Mushaf Page 596
صفحة ٥٩٦
- Ghunnah
- Qalqalah
- Ikhfa (Haqiqi)
- Ikhfa Shafawi
- Idgham with Ghunnah
- Idgham without Ghunnah
- Idgham Shafawi (Mimi)
- Madd Lazim (6 counts)
- Madd Wajib Muttasil (4-5 counts)
- Madd Jaiz Munfasil (2, 4, 6 counts)
Each word’s meaning appears right below it; the transliteration follows below the words.
Surah al-layl
- لَا يَصْلَاهَا إِلَّا الْأَشْقَىOra ancaq azğın (kafir) daxil olar.0 Views
- الَّذِي كَذَّبَ وَتَوَلَّىٰO kimsə ki, (haqqı) yalan sayar, (imandan) üz döndərər!0 Views
- وَسَيُجَنَّبُهَا الْأَتْقَىAllahdan qorxub pis əməllərdən çəkinən isə ondan uzaqlaşdırılar (nicat tapar).0 Views
- الَّذِي يُؤْتِي مَالَهُ يَتَزَكَّىٰO kimsə ki, malını (Allah yolunda) verib (günahlardan) təmizlənər,0 Views
- وَمَا لِأَحَدٍ عِندَهُ مِن نِّعْمَةٍ تُجْزَىٰO şəxsin boynunda heç kəsin bir minnəti (ne’məti) yoxdur ki, onun əvəzi verilsin (etdiyi yaxşılıq ona əvəz olsun; və ya: o, etdiyi yaxşılıq müqabilində heç kəsdən bir mükafat gözləməz).0 Views
- إِلَّا ابْتِغَاءَ وَجْهِ رَبِّهِ الْأَعْلَىٰO ancaq ən uca olan Rəbbinin rizasını qazanmaq üçün belə edər.0 Views
- وَلَسَوْفَ يَرْضَىٰAnd olsun ki, o (öz Rəbbindən Cənnətdə ona verəcəyi ne’mətlərə görə) razı olacaqdır!0 Views
Surah ad-duha
Mərhəmətli, rəhmli Allahın adı ilə!
- وَالضُّحَىٰAnd olsun səhərə;0 Views
- وَاللَّيْلِ إِذَا سَجَىٰAnd olsun sakitləşməkdə olan (və ya: getdikcə zülməti artan) gecəyə ki,0 Views
- مَا وَدَّعَكَ رَبُّكَ وَمَا قَلَىٰ(Sənə bir neçə gün vəhy nazil etməməklə) Rəbbin səni (ya Peyğəmbər!) nə tərk etdi, nə də sənə acığı tutdu.0 Views
- وَلَلْآخِرَةُ خَيْرٌ لَّكَ مِنَ الْأُولَىٰŞübhəsiz ki, axirət sənin üçün dünyadan daha xeyirlidir!0 Views
- وَلَسَوْفَ يُعْطِيكَ رَبُّكَ فَتَرْضَىٰHəqiqətən, Rəbbin sənə (qiyamət günü ən uca şəfaət məqamı, Cənnətdə tükənməz ne’mətlər) bəxş edəcək və sən (Ondan) razı qalacaqsan!0 Views
- أَلَمْ يَجِدْكَ يَتِيمًا فَآوَىٰMəgər O səni yetim ikən tapıb sığınacaq vermədimi?!0 Views
- وَوَجَدَكَ ضَالًّا فَهَدَىٰSənin şaşqın (yaxud: uşaq vaxtı Məkkə vadisində azmış) vəziyyətdə tapıb yol göstərmədimi?!0 Views
- وَوَجَدَكَ عَائِلًا فَأَغْنَىٰSəni yoxsul ikən tapıb dövlətli etmədimi?!0 Views
- فَأَمَّا الْيَتِيمَ فَلَا تَقْهَرْElə isə yetimə zülm etmə!0 Views
- وَأَمَّا السَّائِلَ فَلَا تَنْهَرْDilənçini də (qapıdan) qovma!0 Views
- وَأَمَّا بِنِعْمَةِ رَبِّكَ فَحَدِّثْVə (həmişə) Rəbbinin sənə olan ne’mətindən söhbət aç!0 Views
Surah ash-sharh
Mərhəmətli, rəhmli Allahın adı ilə!
- أَلَمْ نَشْرَحْ لَكَ صَدْرَكَ(Ya Peyğəmbər!) Məgər Biz (haqqı bilmək, elm və hikmət dəryası etmək üçün) sənin köksünü (qəlbini) açıb genişlətmədikmi?! (Allahın öz lütfü ilə köksünü açıb genişlətdiyi kimsənin qəlbinə Şeytan vəsvəsə sala bilməz. O, qüdsiyyət kəsb edər, vəhy qəbul etməyə layiq olar!)0 Views
- وَوَضَعْنَا عَنكَ وِزْرَكَAğır yükünü səndən götürmədikmi?! (Sənin peyğəmbərlik yükünü yüngülləşdirmədikmi?!)0 Views
- الَّذِي أَنقَضَ ظَهْرَكَ(Elə bir yük ki) sənin belini bükürdü.0 Views
- وَرَفَعْنَا لَكَ ذِكْرَكَSənin ad-sanını (şan-şöhrətini) ucaltmadıqmı?! (Yerdə, göydə səndən söhbət gedər; xütbələrdə adın çəkilər!)0 Views
- فَإِنَّ مَعَ الْعُسْرِ يُسْرًاŞübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! (Asanlıq yalnız çətinliklə hasil olar!)0 Views
- إِنَّ مَعَ الْعُسْرِ يُسْرًاHəqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr! (Buna görə də çətinliklərə səbirlə dözmək lazımdır!)0 Views
- فَإِذَا فَرَغْتَ فَانصَبْ(Ya Peyğəmbər!) Elə ki (risaləti təbliğ etməkdən və ya dünya işlərindən) azad oldun, qalx (dua et)! (Axirət üçün çalış-vuruş!)0 Views
- وَإِلَىٰ رَبِّكَ فَارْغَبVə ancaq Rəbbinə yalvar! (Üzünü Allaha çevirib yalnız Onun köməyinə bel bağla, Ona tərəf yönəl!)0 Views