1 Views
- وَقَدْ خَابَ مَن دَسَّاهَاOnu (günaha) batıran isə, əlbəttə, ziyana uğrayacaqdır.1 Views
- كَذَّبَتْ ثَمُودُ بِطَغْوَاهَاSəmud (qövmü) azğınlığı üzündən (Saleh peyğəmbəri) təkzib etmişdi.1 Views
- إِذِ انبَعَثَ أَشْقَاهَاOnların ən rəzili (Allahın bir mö’cüzəsi olaraq qayanın içindən çıxartdığı dəvəni öldürməyə) qalxdığı zaman1 Views
- فَقَالَ لَهُمْ رَسُولُ اللَّهِ نَاقَةَ اللَّهِ وَسُقْيَاهَاAllahın peyğəmbəri onlara belə demişdi: “Allahın bu dişi (maya) dəvəsinə (toxunmayın), onun su içməsinə (mane olmayın).1 Views
- فَكَذَّبُوهُ فَعَقَرُوهَا فَدَمْدَمَ عَلَيْهِمْ رَبُّهُم بِذَنبِهِمْ فَسَوَّاهَاLakin onlar (Salehi) yalançı saydılar və onu (dəvəni) tutub kəsdilər. Rəbbi də bu günahlarına görə onların kökünü kəsib yerlə yeksan etdi.1 Views
- وَلَا يَخَافُ عُقْبَاهَا(Allah) bu işin aqibətindən qorxmaz! (Allah Səmud qövmünə cəza vermək istəmirdi. Onlar öz cinayətkar əməlləri ilə bu cəzaya layiq oldular. Allah dünyadakı padşahlar, hökmdarlar kimi bu və ya digər əməlinə görə qorxan deyildir. Çünki O etdiyi hər hansı əməl barəsində sorğu-sual olunmaz. Allah mütləq ədalət sahibidir!)1 Views
Surah al-layl
Mərhəmətli, rəhmli Allahın adı ilə!
- وَاللَّيْلِ إِذَا يَغْشَىٰAnd olsun (aləmi zülmətə) bürüməkdə olan gecəyə;1 Views
- وَالنَّهَارِ إِذَا تَجَلَّىٰAnd olsun işıqlanmaqda olan gündüzə;1 Views
- وَمَا خَلَقَ الذَّكَرَ وَالْأُنثَىٰAnd olsun kişini və qadını (erkəyi və dişini) yaradana ki,1 Views
- إِنَّ سَعْيَكُمْ لَشَتَّىٰSizin zəhmətiniz (ey insanlar!) cürbəcürdür! (Bə’ziniz Cənnət üçün, bə’ziniz isə Cəhənnəm üçün çalışırsınız).1 Views
- فَأَمَّا مَنْ أَعْطَىٰ وَاتَّقَىٰKim (malını Allah yolunda) versə, (Allahdan) qorxsa,1 Views
- وَصَدَّقَ بِالْحُسْنَىٰVə ən gözəl sözü (la ilahə illallah kəlməsini) təsdiq etsə,1 Views
- فَسَنُيَسِّرُهُ لِلْيُسْرَىٰBiz ona ən asan olanı (Cənnəti) müyəssər edəcəyik!1 Views
- وَأَمَّا مَن بَخِلَ وَاسْتَغْنَىٰAmma kim (malını Allah yolunda xərcləməyə) xəsislik etsə, (mal-dövlətinə güvənib Allaha) möhtac olmadığını sansa,1 Views
- وَكَذَّبَ بِالْحُسْنَىٰVə ən gözəl sözü (la ilahə illallah kəlməsini) yalan saysa,1 Views
- فَسَنُيَسِّرُهُ لِلْعُسْرَىٰBiz ona ən çətin olanı (Cəhənnəmi) müyəssər edəcəyik (onu Cəhənnəm üçün hazırlayacağıq!)1 Views
- وَمَا يُغْنِي عَنْهُ مَالُهُ إِذَا تَرَدَّىٰ(O, Cəhənnəmə) düşəcəyi zaman mal-dövləti ona heç bir fayda verməz.1 Views
- إِنَّ عَلَيْنَا لَلْهُدَىٰBizim öhdəmizə düşən yalnız doğru yolu göstərməkdir! (Mö’min və ya kafir olmaq isə hər kəsin öz işidir).1 Views
- وَإِنَّ لَنَا لَلْآخِرَةَ وَالْأُولَىٰAxirət də Bizim, dünya da Bizimdir!1 Views
- فَأَنذَرْتُكُمْ نَارًا تَلَظَّىٰ(Ey insanlar!) Mən sizi alovlanan bir atəşlə qorxutdum.1 Views
- لَا يَصْلَاهَا إِلَّا الْأَشْقَىOra ancaq azğın (kafir) daxil olar.0 Views
- الَّذِي كَذَّبَ وَتَوَلَّىٰO kimsə ki, (haqqı) yalan sayar, (imandan) üz döndərər!0 Views
- وَسَيُجَنَّبُهَا الْأَتْقَىAllahdan qorxub pis əməllərdən çəkinən isə ondan uzaqlaşdırılar (nicat tapar).0 Views
- الَّذِي يُؤْتِي مَالَهُ يَتَزَكَّىٰO kimsə ki, malını (Allah yolunda) verib (günahlardan) təmizlənər,0 Views
- وَمَا لِأَحَدٍ عِندَهُ مِن نِّعْمَةٍ تُجْزَىٰO şəxsin boynunda heç kəsin bir minnəti (ne’məti) yoxdur ki, onun əvəzi verilsin (etdiyi yaxşılıq ona əvəz olsun; və ya: o, etdiyi yaxşılıq müqabilində heç kəsdən bir mükafat gözləməz).0 Views
- إِلَّا ابْتِغَاءَ وَجْهِ رَبِّهِ الْأَعْلَىٰO ancaq ən uca olan Rəbbinin rizasını qazanmaq üçün belə edər.0 Views
- وَلَسَوْفَ يَرْضَىٰAnd olsun ki, o (öz Rəbbindən Cənnətdə ona verəcəyi ne’mətlərə görə) razı olacaqdır!0 Views
Surah ad-duha
Mərhəmətli, rəhmli Allahın adı ilə!
