Mushaf Page 583
صفحة ٥٨٣
- Ghunnah
- Qalqalah
- Ikhfa (Haqiqi)
- Ikhfa Shafawi
- Idgham with Ghunnah
- Idgham without Ghunnah
- Idgham Shafawi (Mimi)
- Madd Lazim (6 counts)
- Madd Wajib Muttasil (4-5 counts)
- Madd Jaiz Munfasil (2, 4, 6 counts)
Each word’s meaning appears right below it; the transliteration follows below the words.
Surah an-naba
- إِنَّ لِلْمُتَّقِينَ مَفَازًاHəqiqətən, müttəqilərin nicat yeri (Cənnət),3 Views
- حَدَائِقَ وَأَعْنَابًاBağçalar və üzüm bağları,3 Views
- وَكَوَاعِبَ أَتْرَابًاSinələri yenicə qabarmış (dolmuş, tumurcuqlanmış, gözəllikdə və məlahətdə bir-birinə bənzər) həmyaşıd qızlar.3 Views
- وَكَأْسًا دِهَاقًا(Cənnət şərabı ilə) dolu qədəhlər gözləyir!3 Views
- لَّا يَسْمَعُونَ فِيهَا لَغْوًا وَلَا كِذَّابًاOnlar orada (Cənnətdə) nə boş söz, nə də yalan eşidəcəklər.3 Views
- جَزَاءً مِّن رَّبِّكَ عَطَاءً حِسَابًا(Bu, müttəqilərə) Rəbbindən olan mükafat, artıqlaması ilə verilən bəxşişdir -3 Views
- رَّبِّ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا الرَّحْمَـٰنِ ۖ لَا يَمْلِكُونَ مِنْهُ خِطَابًاGöylərin, yerin və onların arasındakıların Rəhman olan Rəbbindən (göndərilən bəxşişdir). Onlar (məxluqat) Onun hüzurunda heç bir söz deməyə qadir olmazlar!3 Views
- يَوْمَ يَقُومُ الرُّوحُ وَالْمَلَائِكَةُ صَفًّا ۖ لَّا يَتَكَلَّمُونَ إِلَّا مَنْ أَذِنَ لَهُ الرَّحْمَـٰنُ وَقَالَ صَوَابًاRuhun (Cəbrailin) və mələklərin səf-səf duracağı gün Rəhmanın izin verdiyi kimsələrdən başqa heç kəs danışmayacaq, danışan da doğrunu deyəcəkdir!3 Views
- ذَٰلِكَ الْيَوْمُ الْحَقُّ ۖ فَمَن شَاءَ اتَّخَذَ إِلَىٰ رَبِّهِ مَآبًاBu, haqq olan gündür. Kim dilərsə, (iman gətirib ibadət və itaət etməklə) Rəbbinə tərəf qayıdan bir yol tutar!3 Views
- إِنَّا أَنذَرْنَاكُمْ عَذَابًا قَرِيبًا يَوْمَ يَنظُرُ الْمَرْءُ مَا قَدَّمَتْ يَدَاهُ وَيَقُولُ الْكَافِرُ يَا لَيْتَنِي كُنتُ تُرَابًاHəqiqətən, Biz sizi yaxın bir əzabla (qiyamət gününün əzabı ilə) qorxutduq. O gün insan öz əlləri ilə etdiyi (yaxşı, pis) əməlləri görəcək, kafir isə: “Kaş (bu əzabı görməmək üçün) torpaq olaydım!” – deyəcəkdir.3 Views
Surah an-naziat
Mərhəmətli, rəhmli Allahın adı ilə!
- وَالنَّازِعَاتِ غَرْقًاAnd olsun (kafirlərin canını) zorla alanlara;3 Views
- وَالنَّاشِطَاتِ نَشْطًاAnd olsun (mö’minlərin canını) rahatlıqla alanlara;3 Views
- وَالسَّابِحَاتِ سَبْحًاAnd olsun sür’ətlə üzənlərə;3 Views
- فَالسَّابِقَاتِ سَبْقًاAnd olsun (bir-birini) ötdükcə ötənlərə;3 Views
- فَالْمُدَبِّرَاتِ أَمْرًاAnd olsun işə əncam çəkənlərə (Allahın əmri ilə dünyanın işlərini idarə edən mələklərə ki, qiyamət haqdır və siz qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracaqsınız)!3 Views
- يَوْمَ تَرْجُفُ الرَّاجِفَةُO gün sarsılan sarsılacaq (surun birinci üfürülməsi ilə yer, göy lərzəyə gələcək),3 Views
- تَتْبَعُهَا الرَّادِفَةُOnun ardınca bir sarsıntı da olacaqdır! (Sur ikinci dəfə üfürüləcəkdir. İsrafil suru birinci dəfə çaldıqda hər şey məhv olacaq, ikinci dəfə çaldıqda isə hamı diriləcəkdir. Bunların arası dünya vaxtı ilə müqayisədə qırx il çəkəcəkdir).3 Views
- قُلُوبٌ يَوْمَئِذٍ وَاجِفَةٌO gün ürəklər qorxub titrəyəcək,3 Views
- أَبْصَارُهَا خَاشِعَةٌGözləri (o ürəklərin sahib olduğu gözlər dəhşətdən) zəlilcəsinə yerə dikiləcəkdir.3 Views
- يَقُولُونَ أَإِنَّا لَمَرْدُودُونَ فِي الْحَافِرَةِ(Qiyaməti inkar edən kafirlər dünyada istehza ilə) deyirlər: “Doğrudanmı biz (öləndən sonra dirilib) əvvəlki vəziyyətimizə qaytarılacağıq?!3 Views
- أَإِذَا كُنَّا عِظَامًا نَّخِرَةًÖzü də çürümüş sümüklər olduğumuz zamanmı?!”3 Views
- قَالُوا تِلْكَ إِذًا كَرَّةٌ خَاسِرَةٌOnlar deyirlər: “Elə isə bu ziyanlı dönüşdür (çünki onun arxasında şiddətli bir əzab durur).3 Views
- فَإِنَّمَا هِيَ زَجْرَةٌ وَاحِدَةٌ(Ey kafirlər! Bu, Allah üçün çətin deyildir). Doğrudan da, o (surun axırıncı dəfə çalınması) ancaq tək bir dəhşətli səsdir (nə’rədir)!3 Views
- فَإِذَا هُم بِالسَّاهِرَةِOnlar dərhal (qəbirlərindən çıxıb) dümdüz bir yerdə olacaqlar!3 Views
- هَلْ أَتَاكَ حَدِيثُ مُوسَىٰ(Ya Peyğəmbər!) Musanın hekayəti (söhbəti) sənə gəlib çatdımı?3 Views