91. ash-shams
الشمس
Read Surah ash-shams in full: surah 91, 15 verses, Meccan, Juz 30. Arabic text with Azərbaycan translation.
- Ghunnah
- Qalqalah
- Ikhfa (Haqiqi)
- Ikhfa Shafawi
- Idgham with Ghunnah
- Idgham without Ghunnah
- Idgham Shafawi (Mimi)
- Madd Lazim (6 counts)
- Madd Wajib Muttasil (4-5 counts)
- Madd Jaiz Munfasil (2, 4, 6 counts)
Each word’s meaning appears right below it; the transliteration follows below the words.
Mərhəmətli, rəhmli Allahın adı ilə!
- وَالشَّمْسِ وَضُحَاهَاAnd olsun günəşə və onun işığına (günəşin qalxdığı vaxta);1 Views
- وَالْقَمَرِ إِذَا تَلَاهَاAnd olsun (günəşin) ardınca çıxan aya;1 Views
- وَالنَّهَارِ إِذَا جَلَّاهَاAnd olsun onu (günəşi) parlaq edən gündüzə;1 Views
- وَاللَّيْلِ إِذَا يَغْشَاهَاAnd olsun onu (günəşi) örtən gecəyə;1 Views
- وَالسَّمَاءِ وَمَا بَنَاهَاAnd olsun göyə və onu yaradana;1 Views
- وَالْأَرْضِ وَمَا طَحَاهَاAnd olsun yerə və onu döşəyənə;1 Views
- وَنَفْسٍ وَمَا سَوَّاهَاAnd olsun nəfsə və onu yaradana (ona biçim verənə);1 Views
- فَأَلْهَمَهَا فُجُورَهَا وَتَقْوَاهَاSonra da ona günahlarını və pis əməllərdən çəkinməsini (xeyir və şəri) öyrədənə ki,1 Views
- قَدْ أَفْلَحَ مَن زَكَّاهَاNəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır!1 Views
- وَقَدْ خَابَ مَن دَسَّاهَاOnu (günaha) batıran isə, əlbəttə, ziyana uğrayacaqdır.1 Views
- كَذَّبَتْ ثَمُودُ بِطَغْوَاهَاSəmud (qövmü) azğınlığı üzündən (Saleh peyğəmbəri) təkzib etmişdi.1 Views
- إِذِ انبَعَثَ أَشْقَاهَاOnların ən rəzili (Allahın bir mö’cüzəsi olaraq qayanın içindən çıxartdığı dəvəni öldürməyə) qalxdığı zaman1 Views
- فَقَالَ لَهُمْ رَسُولُ اللَّهِ نَاقَةَ اللَّهِ وَسُقْيَاهَاAllahın peyğəmbəri onlara belə demişdi: “Allahın bu dişi (maya) dəvəsinə (toxunmayın), onun su içməsinə (mane olmayın).1 Views
- فَكَذَّبُوهُ فَعَقَرُوهَا فَدَمْدَمَ عَلَيْهِمْ رَبُّهُم بِذَنبِهِمْ فَسَوَّاهَاLakin onlar (Salehi) yalançı saydılar və onu (dəvəni) tutub kəsdilər. Rəbbi də bu günahlarına görə onların kökünü kəsib yerlə yeksan etdi.1 Views
- وَلَا يَخَافُ عُقْبَاهَا(Allah) bu işin aqibətindən qorxmaz! (Allah Səmud qövmünə cəza vermək istəmirdi. Onlar öz cinayətkar əməlləri ilə bu cəzaya layiq oldular. Allah dünyadakı padşahlar, hökmdarlar kimi bu və ya digər əməlinə görə qorxan deyildir. Çünki O etdiyi hər hansı əməl barəsində sorğu-sual olunmaz. Allah mütləq ədalət sahibidir!)1 Views
Teks Al-Qur'an: Tanzil Project (https://tanzil.net), lisensi CC BY 3.0. · Vasim Mammadaliyev and Ziya Bunyadov (Tanzil Project, tanzil.net)