- وَالضُّحَىٰAnd olsun səhərə;0 Views
- وَاللَّيْلِ إِذَا سَجَىٰAnd olsun sakitləşməkdə olan (və ya: getdikcə zülməti artan) gecəyə ki,0 Views
- مَا وَدَّعَكَ رَبُّكَ وَمَا قَلَىٰ(Sənə bir neçə gün vəhy nazil etməməklə) Rəbbin səni (ya Peyğəmbər!) nə tərk etdi, nə də sənə acığı tutdu.0 Views
- وَلَلْآخِرَةُ خَيْرٌ لَّكَ مِنَ الْأُولَىٰŞübhəsiz ki, axirət sənin üçün dünyadan daha xeyirlidir!0 Views
- وَلَسَوْفَ يُعْطِيكَ رَبُّكَ فَتَرْضَىٰHəqiqətən, Rəbbin sənə (qiyamət günü ən uca şəfaət məqamı, Cənnətdə tükənməz ne’mətlər) bəxş edəcək və sən (Ondan) razı qalacaqsan!0 Views
- أَلَمْ يَجِدْكَ يَتِيمًا فَآوَىٰMəgər O səni yetim ikən tapıb sığınacaq vermədimi?!0 Views
- وَوَجَدَكَ ضَالًّا فَهَدَىٰSənin şaşqın (yaxud: uşaq vaxtı Məkkə vadisində azmış) vəziyyətdə tapıb yol göstərmədimi?!0 Views
- وَوَجَدَكَ عَائِلًا فَأَغْنَىٰSəni yoxsul ikən tapıb dövlətli etmədimi?!0 Views
- فَأَمَّا الْيَتِيمَ فَلَا تَقْهَرْElə isə yetimə zülm etmə!0 Views
- وَأَمَّا السَّائِلَ فَلَا تَنْهَرْDilənçini də (qapıdan) qovma!0 Views
- وَأَمَّا بِنِعْمَةِ رَبِّكَ فَحَدِّثْVə (həmişə) Rəbbinin sənə olan ne’mətindən söhbət aç!0 Views
Surah ash-sharh
Mərhəmətli, rəhmli Allahın adı ilə!
- أَلَمْ نَشْرَحْ لَكَ صَدْرَكَ(Ya Peyğəmbər!) Məgər Biz (haqqı bilmək, elm və hikmət dəryası etmək üçün) sənin köksünü (qəlbini) açıb genişlətmədikmi?! (Allahın öz lütfü ilə köksünü açıb genişlətdiyi kimsənin qəlbinə Şeytan vəsvəsə sala bilməz. O, qüdsiyyət kəsb edər, vəhy qəbul etməyə layiq olar!)0 Views
- وَوَضَعْنَا عَنكَ وِزْرَكَAğır yükünü səndən götürmədikmi?! (Sənin peyğəmbərlik yükünü yüngülləşdirmədikmi?!)0 Views
- الَّذِي أَنقَضَ ظَهْرَكَ(Elə bir yük ki) sənin belini bükürdü.0 Views
- وَرَفَعْنَا لَكَ ذِكْرَكَSənin ad-sanını (şan-şöhrətini) ucaltmadıqmı?! (Yerdə, göydə səndən söhbət gedər; xütbələrdə adın çəkilər!)0 Views
- فَإِنَّ مَعَ الْعُسْرِ يُسْرًاŞübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! (Asanlıq yalnız çətinliklə hasil olar!)0 Views
- إِنَّ مَعَ الْعُسْرِ يُسْرًاHəqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr! (Buna görə də çətinliklərə səbirlə dözmək lazımdır!)0 Views
- فَإِذَا فَرَغْتَ فَانصَبْ(Ya Peyğəmbər!) Elə ki (risaləti təbliğ etməkdən və ya dünya işlərindən) azad oldun, qalx (dua et)! (Axirət üçün çalış-vuruş!)0 Views
- وَإِلَىٰ رَبِّكَ فَارْغَبVə ancaq Rəbbinə yalvar! (Üzünü Allaha çevirib yalnız Onun köməyinə bel bağla, Ona tərəf yönəl!)0 Views
Surah at-tin
Mərhəmətli, rəhmli Allahın adı ilə!
