94. ash-sharh
الشرح
Read Surah ash-sharh in full: surah 94, 8 verses, Meccan, Juz 30. Arabic text with Azərbaycan translation.
- Ghunnah
- Qalqalah
- Ikhfa (Haqiqi)
- Ikhfa Shafawi
- Idgham with Ghunnah
- Idgham without Ghunnah
- Idgham Shafawi (Mimi)
- Madd Lazim (6 counts)
- Madd Wajib Muttasil (4-5 counts)
- Madd Jaiz Munfasil (2, 4, 6 counts)
Each word’s meaning appears right below it; the transliteration follows below the words.
Mərhəmətli, rəhmli Allahın adı ilə!
- أَلَمْ نَشْرَحْ لَكَ صَدْرَكَ(Ya Peyğəmbər!) Məgər Biz (haqqı bilmək, elm və hikmət dəryası etmək üçün) sənin köksünü (qəlbini) açıb genişlətmədikmi?! (Allahın öz lütfü ilə köksünü açıb genişlətdiyi kimsənin qəlbinə Şeytan vəsvəsə sala bilməz. O, qüdsiyyət kəsb edər, vəhy qəbul etməyə layiq olar!)0 Views
- وَوَضَعْنَا عَنكَ وِزْرَكَAğır yükünü səndən götürmədikmi?! (Sənin peyğəmbərlik yükünü yüngülləşdirmədikmi?!)0 Views
- الَّذِي أَنقَضَ ظَهْرَكَ(Elə bir yük ki) sənin belini bükürdü.0 Views
- وَرَفَعْنَا لَكَ ذِكْرَكَSənin ad-sanını (şan-şöhrətini) ucaltmadıqmı?! (Yerdə, göydə səndən söhbət gedər; xütbələrdə adın çəkilər!)0 Views
- فَإِنَّ مَعَ الْعُسْرِ يُسْرًاŞübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! (Asanlıq yalnız çətinliklə hasil olar!)0 Views
- إِنَّ مَعَ الْعُسْرِ يُسْرًاHəqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr! (Buna görə də çətinliklərə səbirlə dözmək lazımdır!)0 Views
- فَإِذَا فَرَغْتَ فَانصَبْ(Ya Peyğəmbər!) Elə ki (risaləti təbliğ etməkdən və ya dünya işlərindən) azad oldun, qalx (dua et)! (Axirət üçün çalış-vuruş!)0 Views
- وَإِلَىٰ رَبِّكَ فَارْغَبVə ancaq Rəbbinə yalvar! (Üzünü Allaha çevirib yalnız Onun köməyinə bel bağla, Ona tərəf yönəl!)0 Views
Teks Al-Qur'an: Tanzil Project (https://tanzil.net), lisensi CC BY 3.0. · Vasim Mammadaliyev and Ziya Bunyadov (Tanzil Project, tanzil.net)