Mushaf Page 595
صفحة ٥٩٥
- Ghunnah
- Qalqalah
- Ikhfa (Haqiqi)
- Ikhfa Shafawi
- Idgham with Ghunnah
- Idgham without Ghunnah
- Idgham Shafawi (Mimi)
- Madd Lazim (6 counts)
- Madd Wajib Muttasil (4-5 counts)
- Madd Jaiz Munfasil (2, 4, 6 counts)
Each word’s meaning appears right below it; the transliteration follows below the words.
Surah ash-shams
Mərhəmətli, rəhmli Allahın adı ilə!
- وَالشَّمْسِ وَضُحَاهَاAnd olsun günəşə və onun işığına (günəşin qalxdığı vaxta);1 Views
- وَالْقَمَرِ إِذَا تَلَاهَاAnd olsun (günəşin) ardınca çıxan aya;1 Views
- وَالنَّهَارِ إِذَا جَلَّاهَاAnd olsun onu (günəşi) parlaq edən gündüzə;1 Views
- وَاللَّيْلِ إِذَا يَغْشَاهَاAnd olsun onu (günəşi) örtən gecəyə;1 Views
- وَالسَّمَاءِ وَمَا بَنَاهَاAnd olsun göyə və onu yaradana;1 Views
- وَالْأَرْضِ وَمَا طَحَاهَاAnd olsun yerə və onu döşəyənə;1 Views
- وَنَفْسٍ وَمَا سَوَّاهَاAnd olsun nəfsə və onu yaradana (ona biçim verənə);1 Views
- فَأَلْهَمَهَا فُجُورَهَا وَتَقْوَاهَاSonra da ona günahlarını və pis əməllərdən çəkinməsini (xeyir və şəri) öyrədənə ki,1 Views
- قَدْ أَفْلَحَ مَن زَكَّاهَاNəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır!1 Views
- وَقَدْ خَابَ مَن دَسَّاهَاOnu (günaha) batıran isə, əlbəttə, ziyana uğrayacaqdır.1 Views
- كَذَّبَتْ ثَمُودُ بِطَغْوَاهَاSəmud (qövmü) azğınlığı üzündən (Saleh peyğəmbəri) təkzib etmişdi.1 Views
- إِذِ انبَعَثَ أَشْقَاهَاOnların ən rəzili (Allahın bir mö’cüzəsi olaraq qayanın içindən çıxartdığı dəvəni öldürməyə) qalxdığı zaman1 Views
- فَقَالَ لَهُمْ رَسُولُ اللَّهِ نَاقَةَ اللَّهِ وَسُقْيَاهَاAllahın peyğəmbəri onlara belə demişdi: “Allahın bu dişi (maya) dəvəsinə (toxunmayın), onun su içməsinə (mane olmayın).1 Views
- فَكَذَّبُوهُ فَعَقَرُوهَا فَدَمْدَمَ عَلَيْهِمْ رَبُّهُم بِذَنبِهِمْ فَسَوَّاهَاLakin onlar (Salehi) yalançı saydılar və onu (dəvəni) tutub kəsdilər. Rəbbi də bu günahlarına görə onların kökünü kəsib yerlə yeksan etdi.1 Views
- وَلَا يَخَافُ عُقْبَاهَا(Allah) bu işin aqibətindən qorxmaz! (Allah Səmud qövmünə cəza vermək istəmirdi. Onlar öz cinayətkar əməlləri ilə bu cəzaya layiq oldular. Allah dünyadakı padşahlar, hökmdarlar kimi bu və ya digər əməlinə görə qorxan deyildir. Çünki O etdiyi hər hansı əməl barəsində sorğu-sual olunmaz. Allah mütləq ədalət sahibidir!)1 Views
Surah al-layl
Mərhəmətli, rəhmli Allahın adı ilə!
- وَاللَّيْلِ إِذَا يَغْشَىٰAnd olsun (aləmi zülmətə) bürüməkdə olan gecəyə;1 Views
- وَالنَّهَارِ إِذَا تَجَلَّىٰAnd olsun işıqlanmaqda olan gündüzə;1 Views
- وَمَا خَلَقَ الذَّكَرَ وَالْأُنثَىٰAnd olsun kişini və qadını (erkəyi və dişini) yaradana ki,1 Views
- إِنَّ سَعْيَكُمْ لَشَتَّىٰSizin zəhmətiniz (ey insanlar!) cürbəcürdür! (Bə’ziniz Cənnət üçün, bə’ziniz isə Cəhənnəm üçün çalışırsınız).1 Views
- فَأَمَّا مَنْ أَعْطَىٰ وَاتَّقَىٰKim (malını Allah yolunda) versə, (Allahdan) qorxsa,1 Views
- وَصَدَّقَ بِالْحُسْنَىٰVə ən gözəl sözü (la ilahə illallah kəlməsini) təsdiq etsə,1 Views
- فَسَنُيَسِّرُهُ لِلْيُسْرَىٰBiz ona ən asan olanı (Cənnəti) müyəssər edəcəyik!1 Views
- وَأَمَّا مَن بَخِلَ وَاسْتَغْنَىٰAmma kim (malını Allah yolunda xərcləməyə) xəsislik etsə, (mal-dövlətinə güvənib Allaha) möhtac olmadığını sansa,1 Views
- وَكَذَّبَ بِالْحُسْنَىٰVə ən gözəl sözü (la ilahə illallah kəlməsini) yalan saysa,1 Views
- فَسَنُيَسِّرُهُ لِلْعُسْرَىٰBiz ona ən çətin olanı (Cəhənnəmi) müyəssər edəcəyik (onu Cəhənnəm üçün hazırlayacağıq!)1 Views
- وَمَا يُغْنِي عَنْهُ مَالُهُ إِذَا تَرَدَّىٰ(O, Cəhənnəmə) düşəcəyi zaman mal-dövləti ona heç bir fayda verməz.1 Views
- إِنَّ عَلَيْنَا لَلْهُدَىٰBizim öhdəmizə düşən yalnız doğru yolu göstərməkdir! (Mö’min və ya kafir olmaq isə hər kəsin öz işidir).1 Views
- وَإِنَّ لَنَا لَلْآخِرَةَ وَالْأُولَىٰAxirət də Bizim, dünya da Bizimdir!1 Views
- فَأَنذَرْتُكُمْ نَارًا تَلَظَّىٰ(Ey insanlar!) Mən sizi alovlanan bir atəşlə qorxutdum.1 Views