- وَالتِّينِ وَالزَّيْتُونِAnd olsun əncirə və zeytuna;0 Views
- وَطُورِ سِينِينَAnd olsun (Allah-təalanın Musa ilə danışdığı) Tur dağına;0 Views
- وَهَـٰذَا الْبَلَدِ الْأَمِينِAnd olsun bu təhlükəsiz (qorxusuz-xətərsiz) şəhərə (Məkkəyə) ki,0 Views
- لَقَدْ خَلَقْنَا الْإِنسَانَ فِي أَحْسَنِ تَقْوِيمٍBiz insanı ən gözəl biçimdə yaratdıq!0 Views
- ثُمَّ رَدَدْنَاهُ أَسْفَلَ سَافِلِينَSonra da onu qaytarıb rəzillərin rəzili edərik!0 Views
- إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ فَلَهُمْ أَجْرٌ غَيْرُ مَمْنُونٍYalnız iman gətirib yaxşı əməllər edənlərdən başqa! Onları münnətsiz (saysız-hesabsız) mükafat gözləyir.0 Views
- فَمَا يُكَذِّبُكَ بَعْدُ بِالدِّينِ(Ey kafir insan! Bu qədər öyüd-nəsihətdən) sonra səni dini (haqq-hesab gününü) yalan saymağa vadar edən nədir?!0 Views
- أَلَيْسَ اللَّهُ بِأَحْكَمِ الْحَاكِمِينَMəgər Allah hakimlərin hakimi (ən ədalətli, ən üstün hakim) deyilmi?!0 Views
Surah al-alaq
Mərhəmətli, rəhmli Allahın adı ilə!
- اقْرَأْ بِاسْمِ رَبِّكَ الَّذِي خَلَقَ(Ya Peyğəmbər! Qur’ani-Kərimi bütün məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu!0 Views
- خَلَقَ الْإِنسَانَ مِنْ عَلَقٍO, insanı laxtalanmış qandan yaratdı.0 Views
- اقْرَأْ وَرَبُّكَ الْأَكْرَمُ(Ya Peyğəmbər!) Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir!0 Views
- الَّذِي عَلَّمَ بِالْقَلَمِO Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi.0 Views
- عَلَّمَ الْإِنسَانَ مَا لَمْ يَعْلَمْ(O Rəbbin ki) insana bilmədiklərini öyrətdi.0 Views
- كَلَّا إِنَّ الْإِنسَانَ لَيَطْغَىٰXeyr, insan azğınlıq edər,0 Views
- أَن رَّآهُ اسْتَغْنَىٰÖzünün dövlətli olduğunu gördüyü üçün!0 Views
- إِنَّ إِلَىٰ رَبِّكَ الرُّجْعَىٰAxı sənin axır dönüşün Rəbbinədir!0 Views
- أَرَأَيْتَ الَّذِي يَنْهَىٰGördünmü o kimsəni (Əbu Cəhli) ki, mane olur0 Views
- عَبْدًا إِذَا صَلَّىٰBir bəndəyə (sənə) namaz qıldığı vaxt?0 Views
- أَرَأَيْتَ إِن كَانَ عَلَى الْهُدَىٰBir de görək, əgər o doğru yoldadırsa,0 Views
- أَوْ أَمَرَ بِالتَّقْوَىٰYaxud (xalqa Allahdan) qorxmağı əmr edirsə, (sən belə bir əməl sahibinin namaz qılmasına nə üçün mane olur, ona ibadət etməyi niyə qadağan edirsən? Bundan da rəzil iş olarmı)?!0 Views
- أَرَأَيْتَ إِن كَذَّبَ وَتَوَلَّىٰ(Ya Peyğəmbər!) Bir de görək, (əgər sənin namaz qılmağına mane olan kimsə Qur’anı) yalan sayır və (imandan) üz döndərirsə,0 Views
- أَلَمْ يَعْلَم بِأَنَّ اللَّهَ يَرَىٰMəgər bilmir ki, Allah (onun bütün əməllərini) görür?!0 Views
- كَلَّا لَئِن لَّمْ يَنتَهِ لَنَسْفَعًا بِالنَّاصِيَةِYox, yox! (Əbu Cəhl bu yaramaz əməllərinə son qoysun). Əgər son qoymasa, and olsun ki, Biz onu kəkilindən yapışıb (Cəhənnəmə) sürükləyəcəyik -0 Views
- نَاصِيَةٍ كَاذِبَةٍ خَاطِئَةٍÖzü də yalançı, günahkar kəkilindən!0 Views
- فَلْيَدْعُ نَادِيَهُQoy o özünün bütün tərəfdarlarını (köməyə) çağırsın!0 Views
- سَنَدْعُ الزَّبَانِيَةَBiz də zəbaniləri (Cəhənnəmdəki əzab mələklərini) çağıracağıq!0 Views
- 96:19۩ Sajdahكَلَّا لَا تُطِعْهُ وَاسْجُدْ وَاقْتَرِب ۩Yox, yox! Sən (ey Peyğəmbər!) ona uyma! Sən ancaq (Rəbbinə) səcdə et və (Ona) yaxınlaş!0 Views
Surah al-qadr
Mərhəmətli, rəhmli Allahın adı ilə!
