79. an-naziat
النازعات
Read Surah an-naziat in full: surah 79, 46 verses, Meccan, Juz 30. Arabic text with Azərbaycan translation.
- Ghunnah
- Qalqalah
- Ikhfa (Haqiqi)
- Ikhfa Shafawi
- Idgham with Ghunnah
- Idgham without Ghunnah
- Idgham Shafawi (Mimi)
- Madd Lazim (6 counts)
- Madd Wajib Muttasil (4-5 counts)
- Madd Jaiz Munfasil (2, 4, 6 counts)
Each word’s meaning appears right below it; the transliteration follows below the words.
Mərhəmətli, rəhmli Allahın adı ilə!
- وَالنَّازِعَاتِ غَرْقًاAnd olsun (kafirlərin canını) zorla alanlara;3 Views
- وَالنَّاشِطَاتِ نَشْطًاAnd olsun (mö’minlərin canını) rahatlıqla alanlara;3 Views
- وَالسَّابِحَاتِ سَبْحًاAnd olsun sür’ətlə üzənlərə;3 Views
- فَالسَّابِقَاتِ سَبْقًاAnd olsun (bir-birini) ötdükcə ötənlərə;3 Views
- فَالْمُدَبِّرَاتِ أَمْرًاAnd olsun işə əncam çəkənlərə (Allahın əmri ilə dünyanın işlərini idarə edən mələklərə ki, qiyamət haqdır və siz qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracaqsınız)!3 Views
- يَوْمَ تَرْجُفُ الرَّاجِفَةُO gün sarsılan sarsılacaq (surun birinci üfürülməsi ilə yer, göy lərzəyə gələcək),3 Views
- تَتْبَعُهَا الرَّادِفَةُOnun ardınca bir sarsıntı da olacaqdır! (Sur ikinci dəfə üfürüləcəkdir. İsrafil suru birinci dəfə çaldıqda hər şey məhv olacaq, ikinci dəfə çaldıqda isə hamı diriləcəkdir. Bunların arası dünya vaxtı ilə müqayisədə qırx il çəkəcəkdir).3 Views
- قُلُوبٌ يَوْمَئِذٍ وَاجِفَةٌO gün ürəklər qorxub titrəyəcək,3 Views
- أَبْصَارُهَا خَاشِعَةٌGözləri (o ürəklərin sahib olduğu gözlər dəhşətdən) zəlilcəsinə yerə dikiləcəkdir.3 Views
- يَقُولُونَ أَإِنَّا لَمَرْدُودُونَ فِي الْحَافِرَةِ(Qiyaməti inkar edən kafirlər dünyada istehza ilə) deyirlər: “Doğrudanmı biz (öləndən sonra dirilib) əvvəlki vəziyyətimizə qaytarılacağıq?!3 Views
- أَإِذَا كُنَّا عِظَامًا نَّخِرَةًÖzü də çürümüş sümüklər olduğumuz zamanmı?!”3 Views
- قَالُوا تِلْكَ إِذًا كَرَّةٌ خَاسِرَةٌOnlar deyirlər: “Elə isə bu ziyanlı dönüşdür (çünki onun arxasında şiddətli bir əzab durur).3 Views
- فَإِنَّمَا هِيَ زَجْرَةٌ وَاحِدَةٌ(Ey kafirlər! Bu, Allah üçün çətin deyildir). Doğrudan da, o (surun axırıncı dəfə çalınması) ancaq tək bir dəhşətli səsdir (nə’rədir)!3 Views
- فَإِذَا هُم بِالسَّاهِرَةِOnlar dərhal (qəbirlərindən çıxıb) dümdüz bir yerdə olacaqlar!3 Views
- هَلْ أَتَاكَ حَدِيثُ مُوسَىٰ(Ya Peyğəmbər!) Musanın hekayəti (söhbəti) sənə gəlib çatdımı?3 Views
- إِذْ نَادَاهُ رَبُّهُ بِالْوَادِ الْمُقَدَّسِ طُوًىO zaman ki, Rəbbi ona müqəddəs Tuva vadisində belə xitab etdi:1 Views
- اذْهَبْ إِلَىٰ فِرْعَوْنَ إِنَّهُ طَغَىٰ“Fir’onun yanına get. Çünki o, (allahlıq iddiasına düşməklə, xalqa zülm etməklə) çox azmışdır (həddini aşmışdır).1 Views
- فَقُلْ هَل لَّكَ إِلَىٰ أَن تَزَكَّىٰVə de: “(Günahlardan) təmizlənmək istəyirsənmi?1 Views
- وَأَهْدِيَكَ إِلَىٰ رَبِّكَ فَتَخْشَىٰSəni Rəbbinə tərəf gətirimmi ki, (Ondan) qorxasan?”1 Views
- فَأَرَاهُ الْآيَةَ الْكُبْرَىٰ(Musa gəlib Allahın buyuruğunu Fir’ona ərz elədi) və ona (özünün həqiqi peyğəmbər olmasına dəlalət edən) ən böyük mö’cüzəni (əsanın dönüb əjdaha olmasını) göstərdi.1 Views
