90. al-balad
البلد
Read Surah al-balad in full: surah 90, 20 verses, Meccan, Juz 30. Arabic text with Azərbaycan translation.
- Ghunnah
- Qalqalah
- Ikhfa (Haqiqi)
- Ikhfa Shafawi
- Idgham with Ghunnah
- Idgham without Ghunnah
- Idgham Shafawi (Mimi)
- Madd Lazim (6 counts)
- Madd Wajib Muttasil (4-5 counts)
- Madd Jaiz Munfasil (2, 4, 6 counts)
Each word’s meaning appears right below it; the transliteration follows below the words.
Mərhəmətli, rəhmli Allahın adı ilə!
- لَا أُقْسِمُ بِهَـٰذَا الْبَلَدِAnd içirəm bu şəhərə (Məkkəyə) -1 Views
- وَأَنتَ حِلٌّ بِهَـٰذَا الْبَلَدِSənin yaşadığın (sənə halal olan) şəhərə;1 Views
- وَوَالِدٍ وَمَا وَلَدَAnd içirəm ataya və onun övladına (Adəmə və onun nəslinə, yaxud İbrahimə və oğlu İsmailə) ki,1 Views
- لَقَدْ خَلَقْنَا الْإِنسَانَ فِي كَبَدٍBiz insanı məşəqqətdə yaratdıq! (İnsan doğulduğu gündən qəbir evinə gedənə qədər əzab-əziyyət içində çalışıb çabalayır, həyat boyu müxtəlif çətinliklərlə üzləşər. Bu, ilahı bir hikmətdir, həyatın qanunudur!)1 Views
- أَيَحْسَبُ أَن لَّن يَقْدِرَ عَلَيْهِ أَحَدٌMəgər insan (Vəlid bin əl-Müğirə) heç kəsin ona gücü çatmayacağını zənn edir?1 Views
- يَقُولُ أَهْلَكْتُ مَالًا لُّبَدًاVə: Mən (Peyğəmbərlə düşmənçilik yolunda) xeyli mal-dövlət sərf etmişəm!” – deyir?1 Views
- أَيَحْسَبُ أَن لَّمْ يَرَهُ أَحَدٌMəgər o heç kəsin onu görmədiyini güman edir?!1 Views
- أَلَمْ نَجْعَل لَّهُ عَيْنَيْنِMəgər Biz ona iki göz vermədikmi?!1 Views
- وَلِسَانًا وَشَفَتَيْنِEləcə də bir dil və qoşa dodaq (vermədikmi)?!1 Views
- وَهَدَيْنَاهُ النَّجْدَيْنِBiz ona iki yol (xeyir və şər, küfr və iman yollarını) göstərmədikmi?!1 Views
- فَلَا اقْتَحَمَ الْعَقَبَةَLakin o, əqəbəni (maneəni) keçə bilmədi (özünə verilən bu qədər ne’mətlərə şükür etmədi).1 Views
- وَمَا أَدْرَاكَ مَا الْعَقَبَةُ(Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, əqəbə nədir?!1 Views
- فَكُّ رَقَبَةٍ(O) bir kölə azad etməkdir;1 Views
- أَوْ إِطْعَامٌ فِي يَوْمٍ ذِي مَسْغَبَةٍYaxud aclıq günü (zamanı) yemək verməkdir -1 Views
- يَتِيمًا ذَا مَقْرَبَةٍQohumluq əlaqəsi çatan bir yetimə.1 Views
- أَوْ مِسْكِينًا ذَا مَتْرَبَةٍVə ya (taqətsizlikdən) torpağa sərilmiş bir miskinə!1 Views
- ثُمَّ كَانَ مِنَ الَّذِينَ آمَنُوا وَتَوَاصَوْا بِالصَّبْرِ وَتَوَاصَوْا بِالْمَرْحَمَةِSonra da iman gətirən və bir-birinə səbr tövsiyə edən, mərhəmət tövsiyə edən kimsələrdən olmaqdır!1 Views
- أُولَـٰئِكَ أَصْحَابُ الْمَيْمَنَةِOnlar sağ tərəf sahibləridir! (Əməl dəftərləri sağ əllərinə verilənlərdir!)1 Views
- وَالَّذِينَ كَفَرُوا بِآيَاتِنَا هُمْ أَصْحَابُ الْمَشْأَمَةِAyələrimzi inkar edənlər isə sol tərəf sahibləridir! (Əməl dəftərləri sol əllərinə verilənlərdir!)1 Views
- عَلَيْهِمْ نَارٌ مُّؤْصَدَةٌOnları hər tərəfi qapalı Cəhənnəm gözləyir! (Kafirlər Cəhənnəmdə həmişəlik qalar, oradan heç yerə çıxa bilməzlər!)1 Views
Teks Al-Qur'an: Tanzil Project (https://tanzil.net), lisensi CC BY 3.0. · Vasim Mammadaliyev and Ziya Bunyadov (Tanzil Project, tanzil.net)