- إِنَّا أَنزَلْنَاهُ فِي لَيْلَةِ الْقَدْرِHəqiqətən, Biz onu (Qur’anı) Qədr gecəsi (lövhi-məhfuzda dünya səmasına) nazil etdik!0 Views
- وَمَا أَدْرَاكَ مَا لَيْلَةُ الْقَدْرِ(Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, Qədr gecəsi nədir?!0 Views
- لَيْلَةُ الْقَدْرِ خَيْرٌ مِّنْ أَلْفِ شَهْرٍQədr gecəsi (savab cəhətdən) min aydan daha xeyirlidir! (O, ramazan ayının on doqquzuna, iyirmi birinə, iyirmi üçünə, iyirmi beşinə, bir rəvayətə görə isə iyirmi yeddisinə təsadüf edir).0 Views
- تَنَزَّلُ الْمَلَائِكَةُ وَالرُّوحُ فِيهَا بِإِذْنِ رَبِّهِم مِّن كُلِّ أَمْرٍO gecə mələklər və ruh (Cəbrail) Rəbbinin izni ilə (həmin gündən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir işdən dolayı (Allah dərgahından əmrlər alaraq) yerə enərlər.0 Views
- سَلَامٌ هِيَ حَتَّىٰ مَطْلَعِ الْفَجْرِO gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır! (əmin-amanlıqdır) (Qədr gecəsi heç bir bəla nazil olmaz, o, bütünlüklə xeyir-bərəkətdən ibarətdir. O gecə mələklər yer üzündə gəzib Allahın müxlis bəndələrinə salam verərlər. Buna görə də Qədr gecəsi səhərə qədər oyaq qalıb ibadət etmək lazımdır!)0 Views
Surah al-bayyinah
Mərhəmətli, rəhmli Allahın adı ilə!
- لَمْ يَكُنِ الَّذِينَ كَفَرُوا مِنْ أَهْلِ الْكِتَابِ وَالْمُشْرِكِينَ مُنفَكِّينَ حَتَّىٰ تَأْتِيَهُمُ الْبَيِّنَةُKitab əhlindən (yəhudilərdən və xaçpərəstlərdən) kafir olanlar və müşriklər özlərinə açıq-aşkar bir dəlil gəlməyənə qədər (dinlərindən) ayrılan deyildilər.0 Views
- رَسُولٌ مِّنَ اللَّهِ يَتْلُو صُحُفًا مُّطَهَّرَةً(Bu açıq-aşkar dəlil isə) pak səhifələri onlara oxuyan, Allah tərəfindən göndərilmiş peyğəmbərdir (Muhəmməd əleyhissəlamdır).0 Views
- فِيهَا كُتُبٌ قَيِّمَةٌO səhifələrdə doğru-dürüst hökmlər vardır.0 Views
- وَمَا تَفَرَّقَ الَّذِينَ أُوتُوا الْكِتَابَ إِلَّا مِن بَعْدِ مَا جَاءَتْهُمُ الْبَيِّنَةُKitab əhli yalnız özlərinə açıq-aydın dəlil (Peyğəmbər və Qur’an) gəldikdən sonra (dində) ayrılığa düşdülər (onlardan kimisi Peyğəmbərə iman gətirdi, kimisi onu inkar etdi, kimisi də şəkk-şübhə içində qaldı).0 Views
- وَمَا أُمِرُوا إِلَّا لِيَعْبُدُوا اللَّهَ مُخْلِصِينَ لَهُ الدِّينَ حُنَفَاءَ وَيُقِيمُوا الصَّلَاةَ وَيُؤْتُوا الزَّكَاةَ ۚ وَذَٰلِكَ دِينُ الْقَيِّمَةِHalbuki onlara əmr edilmişdir ki, Allaha – dini yalnız Ona məxsus edərək, batildən haqqa (islama) dönərək – ibadət etsinlər, namaz qılıb zəkat versinlər. Doğru-düzgün din budur!0 Views
- إِنَّ الَّذِينَ كَفَرُوا مِنْ أَهْلِ الْكِتَابِ وَالْمُشْرِكِينَ فِي نَارِ جَهَنَّمَ خَالِدِينَ فِيهَا ۚ أُولَـٰئِكَ هُمْ شَرُّ الْبَرِيَّةِHəqiqətən, kitab əhlindən kafir olanların və müşriklərin yeri cəhənnəm odudur. Onlar orada əbədi qalacaqlar. Onlar yaradılmışların ən pisidirlər.0 Views
- إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ أُولَـٰئِكَ هُمْ خَيْرُ الْبَرِيَّةِİman gətirib yaxşı əməllər edənlər isə yaradılmışların ən yaxşılarıdır.2 Views
- جَزَاؤُهُمْ عِندَ رَبِّهِمْ جَنَّاتُ عَدْنٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا ۖ رَّضِيَ اللَّهُ عَنْهُمْ وَرَضُوا عَنْهُ ۚ ذَٰلِكَ لِمَنْ خَشِيَ رَبَّهُOnlardan öz Rəbbi yanındakı mükafatı (ağacları) altından çaylar axan Ədn cənnətləridir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır, onlar da Allahdan. Bu (ne’mətlər) Rəbbindən qorxanlar üçündür!2 Views
Surah az-zalzalah
Mərhəmətli, rəhmli Allahın adı ilə!