- فَكَذَّبَ وَعَصَىٰLakin (Fir’on Musanı) təkzib edib (ona) asi oldu.1 Views
- ثُمَّ أَدْبَرَ يَسْعَىٰSonra geri dönüb (özünə buyurulanlardan üz döndərərək fitnə-fəsad törətməyə, Musaya qarşı tədbir tökməyə) tələsdi.1 Views
- فَحَشَرَ فَنَادَىٰVə (ə’yan-əşrafını, bütün təbəələrini) toplayıb (onlara) belə xitab etdi:1 Views
- فَقَالَ أَنَا رَبُّكُمُ الْأَعْلَىٰ“Həqiqətən, mən sizin ən uca Rəbbinizəm!”1 Views
- فَأَخَذَهُ اللَّهُ نَكَالَ الْآخِرَةِ وَالْأُولَىٰAllah da onu axirət və dünya əzabına giriftar etdi. (Yaxud: Allah ona axırıncı və əvvəlinci sözlərinin cəzasını verdi).1 Views
- إِنَّ فِي ذَٰلِكَ لَعِبْرَةً لِّمَن يَخْشَىٰŞübhəsiz ki, bunda (Allahdan) qorxan kimsələr üçün ibrət dərsi vardır.1 Views
- أَأَنتُمْ أَشَدُّ خَلْقًا أَمِ السَّمَاءُ ۚ بَنَاهَا(Ey kafirlər!) Sizi yaratmaq çətindir, yoxsa göyü ki (Allah) onu yaratdı;1 Views
- رَفَعَ سَمْكَهَا فَسَوَّاهَاQübbəsini ucaltdı, düzəldib nizama saldı;1 Views
- وَأَغْطَشَ لَيْلَهَا وَأَخْرَجَ ضُحَاهَاGecəsini qaranlıq, gündüzünü işıqlı etdi?!1 Views
- وَالْأَرْضَ بَعْدَ ذَٰلِكَ دَحَاهَاBundan sonra da yeri döşəyib (yayıb) düzəltdi (üstündə gəzmək və yaşamaq üçün onu yararlı hala saldı).1 Views
- أَخْرَجَ مِنْهَا مَاءَهَا وَمَرْعَاهَاOndan suyunu və otlağını çıxartdı.1 Views
- وَالْجِبَالَ أَرْسَاهَا(Orada) dağları yerləşdirdi.1 Views
- مَتَاعًا لَّكُمْ وَلِأَنْعَامِكُمْ(Bütün bunlar) sizin və heyvanlarınızın istifadəsi üçündür.1 Views
- فَإِذَا جَاءَتِ الطَّامَّةُ الْكُبْرَىٰO böyük bəla (qiyamət) gələndə,1 Views
- يَوْمَ يَتَذَكَّرُ الْإِنسَانُ مَا سَعَىٰO gün insan nələr etdiyini (dünyadakı bütün yaxşı, pis əməllərini) yadına salacaqdır.1 Views
- وَبُرِّزَتِ الْجَحِيمُ لِمَن يَرَىٰCəhənnəm də hər görənə görünəcəkdir.1 Views
- فَأَمَّا مَن طَغَىٰKim (dünyada) azğınlıq etmişsə,1 Views
- وَآثَرَ الْحَيَاةَ الدُّنْيَاDünyanı (axirətdən) üstün tutmuşsa,1 Views
- فَإِنَّ الْجَحِيمَ هِيَ الْمَأْوَىٰŞübhəsiz ki, onun məskəni Cəhənnəmdir!1 Views
- وَأَمَّا مَنْ خَافَ مَقَامَ رَبِّهِ وَنَهَى النَّفْسَ عَنِ الْهَوَىٰAmma kim (qiyamət günü) Rəbbinin hüzurunda durmaqdan qorxmuş və nəfsinə istəyini (şəfvəti) qadağan etmişsə,1 Views
- فَإِنَّ الْجَنَّةَ هِيَ الْمَأْوَىٰHəqiqətən, onun yurdu Cənnətdir!1 Views
- يَسْأَلُونَكَ عَنِ السَّاعَةِ أَيَّانَ مُرْسَاهَا(Ya Peyğəmbər! Müşriklər) səndən o saatın nə vaxt gələcəyi (qiyamətin nə vaxt qopacağı) barəsində soruşarlar.1 Views
- فِيمَ أَنتَ مِن ذِكْرَاهَاSən onu (onun vaxtını) nə bilirsən?!1 Views
- إِلَىٰ رَبِّكَ مُنتَهَاهَاOnu sonuna qədər (bütün təfərrüatı ilə) bilmək ancaq sənin Rəbbinə məxsusdur.1 Views
- إِنَّمَا أَنتَ مُنذِرُ مَن يَخْشَاهَاSən ancaq ondan (qiyamətdən) xəbərdar edib çəkindirənsən!1 Views
- كَأَنَّهُمْ يَوْمَ يَرَوْنَهَا لَمْ يَلْبَثُوا إِلَّا عَشِيَّةً أَوْ ضُحَاهَاOnu (qiyaməti) gördükləri gün (dünyada və ya qəbir evində) yalnız bir axşam, yaxud bir səhər qaldıqlarını sanacaqlar!1 Views
Teks Al-Qur'an: Tanzil Project (https://tanzil.net), lisensi CC BY 3.0. · Vasim Mammadaliyev and Ziya Bunyadov (Tanzil Project, tanzil.net)