- إِذَا زُلْزِلَتِ الْأَرْضُ زِلْزَالَهَاYer özünə məxsus bir şiddətlə lərzəyə gəlib titrəyəcəyi zaman;0 Views
- وَأَخْرَجَتِ الْأَرْضُ أَثْقَالَهَاYer öz yükünü çıxardıb atacağı zaman;0 Views
- وَقَالَ الْإِنسَانُ مَا لَهَاİnsan (təəccüblə): “Buna (bu yerə) nə olub?” – deyəcəyi zaman -0 Views
- يَوْمَئِذٍ تُحَدِّثُ أَخْبَارَهَاMəhz o gün (yer) öz hekayətini söyləyəcəkdir -0 Views
- بِأَنَّ رَبَّكَ أَوْحَىٰ لَهَاÇünki (bunu) ona sənin Rəbbin vəhy etmişdir (buyurmuşdur)!0 Views
- يَوْمَئِذٍ يَصْدُرُ النَّاسُ أَشْتَاتًا لِّيُرَوْا أَعْمَالَهُمْO gün insanlar əməllərinin özlərinə göstərilməsi üçün (qəbirlərindən məhşərə) dəstə-dəstə çıxacaqlar! (Cənnətliklər sağ tərəfə, cəhənnəmliklər isə sol tərəfdə olacaqlar).0 Views
- فَمَن يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَيْرًا يَرَهُKim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır).0 Views
- وَمَن يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ شَرًّا يَرَهُKim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir).0 Views
Surah al-adiyat
Mərhəmətli, rəhmli Allahın adı ilə!
- وَالْعَادِيَاتِ ضَبْحًاAnd olsun (cihad zamanı) tövşüyə-tövşüyə qaçan atlara;0 Views
- فَالْمُورِيَاتِ قَدْحًاAnd olsun (dırnaqları ilə daşdan) qığılcım qoparan atlara;0 Views
- فَالْمُغِيرَاتِ صُبْحًاAnd olsun sübh çağı hücum edən atlara;0 Views
- فَأَثَرْنَ بِهِ نَقْعًاAnd olsun o vaxt (və ya: o yerdə) toz-duman qopardan atlara;0 Views
- فَوَسَطْنَ بِهِ جَمْعًاSonra da onunla (tozanaqla) dəstəyə (düşmən dəstəsinə) təpinən atlara ki,0 Views
- إِنَّ الْإِنسَانَ لِرَبِّهِ لَكَنُودٌİnsan öz Rəbbinə qarşı çox nankordur.0 Views
- وَإِنَّهُ عَلَىٰ ذَٰلِكَ لَشَهِيدٌVə o özü də buna şahiddir.0 Views
- وَإِنَّهُ لِحُبِّ الْخَيْرِ لَشَدِيدٌHəqiqətən, insan var-dövlətə çox hərisdir!0 Views
- ۞ أَفَلَا يَعْلَمُ إِذَا بُعْثِرَ مَا فِي الْقُبُورِMəgər o bilmirmi ki, qəbirlərdə olanlar (dirilib) çıxardılacağı;0 Views
- وَحُصِّلَ مَا فِي الصُّدُورِÜrəklərdə olanlar faş ediləcəyi zaman0 Views
- إِنَّ رَبَّهُم بِهِمْ يَوْمَئِذٍ لَّخَبِيرٌHəmin gün Rəbbi onları (özlərinin bütün əməllərindən) xəbərdar edəcəkdir (cəzalarını verəcəkdir)!0 Views
Surah al-qariah
Mərhəmətli, rəhmli Allahın adı ilə!
- الْقَارِعَةُÜrəkləri dəhşətə salan qiyamət!0 Views
- مَا الْقَارِعَةُNədir qiyamət?!0 Views
- وَمَا أَدْرَاكَ مَا الْقَارِعَةُSən nə bilirsən (haradan bilirsən) ki, nədir qiyamət?!0 Views
- يَوْمَ يَكُونُ النَّاسُ كَالْفَرَاشِ الْمَبْثُوثِO gün insanlar kəpənək kimi ətrafa səpələnəcək (çəyirtkə kimi bir-birinə qatışacaq);0 Views
- وَتَكُونُ الْجِبَالُ كَالْعِهْنِ الْمَنفُوشِDağlar isə didilmiş yun kimi olacaqdır!0 Views
- فَأَمَّا مَن ثَقُلَتْ مَوَازِينُهُ(O gün) tərəzisi ağır gələn (yaxşı əmələri pis əməllərdən çox olan) kimsə,0 Views
- فَهُوَ فِي عِيشَةٍ رَّاضِيَةٍ(Cənnətdə) xoş güzəran içində olacaq!0 Views
- وَأَمَّا مَنْ خَفَّتْ مَوَازِينُهُTərəzisi yüngül gələn (yaxşı əməlləri pis əməllərdən az olan) kimsənin isə,0 Views
- فَأُمُّهُ هَاوِيَةٌMəskəni Haviyə (Cəhənnəmin dibi) olacaqdır!0 Views
- وَمَا أَدْرَاكَ مَا هِيَهْSən nə bilirsən ki, o (Haviyə) nədir?!0 Views
- نَارٌ حَامِيَةٌO çox qızmar bir atəşdir!0 Views
Surah at-takathur
Mərhəmətli, rəhmli Allahın adı ilə!
- أَلْهَاكُمُ التَّكَاثُرُ(Ey qafil insanlar!) Çoxluq (mal-dövlət, oğul-uşaq və qohum-əqraba çoxluğu) ilə öyünmək sizi o qədər şirnikləndirdi (başınızı o qədər qatdı) ki,0 Views
- حَتَّىٰ زُرْتُمُ الْمَقَابِرَHətta (məzarlarda yatan ölülərinizi sayıb, onların da çoxluğu ilə fəxr etməyiniz üçün) qəbirləri ziyarət etdiniz. [Və ya (axirətiniz üçün əsla çalışmadan) ölüb getdiniz (ölənə qədər bu halınızda davam etdiniz)].0 Views
- كَلَّا سَوْفَ تَعْلَمُونَXeyr! (Belə yaramaz!). Siz (öləndən sonra bu yaramaz əməllərinizin aqibətini) mütləq biləcəksiniz!0 Views
- ثُمَّ كَلَّا سَوْفَ تَعْلَمُونَXeyr, xeyr! (Belə yaramaz). Siz (öləndən sonra bu yaramaz əməllərinizin aqibətini) mütləq biləcəksiniz!0 Views
- كَلَّا لَوْ تَعْلَمُونَ عِلْمَ الْيَقِينِXeyr, əgər (qiyamət günü sizə nə ediləcəyini) tam yəqinliklə bilsəydiniz (fani dünya malına uymazdınız)!0 Views
- لَتَرَوُنَّ الْجَحِيمَ(Ey müşriklər! Qiyamət günü) siz o Cəhənnəmi mütləq görəcəksiniz!0 Views
- ثُمَّ لَتَرَوُنَّهَا عَيْنَ الْيَقِينِBəli, siz (Cəhənnəmə vasil olduqdan sonra) onu mütləq öz gözünüzlə görəcəksiniz!0 Views
- ثُمَّ لَتُسْأَلُنَّ يَوْمَئِذٍ عَنِ النَّعِيمِSonra da həmin gün (Allahın dünyada sizə əta etdiyi) ne’mətlər barəsində mütləq sorğu-sual olunacaqsınız!0 Views
Surah al-asr
Mərhəmətli, rəhmli Allahın adı ilə!
- وَالْعَصْرِAnd olsun axşam çağına (ikindi vaxtına, əsr namazına, zamana və ya Peyğəmbərin əsrinə) ki,0 Views
- إِنَّ الْإِنسَانَ لَفِي خُسْرٍİnsan (ömrünü bihudə işlərə sərf etməklə, dünyanı axirətdən üstün tutmaqla) ziyan içindədir?0 Views
- إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَتَوَاصَوْا بِالْحَقِّ وَتَوَاصَوْا بِالصَّبْرِYalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən kimsələrdən başqa! (Belələri Cənnətə nail olub əbədi səadətə qovuşanlardır!)0 Views
Surah al-humazah
Mərhəmətli, rəhmli Allahın adı ilə!
- وَيْلٌ لِّكُلِّ هُمَزَةٍ لُّمَزَةٍ(Dalda) qeybət edib (üzdə) tə’nə vuran hər kəsin vay halına!0 Views
- الَّذِي جَمَعَ مَالًا وَعَدَّدَهُO kimsə ki, mal yığıb onu dönə-dönə sayar (çoxaldar).0 Views
- يَحْسَبُ أَنَّ مَالَهُ أَخْلَدَهُVə elə zənn edər ki, mal-dövləti onu əbədi yaşadacaqdır.0 Views
- كَلَّا ۖ لَيُنبَذَنَّ فِي الْحُطَمَةِXeyr! (Heç də onun güman etdiyi kimi deyildir). O mütləq (Cəhənnəmin alt mərtəbələrindən biri olan) Hütəməyə atılacaqdır!0 Views
- وَمَا أَدْرَاكَ مَا الْحُطَمَةُSən nə bilirsən (haradan bilirsən) ki, Hütəmə nədir?!0 Views
- نَارُ اللَّهِ الْمُوقَدَةُO, Allahın yanar odudur.0 Views
- الَّتِي تَطَّلِعُ عَلَى الْأَفْئِدَةِElə bir od ki, ürəkləri yandırıb-yaxar.0 Views
- إِنَّهَا عَلَيْهِم مُّؤْصَدَةٌO, belələrinin (qeybətçilərin və tə’nə vuranların) üzünə qapanıb kilidlənəcəkdir.0 Views
- فِي عَمَدٍ مُّمَدَّدَةٍOnlar (Cəhənnəmdə) hündür sütunlara bağlanmış olacaqlar!0 Views
Surah al-fil
Mərhəmətli, rəhmli Allahın adı ilə!
- أَلَمْ تَرَ كَيْفَ فَعَلَ رَبُّكَ بِأَصْحَابِ الْفِيلِ(Ya Peyğəmbər!) Məgər Rəbbinin fil sahiblərinə (Kə’bəni dağıtmaq üçün fillərlə Məkkənin üstünə gələn həbəş ordusuna) nələr etdiyini görmədinmi?!0 Views
- أَلَمْ يَجْعَلْ كَيْدَهُمْ فِي تَضْلِيلٍMəgər (Rəbbin) onların hiyləsini boşa çıxartmadımı?!0 Views
- وَأَرْسَلَ عَلَيْهِمْ طَيْرًا أَبَابِيلَOnların üstünə qatar-qatar quşlar (əbabil quşları) göndərdi.0 Views
- تَرْمِيهِم بِحِجَارَةٍ مِّن سِجِّيلٍ(O quşlar) onlara bişmiş gildən düzəlmiş (möhkəm xırda) daşlar atırdı.0 Views
- فَجَعَلَهُمْ كَعَصْفٍ مَّأْكُولٍ(Rəbbin) onları (həşərat tərəfindən) yeyilmiş əkin yarpağına (saman çöpünə) döndərdi!0 Views
Surah quraysh
Mərhəmətli, rəhmli Allahın adı ilə!
- لِإِيلَافِ قُرَيْشٍ(Ya Peyğəmbər! Qüreyşlilərə de ki) Qüreyşin ülfəti (dostluğu və ya Allahın onlar üçün səfəri asanlaşdırması) xatirinə,0 Views
- إِيلَافِهِمْ رِحْلَةَ الشِّتَاءِ وَالصَّيْفِOnlara qış və yay səfərini müyəssər edilməsi (qışda Yəməndə, yayda Şamda istirahət və ticarət edə bilmələri) xatirinə.0 Views
- فَلْيَعْبُدُوا رَبَّ هَـٰذَا الْبَيْتِBu evin Rəbbinə (Kə’bənin sahibi Allaha) ibadət etsinlər!0 Views
- الَّذِي أَطْعَمَهُم مِّن جُوعٍ وَآمَنَهُم مِّنْ خَوْفٍO Allah ki, onları aclıqdan qurtarıb yemək verdi və onlara qorxudan (fil sahiblərinin təhlükəsindən) sonra əmin-amanlıq bəxş etdi.0 Views
Surah al-maun
Mərhəmətli, rəhmli Allahın adı ilə!
- أَرَأَيْتَ الَّذِي يُكَذِّبُ بِالدِّينِ(Ya Peyğəmbər!) Dini (haqq-hesab gününü) yalan hesab edəni (Əbu Cəhli) gördünmü?0 Views
- فَذَٰلِكَ الَّذِي يَدُعُّ الْيَتِيمَO elə adamdır ki, yetimi itələyib qovar (haqqını verməz);0 Views
- وَلَا يَحُضُّ عَلَىٰ طَعَامِ الْمِسْكِينِVə (xalqı) yoxsulu yedirtməyə rəğbətləndirməz (nə özü fəqiri yedirdər, nə də özgəsini qoyar).0 Views
- فَوَيْلٌ لِّلْمُصَلِّينَVay halına o namaz qılanların ki,0 Views
- الَّذِينَ هُمْ عَن صَلَاتِهِمْ سَاهُونَOnlar öz namazlarından qafildirlər (səhlənkarlıqları üzündən namazlarını vaxtlı-vaxtında qılmazlar);0 Views
- الَّذِينَ هُمْ يُرَاءُونَOnlar (namazlarında) riyakarlıq edər,0 Views
- وَيَمْنَعُونَ الْمَاعُونَVə (xalqa) zəkat verməyi qadağan edərlər (yaxud xəsislik göstərib bir iş üçün qonum-qonşuya lazım olan qab-qacağı verməkdən imtina edərlər).0 Views
Surah al-kawthar
Mərhəmətli, rəhmli Allahın adı ilə!
- إِنَّا أَعْطَيْنَاكَ الْكَوْثَرَ(Ya Peyğəmbər!) Həqiqətən, Biz sənə Kövsər (Cənnətdəki Kövsər irmağını və ya bol ne’mət, yaxud Qur’an, peyğəmbərlik) bəxş etdik!0 Views
- فَصَلِّ لِرَبِّكَ وَانْحَرْOna görə də (bu ne’mətlərə şükür edərək) Rəbbin üçün namaz qıl və qurban kəs!0 Views
- إِنَّ شَانِئَكَ هُوَ الْأَبْتَرُ(Ya Peyğəmbər! Oğlun Qasim, yaxud İbrahim vəfat etdiyi zaman sənə sonsuz, arxası kəsik, nəsli kəsilmiş deyən) sənin düşməninin (As ibn Vailin) özü sonsuzdur! (Sənin nəslin qiyamətə qədər törəyib artacaq, adına isə həmişə rəhmət oxunacaqdır!)0 Views
Surah al-kafirun
Mərhəmətli, rəhmli Allahın adı ilə!
- قُلْ يَا أَيُّهَا الْكَافِرُونَ(Ya Peyğəmbər! Sənə - bir il bizim bütlərimizə ibadət et, bir il də biz sənin Rəbbinə ibadət edək – deyən müşriklərə) de: “Ey kafirlər!0 Views
- لَا أَعْبُدُ مَا تَعْبُدُونَMən sizin ibadət etdiklərinizə (bütlərə) ibadət etmərəm!0 Views
- وَلَا أَنتُمْ عَابِدُونَ مَا أَعْبُدُSiz də mənim ibadət etdiyimə (Allaha) ibadət etməzsiniz!0 Views
- وَلَا أَنَا عَابِدٌ مَّا عَبَدتُّمْMən sizin ibadət etdiklərinizə ibadət edən deyiləm!0 Views
- وَلَا أَنتُمْ عَابِدُونَ مَا أَعْبُدُSiz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz!0 Views
- لَكُمْ دِينُكُمْ وَلِيَ دِينِSizin öz dininiz var, mənim də öz dinim! (Elə isə sizin dininiz sizə, mənim dinim də mənə)!”0 Views
Surah an-nasr
Mərhəmətli, rəhmli Allahın adı ilə!
- إِذَا جَاءَ نَصْرُ اللَّهِ وَالْفَتْحُ(Ya Peyğəmbər!) Allahın köməyi və zəfər (Məkkənin fəthi) gəldiyi zaman;0 Views
- وَرَأَيْتَ النَّاسَ يَدْخُلُونَ فِي دِينِ اللَّهِ أَفْوَاجًاİnsanların dəstə-dəstə Allahın dininə (islama) daxil olduqlarını gördüyün zaman0 Views
- فَسَبِّحْ بِحَمْدِ رَبِّكَ وَاسْتَغْفِرْهُ ۚ إِنَّهُ كَانَ تَوَّابًاRəbbini həmd-səna ilə təqdis et (Onu bütün naqis sifətlərdən uzaq tutub pak bil, “Sübhanəkə Allahümmə və bihəmdikə” kəlməsini de) və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir!0 Views
Surah al-masad
Mərhəmətli, rəhmli Allahın adı ilə!
- تَبَّتْ يَدَا أَبِي لَهَبٍ وَتَبَّƏbu Ləhəbin əlləri qurusun, qurudu da! (Və ya: Əbu Ləhəbin əlləri qurusun, o ölsün!)0 Views
- مَا أَغْنَىٰ عَنْهُ مَالُهُ وَمَا كَسَبَ(Qiyamət günü) ona nə mal-dövləti fayda verəcək, nə də qazandığı (və ya: oğul-uşağı).0 Views
- سَيَصْلَىٰ نَارًا ذَاتَ لَهَبٍO, alovlu atəşə girəcəkdir.0 Views
- وَامْرَأَتُهُ حَمَّالَةَ الْحَطَبِOnun odun daşıyan (Peyğəmbərlə düşmənçilik edən, adamlar arasında söz gəzdirən) övrəti də həmçinin!0 Views
- فِي جِيدِهَا حَبْلٌ مِّن مَّسَدٍOnun (övrətinin) boğazında xurma lifindən hörülmüş ip (və ya: yetmiş arşın uzunluğunda zəncir) olacaqdır!0 Views
Surah al-ikhlas
Mərhəmətli, rəhmli Allahın adı ilə!
- قُلْ هُوَ اللَّهُ أَحَدٌ(Ya Peyğəmbər! Allahın zatı və sifətləri haqqında səndən soruşan müşriklərə) de: “(Mənim Rəbbim olan) O Allah birdir (heç bir şəriki yoxdur);0 Views
- اللَّهُ الصَّمَدُAllah (heç kəsə, heç nəyə) möhtac deyildir! (Hamı Ona möhtacdır; O, əzəlidir, əbədidir!)0 Views
- لَمْ يَلِدْ وَلَمْ يُولَدْO, nə doğmuş, nə də doğulmuşdur! (Allah Özünə heç bir övlad götürməmişdir!)0 Views
- وَلَمْ يَكُن لَّهُ كُفُوًا أَحَدٌOnun heç bir tayı-bərabəri (bənzəri) də yoxdur!”0 Views
Surah al-falaq
Mərhəmətli, rəhmli Allahın adı ilə!
- قُلْ أَعُوذُ بِرَبِّ الْفَلَقِ(Ya Peyğəmbər!) De: “Pənah aparıram sübhün Rəbbinə!0 Views
- مِن شَرِّ مَا خَلَقَYaratdıqlarının (insanların, cinlərin, vəhşi heyvanların) şərindən;0 Views
- وَمِن شَرِّ غَاسِقٍ إِذَا وَقَبَZülmətə bürünməkdə olan gecənin (və ya: batan ayın, ziyası sönən ulduzların) şərindən;0 Views
- وَمِن شَرِّ النَّفَّاثَاتِ فِي الْعُقَدِ(Ovsun oxuyub) düyünlərə üfürən (yaxud: cadu edib iplərə düyün vuran) qadınların şərindən;0 Views
- وَمِن شَرِّ حَاسِدٍ إِذَا حَسَدَVə bir də paxıllığı tutanda paxılın şərindən!”0 Views
Surah an-nas
Mərhəmətli, rəhmli Allahın adı ilə!
- قُلْ أَعُوذُ بِرَبِّ النَّاسِ(Ya Peyğəmbər!) De: “Pənah aparıram insanların Rəbbinə;0 Views
- مَلِكِ النَّاسِİnsanların ixtiyar sahibinə;0 Views
- إِلَـٰهِ النَّاسِİnsanların tanrısına;0 Views
- مِن شَرِّ الْوَسْوَاسِ الْخَنَّاسِVəsvəsə verən, (Allahın adı çəkiləndə isə qorxusundan) qaçıb gizlənən Şeytanın şərindən-0 Views
- الَّذِي يُوَسْوِسُ فِي صُدُورِ النَّاسِO Şeytan ki, insanların ürəklərinə vəsvəsə salır,0 Views
- مِنَ الْجِنَّةِ وَالنَّاسِ(O Şeytan ki) cinlərdən də olur, insanlardan da! (Və ya: (o Şeytan) istər cinlərdən olsun, istər insanlardan!)”0 Views